Qərb və Rusiyanın “heartland” mübarizəsi: tamam, yoxsa davam?
21.06.2014 [11:08]
Dünya siyasətində Avrasiya geosiyasi məkanında hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də, ciddi fikir ayrılıqları mövcud olub. Xüsusilə də, Qərb və Rusiya Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Bu cür mübarizə hallarından biri bir müddət öncə Şərqi Avropada, daha da dəqiqləşdirsək, Ukrayna ətrafında baş verdi.
Əslində, Avrasiya hegemonluğu uğrunda yeni mübarizə Şərqi Avropadan başlaması və “heartland” mübarizəsinin platsdarmı rolunda Ukraynanın çıxış etməsi təsadüfi deyildi. Çünki əvvəla, Ukrayna dünyanın aparıcı dövlətlərinin strateji planlarında yer alan önəmli aktorların öncüllərindəndir. Həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə Ukrayna qlobal aktorlar üçün yeni dünya düzəninin əsas konturlarını cızmaq iqtidarında olan ölkələrdəndir. Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər zaman-zaman Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək uğrunda gərgin mübarizə aparırlar. Daha da dəqiqləşdirsək, Kiyev Qərb və Rusiyanın geostrateji savaşının platsdarmını təşkil edir. Belə olan təqdirdə, nəhəng güclərin geostrateji rəqabətlərinin növbəti təzahürü Rusiya-Ukrayna münaqişəsi oldu.
Hazırda isə eskalasiya mərhələsi başa çatan Rusiya-Ukrayna münaqişəsi Avrasiyanın gələcək geosiyasi mənzərəsinə ciddi təsir göstərəcək, desək, yanılmarıq. Çünki bu konfrantasiya hazırkı dönəmdə Avrasiyada inteqrasiya prosesini zəiflətsə də, ortamüddətli perspektivdə yeni əməkdaşlıq platformalarının gündəmə gəlməsini şərtləndirə bilər. Burada əsas olan digər məqam isə budur ki, qarşıdurma tərəfləri regionda və beynəlxalq miqyasda öz tərəfdaşlarını yenidən tanımaq şansı əldə etdilər. Bu, heç şübhəsiz, sonrakı dönəmdə müəyyən ediləcək taktiki və strateji addımların əsasları və istiqamətlərinə ciddi təsir göstərəcək. Bir sözlə, Avrasiya yeni geostrateji situasiyaya doğru irəliləyir.
Beləliklə, baş verən son olaylar deməyə əsas verir ki, Ukraynada yeni siyasi dönəm başlayır, başqa sözlə, bu ölkə hazırda geosiyasi transformasiya ərəfəsindədir. Bütün dünyanın böyük həssaslıqla izlədiyi hadisələr gərgin mübarizə və mübahisələrə səbəb olmaqla yanaşı, dünyanın yenidən nizamlanması prosesində bu ölkənin yeni siyasi yönümünü də müəyyən edəcək. Ukrayna bu şəraitdə həm Rusiya, həm də Qərblə təmasları davam etdirir. Bu kontekstdə iyunun 18-də Ukrayna prezidenti Pyotr Poroşenko və Avropa İttifaqının genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle arasında görüş olub. Görüşdə iyunun 27-də Brüsseldə Ukraynanın Avropa İttifaqı ilə assosiativ saziş imzalaması müzakirə olunub. Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında qeyd edilib ki, Pyotr Poroşenko Ukraynaya beynəlxalq yardımın göstərilməsində aparıcı rol oynayan Avropa İttifaqına təşəkkürünü, ölkə üçün donor konfransının keçirilməsinin təşəbbüsçüsü olan Avropa Komissiyasının təklifini bəyəndiyini bildirib.
Bundan başqa, Ukrayna parlamenti hökuməti Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərə dərhal başlamağa çağırıb. Ali Rada dövlət sərhədinin qorunmasının gücləndirilməsinə dair qərarı dəstəkləyib. Qərarın lehinə 261 deputat səs verib. Kommunist Partiyasının və Regionlar Partiyasının parlament fraksiyaları səsvermədə iştirak etməyib. Qərara əsasən, Dövlət Sərhəd Xidmətinə Rusiya ilə dövlət sərhədini tam nəzarətə alınması məqsədilə bir ay ərzində işçi heyətinin sayını artırmaq tapşırılıb. Nazirlər Kabinetinə bir ay müddətində Rusiya ilə dövlət sərhədi boyu nəzarət-buraxılış məntəqələrinin sayını müəyyənləşdirmək həvalə olunub. Rusiya ilə sərhədin quru hissəsinin birtərəfli qaydada demarkasiyasının dərhal aparılması üçün lazımi sənədlərin təsdiq edilməsi təklif olunub. Sərhədin möhkəmləndirilməsi və təchiz olunması işində Avropa İttifaqı sərhəd modeli nümunə kimi istifadə olunacaq. Həmçinin, Rusiya ilə dövlət sərhədi boyu nəzarət-buraxılış məntəqələrinin işinin dərhal dayandırılması nəzərdə tutulub. Bundan başqa, sərhədin Moldova ilə, əsasən də, separatçı Dnestryanı ilə yerləşən hissəsini xüsusi nəzarətə götürülməsi nəzərdə tutulub. Rusiyası Ukraynanın sərhədi birtərəfli qaydada demarkasiyasını tanımayacağını bəyan edib.
Nəticə etibarilə, idarəçilik sükanının arxasına keçmiş yeni komandanın praqmatiklik səviyyəsindən asılı olaraq Ukraynanın perspektiv strategiyasının uğurluluq səviyyəsi müəyyən ediləcək. Amma hər halda, Ukraynanın gələcəkdə növbəti siyasi böhranlar burulğanına düşməsi mümkündür. Əminliklə söyləmək olar ki, müəyyən zaman kəsiyində siyasi mübarizənin bəzən kəskin, bəzənsə yumşaq forması özünü göstərəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

