Hindistan üçün “geosiyasi labirint”: Modinin xilaskarlıq missiyası
06.11.2014 [09:43]
Hazırda Asiya-Sakit okean hövzəsində ziddiyyətli geosiyasi proseslər cərəyan edir. Regionun bir sıra ölkəsi təsir dairəsini və nüfuzunu artırmaq uğrunda mübarizə aparırlar. Onlar ideologiyalarında müəyyən korrektələr də edirlər. Bu kontekstdə Hindistanın yeritdiyi xarici siyasət mütəxəssislərin diqqətini çəkir. Hazırda baş nazir olan N.Modinin fəaliyyəti diqqətlə izlənilir. Onun Yaponiya, Çin və ABŞ-la münasibətləri hansı müstəvidə inkişaf etdirəcəyi maraq doğurur. Əvvəllər bu siyasətçini ifrat millətçiliyin təcəssümü kimi qəbul edirdilər. Ancaq seçkidə qalib gəldikdən sonra ona münasibət dəyişdi. Görünür, bunun əsas səbəbi Hindistan cəmiyyətinin Modiyə etimad göstərməsi olub. Baş nazir ölkəni regionun liderinə çevirmək iddiasındadır.
Yeni strategiya: rəsmi Delhinin böyük hədəfləri
Hindistanın baş naziri Narendra Modinin ölkənin xarici siyasətində ciddi dəyişikliklər etdiyini indi hər kəs etiraf edir. Əvvəllər bu siyasətçinin fəaliyyətinə münasibət birmənalı olmayıb. Hələ 2005-ci ildə ABŞ ona ölkəyə daxil olmağı qadağan etmişdi. Səbəb isə Qucarat ştatında müsəlmanları təqib etməsi, onlara qarşı təxribatçı hərəkətlər törətməsi göstərilirdi. İndi vəziyyət tamamilə dəyişib. N.Modi Hindistanı dünyanın ən qabaqcıl dövlətləri sırasına çıxara biləcək lider kimi qəbul edilir.
Maraqlıdır ki, onun əsas devizi “milliyyətçilik - bizim ilham mənbəyimiz, inkişaf və idarəetmə - əsas məqsədimizdir” fikrindən ibarətdir. Milliyyətçilik dünyada artıq aparıcı ideologiya hesab edilmir. N.Modi isə onu müsbət mənada qəbul etdirə bilir. Bunun sayəsindədir ki, seçkidəki qələbəsindən sonra ABŞ, Çin, Yaponiya kimi ölkələr rəsmi Delhi ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirməyə başlayıblar.
Hazırda Hindistan Asiyanın perspektivli ölkələrindən biri sayılır. İnkişaf tempinə görə o, hətta Çin ilə rəqabət apara bilər. Kompüter texnologiyasının müəyyən sahəsində dünya bazarında ABŞ-a problemlər yaratmaqdadır (məsələn, İP istehsalında). Daha önəmlisi isə rəsmi Delhinin yeritdiyi xarici siyasətin məzmunudur.
N.Modi Çin və Yaponiya ilə əlaqələrini inkişaf etdirir. Ancaq onlarla bağlı yeridilən siyasət fərqlidir. O, Tokioya səfər edir, ancaq Çinin dövlət başçısını Delhidə qarşılayır. Hər ikisi ilə də faydalı əməkdaşlıq qura bilir. Hindistanın baş naziri aprelin sonlarında Yaponiyaya səfər edib. İki ölkə əlaqələri inkişaf etdirməklə, regionda təhlükəsizlik məsələlərində əməkdaşlıq etməklə bağlı razılığa gəliblər. Mütəxəssislər onu xüsusi qeyd edirlər ki, Delhi Tokioya ABŞ-ın müttəfiqi kimi yanaşır.
