Gürcüstanda siyasi gərginlik davam edir
01.04.2009 [11:35]
Qonşu Gürcüstanda baş verənlər bu ölkədə daxili qarşıdurmaların kulminasiya nöqtəsinə çatmasına işarə edir. Bunun başlıca səbəbi isə keçmiş spiker Nino Burcanadzenin liderlik etdiyi müxalif qüvvələrin prezident Mixail Saakaşvilini istefaya göndərmək istəyidir. Əslində, Mixail Saakaşvilinin istefası tələbi son bir neçə il ərzində, demək olar ki, gündəmdən düşməyib. Sadəcə olaraq, əvvəllər bu tələbin müəllifləri konkret olaraq Rusiyanın təsiri altında olan qüvvələr idisə, indi prezidentin keçmiş silahdaşı önə çıxıb. Daha dəqiq desək, bir zamanlar “qızılgül inqilabı” zamanı Mixail Saakaşvili ilə çiyin-çiyinə dayanan keçmiş spiker Nino Burcanadze indi Saakaşvilini prezident postunda əvəz etmək iddiasını ortaya qoyub.
Təsir əks-təsirə bərabərdir
Onun bu istəyi isə gürcü hakimiyyətinin adekvat reaksiyasına tuş gəlib. Bir neçə gün öncə Gürcüstanın Daxili İşlər Nazirliyi silah alveri ittihamıyla 10 nəfərin həbs edildiyini də bildirib. Bundan bir neçə saat sonra keçmiş spiker Nino Burcanadze tutulanlardan 9-nun onun tərəfdarları olduğunu bəyan edib. Nino Burcanadze partiyadaşlarına qarşı ittihamları qəti şəkildə rədd edərək, hökumətin onu gözdən salmaq kampaniyası apardığını deyib.
çünki sözügedən həbslər müxalifətin planlaşdırdığı nümayiş ərəfəsinə təsadüf edib. Bu həbslər eləcə də qarşıduran tərəflər arasında düşmənçiliyin getdikcə dərinləşdiyini təsdiqləyir. Yayılan son məlumatlar isə Gürcüstanda vətəndaş qarşıdurması təhlükəsinin mövcudluğuna işarə edir. Məsələ burasındadır ki, müxalifətin 9 aprel mitinqindən 2 gün əvvəl aprelin 7-də hökumət tərəfdarlarının da Tiflisdə geniş mitinq keçirəcəyi bəlli olub.
Gürcü müxalifəti 9 aprel mitinqinə hazırlaşır
Hələlik isə əsas diqqət müxalifətin 9 aprel mitinqi ərəfəsində verilən açıqlamalara yönəlib. Müxalifət bəyan edib ki, 9 aprel aksiyasına “Əlıyalın mübarizə” şüarı ilə çıxacaq. Mühafizəkarlar Partiyasının lideri bildirib ki, hökumət yeni strategiya seçib və bu, müxalifətlə dialoqa getmək strategiyasıdır: “Bu təklif bizim üçün təhqirdir, biz onu müzakirə etməyəcəyik. Nə qədər ki, Mixail Saakaşvili öz iqamətgahında oturur, prezident postuna yeni namizədin irəli sürülməsinin vaxtı deyil. Bir neçə partiya öz namizədinin adını çəkib, ancaq Mixail Saakaşvili vəzifəsindən istefa verdikdən sonra biz namizədimizin adını açıqlayacağıq. Biz ən ləyaqətli bir namizədin adını çəkəcəyik və o, Gürcüstan prezidenti olacaq”.
Göründüyü kimi, Gürcüstanda cərəyan edən hadisələr ölkə üçün heç də müsbət nəticələr vəd etmir. Əksər ekspertlərin də qeyd etdikləri kimi, iqtidarla müxalifət arasında uzlaşma əldə edilməzsə Gürcüstan yenidən dərin böhrana yuvarlana bilər. özü də budəfəki böhran ümumilikdə Gürcüstan dövlətçiliyinə sarsıdıcı zərbə vura bilər. çünki hazırda bu ölkənin parçalanmasında maraqlı olan daxili və xarici qüvvələr onlar üçün əlverişli məqamın yetişməsini gözləyirlər.
Nino Burzanadze də azərbaycanlıların dəstəyini almaq istəyir?
Gürcüstandakı son proseslərdən söhbət açarkən azərbaycanlılar faktorunu da nəzərdən qaçırmaq olmaz. Daha doğrusu, zaman-zaman Gürcüstanda hakimiyyətə gəlmək istəyən qüvvələr bu ölkədə əsas elektoral baza sayılan Gürcüstan azərbaycanlılarının dəstəyindən yararlanmağa çalışıblar. Və bu proses hazırda da davam edir. Hər halda Gürcüstan parlamentinin keçmiş sədri, Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadzenin Novruz bayramı ərəfəsində Marneuli rayonuna səfər edərək, orada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşməsi belə deməyə əsas verir. Məlumatlara görə, Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik edən və sosial-iqtisadi məsələlərə toxunan N.Burcanadze bu sahədə problemləri həll etmək üçün ciddi proqramlar hazırladıqlarını söyləyib.
Beləliklə, 9 aprel mitinqi ərəfəsində baş tutan bu görüş ekspertlərin diqqətindən yayınmayıb. Ehtimallara görə, sabiq spiker prezident postuna gedən yolda soydaşlarımızın dəstəyini əldə etmək istəyir.
Dili bilmək vacibdir, amma...
Lakin soydaşlarımızın bu dəstəyi verməsi üçün ortada heç bir əsas yoxdur. çünki seçkilər, yaxud da hansısa siyasi proseslər ərəfəsində soydaşlarımızın ayağına gedən gürcü siyasətçiləri hakimiyyətə gələndən sonra azərbaycanlıları unudurlar. Bəhanə də bu olur ki, azərbaycanlılar gürcü dilini bilmirlər. Əlbəttə ki, istənilən şəxs vətəndaşı olduğu ölkənin dövlət dilini bilməyə borcludur. O cümlədən, Gürcüstanda yaşayan azərbaycanlılar da gürcü dilini bilməlidirlər və gürcü dilini bilməyən hansısa azərbaycanlıya haqq qazandırmaq qeyri-mümkündür. Lakin eyni zamanda bu məsələdə həm Gürcüstan dövləti, həm də hakimiyyətə gəlmək məsələsi olanda soydaşlarımızın ayağına gedən siyasilər maraqlı olmalıdır. Yəni, soydaşlarımızın gürcü dilini bilməsi üçün hansısa dil kurslarının, yaxud da xüsusi bazar günü məktəblərinin yaradılması daha məqsədəuyğun olardı. Digər tərəfdən, elə məsələlər var ki, onların həlli üçün heç də gürcü dilinin öyrənilməsi əsas götürülə bilməz. Sadəcə, Gürcüstanda hakimiyyətdə olan və hakimiyyətə gəlmək istəyən qüvvələr hər zaman bu dövlətə sadiqlik nümayiş etdirən soydaşlarımıza layiq olduqları qayğını göstərməlidirlər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

