Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

15.10.2025 [08:14]

Bu gün Brüsseldə Avropa İttifaqı və NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, toplantının əsas müzakirə mövzusu Ukraynaya silah tədarükü məsələsi olacaq.

NATO-nun Baş katibi Mark Rutte oktyabrın 13-də Lyublyanada keçirilən təşkilatın Parlament Assambleyasında çıxışı zamanı bildirib ki, Brüsseldə keçiriləcək iclasda Avropada silah istehsalının artırılması, xüsusilə pilotsuz uçuş aparatları, döyüş sursatları, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi planları diqqət mərkəzində olacaq.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin daha əvvəl verdiyi məlumata görə, görüş zamanı Avropa ölkələrinin “ABŞ-ın Kiyev üçün əsas silah sifarişlərini” elan etməsi gözlənilir.

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30