Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsti hava şəraiti Almaniyada meşə yanğınlarına səbəb olub

İsti hava şəraiti Almaniyada meşə yanğınlarına səbəb olub

29.06.2026 [09:17]

Almaniyanın bir sıra bölgələrində davam edən isti və quraq hava şəraiti bəzi ərazilərdə meşə yanğınlarının baş verməsinə səbəb olub.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ən gərgin vəziyyət Reynland-Pfalts əyalətinin Bad Kroysnax rayonunda qeydə alınıb. Traizen yaşayış məntəqəsi yaxınlığında sursat qalıqları ilə çirklənmiş ərazidə baş verən yanğın nəticəsində partlayışlar baş verib. Kəndin əhalisi təhlükəsizlik məqsədilə tamamilə təxliyə olunub. Yanğının söndürülməsinə 300-dək yanğınsöndürən cəlb edilib, şəxsi heyətin təhlükəsizliyi üçün idarəolunan mobil su qurğularından istifadə edilib.

Saksoniya və Brandenburg əyalətlərinin sərhədində yerləşən Qorişhayde meşəsində də yanğının söndürülməsinə iki helikopter və xüsusi zirehli texnika cəlb olunub. Keçən il Saksoniyada son onillikdə ən iri meşə yanğınının baş verdiyi bu ərazi sursat qalıqları ilə çirklənmiş zonadır.

Meklenburq-Ön Pomeraniya əyalətinin Noyştrelits şəhəri yaxınlığındakı genişmiqyaslı yanğın nəzarət altına alınsa da, yüksək temperatur və keçmiş hərbi poliqonda qalmış sursat səbəbindən təhlükə tam aradan qalxmayıb. Bundan başqa, Saksoniya-Anhalt və Türingiya əyalətlərində də yeni meşə yanğınları qeydə alınıb.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30