Türkiyə tarixində yeni dövr başlayır
31.03.2009 [15:36]
Martın 29-da Türkiyənin tarixinə damğasını vuran daha bir siyasi proses gerçəkləşdi. Həmin gün seçki məntəqələrinə gedən seçicilər ölkə ərazisindəki şəhər, rayon, qəsəbə və kəndlər üzrə yerli idarəetmə orqanlarının rəhbər və təmsilçilərini seçdilər. ümumilikdə 48 milyon 665 min səsvermə hüququna malik seçicinin səsverməsi üçün ölkə üzrə 177 min 50 məntəqə yaradılmışdı. Türkiyə vətəndaşları 16 böyükşəhər bələdiyyə başqanını, 65 vilayət bələdiyyə başqanını, 892 bölgə bələdiyyə başqanını, 1974 kiçik bələdiyyələr üzrə rəhbəri, 52765 məhəllə və kənd muxtarını, 3284 Bələdiyyə Şurası üzvünü, 33868 Bələdiyyə Məclisi üzvünü seçdilər.
Onu da qeyd edək ki, ümumilikdə 92848 yerli idarəetmə orqanı təmsilçisinin müəyyənləşdirildiyi seçki prosesi bir çox hadisələrlə yadda qalıb. Əvvəla, bu seçkilər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əvvəlki parlament və bələdiyyə seçkilərində səs faizini artırmaq ənənəsinə son qoyub. Hakim partiya yenə də seçkinin qalibi olsa da, əvvəlki bələdiyyə və parlament seçkilərinə nisbətən səs itkisinə məruz qalıb. 5 il əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə AKP 2,83 faiz səs itirib. CHP ilə MHP isə səslərini müvafiq olaraq 5,13 və 6,09 faiz artırıblar. AKP-nin 1,5 il əvvəl keçirilən parlament seçkilərində topladığı səs faizinə nisbətən isə hazırda 7 faiz səs itirdiyi üzə çıxıb.
Daha doğrusu, son məlumatlara görə, AKP 38,97 faiz səslə birinci nəticə göstərib. Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CXP) 23,23 faiz səslə ikinci yerdə gedir. üçüncü yerdə isə 16,13 faiz səslə digər aparıcı müxalifət partiyası - Milliyyətçi Hərəkat Partiyası (MHP) qərar tutub.Demokratik Toplum Partiyası 5,41, Səadət Partiyası 5,18, Demokratik Sol Partiyası 2,42, Demokrat Partiyası 2,23 faiz səs yığıb. Martın 25-də vertolyot qəzasına düşərək həlak olmuş Möhsün Yazıçıoğlunun partiyası - Böyük Birlik Partiyası 0,42 faiz nəticə göstərib. Bu partiya Sivasda - mərhum liderin vətənində bələdiyyə başqanlığını qazanıb.
ümumiyyətlə, hakim Ədalət və İnkişaf Partiyası 45 vilayət və 446 bölgədə, Cümhuriyyət Xalq Partiyası 13 vilayət və 169 bölgədə, Milliyyətçi Hərəkat Partiyası 10 vilayət və 128 bölgədə, Demokratik Toplum Partiyası 8 vilayət və 51 bölgədə, Demokratik Sol Partiyası 2 vilayət və 10 bölgədə, Demokrat Partiyası 1 vilayət və 38 bölgədə, Böyük Birlik Partiyası 1 vilayət və 3 bölgədə seçkilərdə qalib gəlib. Yalnız Şanlıurfada seçkilərdə müstəqil namizəd qalib gəlib. Sabiq bələdiyyə başqanı Əşrəf Fakıbaba səslərin 44 faizini alaraq qalib olub. Səadət Partiyası (SP) və Ana Vətən Partiyası (ANAP) heç bir vilayətdə qalib gələ bilməyiblər, SP namizədləri 23, ANAP namizədləri isə cəmi 4 bölgədə qələbə qazanıblar.
Bu dəfə müəyyən səs itkisinə məruz qalan hakim partiya üçün təsəlli isə ölkənin paytaxtı Ankara və ən böyük şəhəri İstanbulda AKP-nin namizədlərinin qalib gəlməsidir. Ankarada Melih Gökçək rəqibi Murad Qarayalçını geridə qoyaraq, 4-cü dəfə paytaxtın bələdiyyə sədri olub. İstanbulda isə AKP-nin namizədi və hazırkı bələdiyyə sədri Kadir Topbaş Kamal Qılıcdaroğlunu üstələyərək, ikinci dəfə bu şəhəri idarə etmək hüququ qazanıb.
İzmir şəhərində isə vəziyyət dəyişməyib, CHP-nin namizədi qalib gəlib. Azərbaycan və Türkiyə KİV-inin məlumatlarına əsasən, səsvermənin ən maraqlı nəticələrindən biri daha çox azərbaycanlıların yaşadığı İqdır vilayətində Milliyyətçi Hərəkat Partiyası (MHP) namizədinin bələdiyyə sədri seçilə bilməməsi ilə bağlıdır. Bu seçkidə PKK terror təşkilatı ilə yaxın münasibətləri olan DTP-nin namizədi İqdır bələdiyyəsinin sədri olub.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu seçkilər Türkiyə tarixində bir sıra qeyri-adilikləri ilə yadda qalacaq. Əvvəla Türkiyə müxalifəti bu seçkilər zamanı iqtidar tərəfindən saxtakarlıqlara yol verildiyinə dair iddialar səsləndirməyə başlayıb. Ankarada səsvermə bülletenlərinin sayılması zamanı işıqların kəsilməsinin də təsadüfi olmadığı iddia edilir. CXP Bəylikdüzü, Bəyoğlu, çəksəköy və Tuzlada saxtakarlıqlara yol verildiyini əsas götürərək, bu dairələrdə səsvermənin nəticələrini tanımaqdan imtina edib.
Eyni zamanda, Adanada da seçkilərin nəticələrinin saxtalaşdırıldığı iddiası ortaya çıxıb. Belə ki, burada həm AKP-nin namizədi Mehmet Ali Bilici, həm MHP-nin namizədi Aytaç Durak, həm də CXP-nin namizədi ümit özgümüş özlərini seçkinin qalibi elan ediblər. Buna səbəb isə seçki bülletenlərinin sayılması zamanı yol verilən yanlışlıq olub.
Qeyd etmək yerinə düşər ki axtarışda olan 20 nəfərin seçki məntəqəsində səs verən zaman həbs edilməsi də yaddaqalan hadisələr sırasında yer alıb.
Və nəhayət, Türkiyədə seçkilər zamanı qarşıdurmaların və ölüm hallarının ənənəyə çevrilməsi bu dəfə də özünü göstərib. Martın 29-da yerli özünüidarə orqanlarına seçki zamanı müxtəlif yerlərdə baş verən silahlı toqquşmalar nəticəsində ümumilikdə 9 nəfər ölüb, 96 nəfər isə yaralanıb.
Bir sözlə, bu seçkilərlə Türkiyənin siyasi tarixinə yeni bir bölüm əlavə olunub. özü də kifayət qədər maraqlı və rəngarəng bir bölüm. Əksər ekspertlərin də qeyd etdikləri kimi, yaxın gələcəkdə bu bölümün ən yaddaqalan hadisəsi AKP daxilində baş verəcək köklü dəyişikliklər ola bilər. çünki baş nazir Ərdoğanın rəhbərlik etdiyi partiyanın bu qədər səs itkisinə məruz qalması AKP-də səssiz qarşılana bilməz.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