Lakin onunla yaxınlaşmada sərhədi gözləyir və təsir altına düşmək istəmir. Buna baxmayaraq, artıq Asiyada ABŞ, Yaponiya, Çin və Hindistan “dördlüyü”ndən bəhs olunur. Bunun dəqiq məzmunu hələ tam aydın olmasa da, yaxın perspektivdə qlobal geosiyasətin dinamikasına ciddi təsir edə biləcəyi proqnozlaşdırılır (bax: İndiə-SŞA-Kitay: partnerı ponevole / RSMD, 13 oktyabr 2014).
Bu bağlılıqda Hindistan-Çin və Hindistan-ABŞ münasibətlərinin mahiyyəti ayrıca maraq kəsb edir. N.Modi dövlət başçısı Si Szinpini sentyabrın ortalarında Delhidə qarşılayıb. İki ölkə arasında ticarət dövriyyəsi 70 milyard dollar təşkil edir. 5 il ərzində Pekin qonşu dövlətin iqtisadiyyatına 20 milyard dollar sərmayə qoymalıdır. Onu xatırladaq ki, əvvəlcə bu rəqəmin 100 milyard ABŞ dolları həcmində olacağı deyilirdi. Lakin Szinpinin Hindistana səfərindən sonra həmin miqdar az göstərildi. Buna baxmayaraq, ekspertlər bunu kifayət qədər yüksək qiymətləndirirlər (bax: əvvəlki mənbəyə).
ABŞ-Çin-Hindistan “üçbucağı”: ziddiyyətlər və ümidlər
Eyni zamanda, Hindistanla Çin arasında müəyyən ərazi mübahisəsinin olduğunu vurğulamaq lazımdır. Szinpinin Delhiyə səfəri zamanı, hətta sərhədçilər arasında toqquşma baş vermişdi. Pekin Hindistanın Arunaçal-Pradeş ştatına, Delhi isə Çinin Aksayçin əyalətinə iddia edir. Modi sərhədçilər arasında olan münaqişə haqqında birbaşa Çin rəhbərinə deyib (bax: əvvəlki mənbəyə). Amma məsələ onlar arasında böyük narazılığa səbəb olmayıb. Çünki onların hədəfləri böyükdür və hər ikisinin təhlükəsizliklə bağlı müəyyən problemləri vardır.
Məhz bu aspektdə ekspertlər Hindistan baş nazirinin ABŞ-a səfərinə xüsusi əhəmiyyət verirlər. Onu sentyabrın 30-da Vaşinqtonda çox təntənəli qarşılayıblar. N.Modinin səfəri ərəfəsində Amerika Ədliyyə Mərkəzi (AJC) onu məhkəməyə veribmiş. Rəsmi Vaşinqton dərhal hind tərəfini sakitləşdirərək, Modinin məhkəmə təqibinə məruz qalmayacağını bildirib (bax: İqorğ Denisov. İndiə xoçet videtğ v SŞA partnera, a ne arbitra i nastavnika / MQİMO Universitet, 10 oktyabr 2014).
Obama-Modi görüşündə əsas olaraq müdafiə məsələləri müzakirə edilib. Tərəflər bu sahədə əməkdaşlığı genişləndirməkdə razılığa gəliblər. Lakin nüvə enerjisi sferasında ortaq nəticəyə gələ bilməyiblər. Rusiya Amerikadan daha ucuz variant təklif etdiyindən bu məsələ hələlik açıq qalır.
Hindistan ABŞ-ın bir sıra geosiyasi planlarında iştirakdan da boyun qaçırıb. O cümlədən, İŞİD-ə qarşı koalisiyada yer almayacağını bildirib. Ukrayna ilə əlaqədar Delhi Vaşinqtondan fərqli mövqe tutur. Nəhayət, Hindistan Amerikanın Rusiyaya qarşı hər hansı bir aksiyasında iştirak etməyəcək (bax: əvvəlki mənbəyə).
Bunlar ABŞ-ın Asiya-Sakit okean hövzəsində yeritdiyi siyasət və həmin kontekstdə Çinlə olan ziddiyyətləri aspektində çox maraqlıdır. Həmin sahədə problemlər qalır. Hətta Yaponiya, Çin, Hindistan və ABŞ arasında ortaq mövqe yoxdur. Ekspertlər hesab edirlər ki, Amerika burada həm araya nifaq salır, həm də hakim rolunu oynamağa çalışır.
