Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb

07.12.2025 [18:11]

HƏMAS silahlarını gələcəkdə Qəzzanı idarə edəcək “dövlət”ə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail “işğal”ı sona çatmalıdır.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Qəzzada HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.

Qeyd edilib ki, HƏMAS lideri “dövlət” deyəndə “gələcək suveren Fələstin”i nəzərdə tutub.

Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir. “Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”, - deyə HƏMAS lideri bildirib.

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31