Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran ilə Böyük Britaniya arasında 1979-cu ildən bu günədək ilk dəfə olaraq yüksək səviyyəli görüş keçirilib

İran ilə Böyük Britaniya arasında 1979-cu ildən bu günədək ilk dəfə olaraq yüksək səviyyəli görüş keçirilib

26.09.2014 [09:30]

Nyu-Yorkda BMT-nin 69-cu sessiyasında iştirak edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani sentyabrın 24-də Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşüb.
İranın kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, 1979-cu ildən bu günədək Böyük Britaniya ilə İran arasında bu cür yüksək səviyyəli görüş keçirilməyib. İki dövlət arasındakı münasibətlər 2011-ci ildə Böyük Britaniyanın Tehrandakı səfirliyinin dağıdılmasından sonra daha da kəskinləşib. Lakin İranda Həsən Ruhaninin hakimiyyətə gəlişi ilə rəsmi Tehran ilə London arasındakı münasibətlərdə yaxınlaşma hiss olunmağa başlayıb.
BMT-nin sessiyası çərçivəsində görüşən dövlət rəhbərləri qarşılıqlı münasibətləri və Yaxın Şərqdə baş verən prosesləri müzakirə ediblər.

Paylaş:
Baxılıb: 1250 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30