Belə ki, Vaşinqton bir tərəfdən Yaponiya, Koreya, Vyetnam, Tailand və başqa müttəfiqlərini silahlandırır, digər tərəfdən isə Çinlə ümumi dil tapmağa çalışır. Belə çıxır ki, o, regionun bir sıra dövlətlərindən istifadə edərək Pekinə öz iradəsini diktə etmək yolunu tutub. Bu, bütövlükdə regionda gərginlik yaratmağa istiqamətlənmiş prosesdir. Delhi bunu anlayır və Amerikaya ortaq olmaq istəmir. Eyni zamanda, N.Modi yaxşı başa düşür ki, Vaşinqtonla əlaqələri zəiflətmək olmaz.
Geosiyasi aspektdə bunun Hindistan üçün çox vacib əhəmiyyət daşıyan bir məsələyə aidiyyəti var. Söhbət Çin və Yaponiya ilə regional liderlik və təhlükəsizlik sisteminin formalaşdırılmasından gedir. Delhi həm bu proseslərdən kənarda qalmaq istəmir, həm də hansısa qüvvənin təsiri altına düşməyi qəbul etmir. Bu səbəbdəndir ki, son illər Hindistan Amerika ilə hərbi sahədə əməkdaşlığı dərinləşdirir. Rusiya məsələsində də Hindistan çox incə davranır.
Rəsmi Delhi üçün ən aktual problem Pakistanla olan Kəşmir məsələsidir. Mütəxəssislərin rəyinə görə, Hindistanda hind milliyyətçiliyini əsasən bu amil alovlandırıb. İslamabad qonşu ölkəyə heç bir şeydə güzəştə getmək istəmir. Digər tərəfdən, Vaşinqton iki dövlət arasında ixtilaf yarada bilər. Çinlə bağlı baş verənlərdən Hindistan nəticə çıxarır. Hindistanlı mütəxəssislər N.Modini bütün bu problemləri həll edə biləcək “əbədi siyasətçi” adlandırırlar (bax: Chandrahas Choudhury. Narendra Modi, Perpetual Politician / Bloomberg View, 15 oktyabr 2014).
Hələlik Hindistanın baş naziri uğurlu siyasət yürüdür. Onun Yaponiya, Çin və ABŞ-la münasibətləri inkişaf etdirmək strategiyasını cəmiyyət və mütəxəssislər müsbət qarşılayırlar. Amerika da öz növbəsində Hindistanda Çinə rəqib yaratmaq planlarını tədricən həyata keçirir. İndi regionda vəziyyət bu iki aspektin nisbətindən asılıdır.
N.Modi yeni qüdrətli və böyük Hindistan yarada biləcəkmi? Siyasətçiləri də düşündürən bu suala zaman cavab verəcək. Ancaq indidən məlumdur ki, Asiya-Sakit okean hövzəsində yapon və hind milliyyətçiliyi vüsət almaqdadır. Çin isə həmişə öz mövqeyini sərt müdafiə edib və həmin mənada milli maraqları gözləyib. Bu üç dövlət həmin əsasda yaxın gələcəkdə qarşı-qarşıya gələ bilərlərmi? Modi və Abe milliyyətçiliyi arasında hansı fərqlər var? Bu kimi suallara cavablar hələlik yoxdur.
Bundan başqa, Modinin müsəlmanlara qarşı elə də isti olmayan münasibəti ölkənin sabitliyinə mənfi təsir edə bilər. Çində də belə bir problemin olduğunu nəzərə alsaq (məsələn, uyğurlarla bağlı ciddi məsələlər vardır), regionda dini-etnik zəmində ixtilafların meydana gələ biləcəyini proqnozlaşdırmaq olar. Onu da nəzərə alaq ki, bölgədə güclü müsəlman dövlətləri yerləşirlər. Hindistan bu “geosiyasi labirintdən” necə çıxacaq? Hələlik bilinmir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

