Tədqiqat : Mərcan rifləri iqlimin istiləşməsi şəraitində məhv ola bilər
23.09.2025 [21:48]
Qərbi Atlantik Okeanında aparılan yeni araşdırmaya görə, mərcan qayalarının əksəriyyəti tezliklə böyüməyi dayandıracaq və çökməyə başlaya bilər. Eyni zamanda, qlobal istiləşmə 2°C-ə çatarsa, demək olar ki, onların hamısı bu aqibətlə üzləşə bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Ekseter Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Florida, Meksika və Bonayre ətrafında 400 mərcan rifini qiymətləndirib.
“Nature” jurnalında dərc edilən araşdırmaya görə, istiləşmə sənayedən əvvəlki səviyyədən 2°C və ya daha yüksək səviyyəyə çatarsa, bu bölgədəki riflərin 70%-dən çoxu 2040-cı ilə qədər, 99 %-dən artığı isə 2100-cü ilə qədər böyümə prosesini dayandıracaq.
İqlim dəyişikliyi mərcan riflərinin xəstəliyi və suyun keyfiyyətinin aşağı düşməsi kimi digər məsələlərlə birlikdə onları məhv edəcək və koloniyaların böyümə sürətinə təsir edərək ümumi artımı azaldacaq. Dəyişən rif ekologiyasının böyümə potensialına necə təsir etdiyini anlamaq, yəni, canlı orqanizmlərin tarazlığının şaquli “böyüməyə” (rif əmələ gəlməsi) necə təsir etdiyini başa düşmək üçün komanda riflərin böyümə sürətinin mərcan növlərindən necə asılı olduğunu görmək məqsədilə tropik qərb Atlantikadan olan qalıq riflərini təhlil edib.
Daha sonra onlar bu məlumatları region üzrə 400-dən çox müasir rif sahəsinin ətraf mühit məlumatları ilə birləşdirib, cari rif artım templərini hesablayıb və gələcək iqlim dəyişikliyi zamanı bu dərəcələrin necə dəyişəcəyini, riflərin bundan sonra dəniz səviyyəsinin qalxmasının öhdəsindən gələ bilməyəcəyini araşdırıblar.
“Tədqiqatlarımız göstərir ki, mövcud CO2 emissiya ssenariləri altında Atlantik mərcan qayalarının əksəriyyəti nəinki böyüməyi dayandıracaq, hətta bir çoxları əsrin ortalarına qədər həqiqətən dağılacaq. Eyni zamanda, dəniz səviyyəsinin qalxması sürətlənəcək və təhlilimiz göstərir ki, rif artımı bu sürətdən geri qalacaq. Çünki riflər və dəniz səviyyəsi əks istiqamətdə hərəkət edəcək və su basqınları riskini artıracaq. Həssas rif sahilləri və sahil ekosistemləri əsaslı şəkildə dəyişir”, -deyə Exeter Universitetinin professoru Kris Peri vurğulayıb. Onun sözlərinə görə, qlobal istiləşmə 2°C-dən çox olarsa, əsrin sonuna qədər suyun dərinliyi təxminən 0,7 metr, daha yüksək sürətlə isə 1,2 metr artacaq. Riflərin böyüməsinə canlı mərcanların bolluğu və növləri güclü təsir göstərir.
Xəstəliklərin yayılması və yüksək temperatur səbəbindən ağartma hadisələri də daxil olmaqla bir çox amillər qayaların əksəriyyətinin tərkibini dəyişdirərək əsas qayalıq quran növlərin nəslinin kəsilməsinə səbəb olur.
İtkiləri geri qaytarmağa və rif artımını çoxaltmağa yönəlmiş strategiyalardan biri mərcanların bərpasıdır. Exeter Universitetinin professoru Elis Uebb deyir: “Suyun dərinliyinin artmasının məhdudlaşdırılmasına əhəmiyyətli təsir göstərmək üçün hər hansı bərpa işlərinin effektiv torpaq və su idarəçiliyi, eləcə də iqlim dəyişikliyinə qarşı sürətli yumşaldıcı tədbirlərlə birləşdirilməsi lazımdır. Qlobal istiləşməni 2°C-dən aşağı saxlamaq üçün tədbirlər görülməsi də çox vacibdir”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

