Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Koreyanın keçmiş daxili işlər naziri 7 il müddətinə həbs edilib

Cənubi Koreyanın keçmiş daxili işlər naziri 7 il müddətinə həbs edilib

12.02.2026 [12:13]

Cənubi Koreya məhkəməsi keçmiş daxili işlər naziri Li Sanq Mini 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyətin elan olunmasındakı roluna görə 7 il müddətinə azadlıqdan məhrum edib.

AZƏRTAC Cənubi Koreya mətbuatına istinadla xəbər verir ki, məhkəmə keçmiş daxili işlər nazirini ölkədə hərbi vəziyyətin elanındakı roluna, o cümlədən müəyyən media qurumlarına elektrik enerjisi və suyun kəsilməsi əmrlərini verməsinə görə təqsirli bilib.

Prokurorlar keçmiş daxili işlər nazirinə qiyamda mühüm rol oynadığına görə 15 illik həbs cəzası istəyiblər. Amma məhkəmə 7 illik həbs cəzası ilə kifayətlənib.

Qeyd edək ki, Li Sanq Min 2024-cü ildə ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar olaraq qiyam təşkili cinayət işi üzrə həbs olunan 2-ci sabiq yüksək vəzifəli şəxsdir. Keçmiş Baş nazir Han Dak Su yanvarda sözügedən cinayət işi üzrə təqsirli bilinərək 23 il müddətinə həbs cəzasına məhkum edilib. Sabiq Prezident Yun Sok Yolun məhkəmə prosesi üzrə yekun qərarın isə fevralın 19-da veriləcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30