Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin AB-yə qəbulu ilə bağlı hələ də ümumi razılıq yoxdur

Türkiyənin AB-yə qəbulu ilə bağlı hələ də ümumi razılıq yoxdur

07.04.2009 [17:47]

Fransa-Almaniya cütlüyünün anti-Türkiyə mövqeyi dəyişməz qalır
ötən həftə dünyanın nəzəri yenidən Türkiyəyə yönəlmişdi. Buna səbəb qardaş ölkədə hansısa tədbirin keçirilməsi yox, rəsmi Ankaranın sərgilədiyi qətiyyətli mövqe idi. Məsələ burasındadır ki, Türkiyənin ortaya qoyduğu etiraz NATO-nun növbəti zirvə sammitinin nəticəsiz tamamlanmasına səbəb ola bilərdi. çünki rəsmi Ankara Danimarkanın baş naziri Anders Foq Rasmussenin NATO-nun yeni Baş katibi seçilməsinə qarşı idi.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyə bu etirazını Rasmussenin PKK məsələsində, eləcə də, danimarkalı karikaturaçının Məhəmməd peyğəmbərin karikaturasını çəkərək qalmaqal yaratdığı dövrdə tutduğu mövqe ilə əsaslandırmışdı. NATO zirvəsindən öncə Londonda keçirilən “Böyük 20”lərin sammitində jurnalistlərə açıqlama verən Ərdoğan NATO baş katibi postuna digər namizəd axtarmağı məsləhət görmüşdü.
Rasmussen üçün Türkiyə maneəsi
Beləliklə, NATO özünün 60-cı ildönümünə təsadüf edən bir sammitə tərəddüdlərlə başladı və bu hal son dəqiqəyə qədər davam etdi. NATO zirvəsində Türkiyəni baş nazir Ərdoğan deyil, prezident Abdullah Gül əvəz etsə də, mövqe dəyişməz qalırdı-rəsmi Ankara Rasmussenin baş katib olmasına qarşı idi. Vəziyyətin bu şəkil aldığını görən avropalı liderlər əvvəlcə təzyiq, sonra isə vəd siyasətini işə saldılar. Daha dəqiq desək, Fransa prezidenti Nikola Sarkozi ilə Böyük Britaniyanın baş naziri Qordon Braunun “Rasmussenlə bağlı biz Avropa Birliyində ortaq qərara gəlmişik” kəskin xarakterli mesajına cənab Gül tərəfindən eyni tonlu “Bura Avropa Birliyinin toplantısı deyil, NATO toplantısıdır” şəklində cavab verildi.
Türkiyə prezidenti Avropa Birliyinin komissarı Oli Rehnin “Ankaranın Rasmussenin əleyhinə çıxmasının Avropa Birliyinə üzv olmağa çalışan Türkiyə üçün mənfi nəticələr verə bilər” mesajını da olduqca sərt şəkildə cavablandırdı: “Əgər biz Avropa Birliyinin toplantısında olsaydıq, başqa məsələlərin müzakirəsini tələb edərdik”.
Obamanın vasitəçiliyi
Bir sözlə, yuxarıdakı şəkildə cərəyan edən proseslər, həmçinin, İtaliyanın baş naziri Silvio Berluskoninin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 32 dəqiqəlik telefon danışığı Ankaranı öz mövqeyindən geri çəkilməyə məcbur edə bilmədi. Yalnız ABŞ prezidenti Barak Obamanın işə qarışmasından sonra problem öz həllini tapdı. Bunu baş nazir Ərdoğanın açıqlaması da təsdiqləyir.
Rasmussenin seçilməsindən dərhal sonra açıqlama verən Ərdoğan “Narahatlıqlarımızı toplantıda bəyan etdik. Bu gün səhərdən başlayaraq, yenidən Avropa liderləri ilə və Prezidentimizlə görüşüb, müzakirələr apardıq. Məsələnin hörmətli cənab Obamanın vasitəçiliyi ilə həll olunduğu bildirildi. Yalnız bundan sonra Prezidentimiz razılığını verdi. Narahatlığımıza səbəb olan məsələlərin həllini tapacağına ümid edirik”-deyib.
Yeri gəlmişkən, Rasmussenin baş katib seçilməsini baş xəbər kimi təqdim edən xarici xəbər agentlikləri Türkiyənin aşağıdakı şərtlər daxilində öz vetosunu geri götürdüyünü də bildiriblər:
- NATO Baş katibinin müavini türk olacaq;
- Baş katibliyin tərk-silah üzrə üzvü türk olacaq;
- Əfqanıstandakı NATO təmsilçisi t
ürk olacaq;
- PKK-ya məxsus Roj TV-nin Danimarkadan yayımı dayandırılacaq;
- Rasmussen BMT-nin “Mədəniyyətlər ittifaqı” layihəsinin İstanbulda keçirilən II Forumunda karikatura olayına görə, bütün müsəlman ölkələrdən üzr istəyəcək;
- Türkiyənin Avropa Birliyinə üzvlük məsələsində yumşalma baş verəcək;
Ankara vəziyyəti öz xeyrinə dəyişə bilərdi
Beləliklə, maraqlı bir situasiya yaranmışdı və proseslər Türkiyənin xeyrinə başa çata bilərdi. çata bilərdi ona görə ki, NATO-nun 60 illik tarixində baş katibin seçilməsinə veto qoyulması halı ilk dəfə idi ki, ortaya çıxırdı. Və həmin addımın atılması üçün bu vetonun sahibi Türkiyənin əlində kifayət qədər əsaslar vardı. Gözləmək olardı ki, rəsmi Ankara vəziyyəti həm özünün, həm də bütövlükdə Türk dünyasının xeyrinə tamamlanmasına nail olacaq. Lakin bu baş vermədi. Ələ düşən gözəl imkandan lazımi şəkildə istifadə olunmadı. Bu azmış kimi, Türkiyə tarixə Avropa tərəfindən aldadılmış ölkə kimi düşmək üzrədir.
Hər halda sammitdən dərhal sonra səslənən fikirlər belə deməyə əsas verir. Məsələn, NATO sammitindən sonra ABŞ prezidenti Türkiyənin Avropa Birliyinə qəbul edilməsinin Qərblə müsəlman dünyası arasında məsafəni daha da yaxınlaşdıracağını söyləsə də, Fransa pezidenti Nikola Sarkozi həmin çağırışa sərt reaksiya verib. Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinin ABŞ-a dəxli olmadığını bildirən Sarkozi “AB üzvü olan ölkələrin əksəriyyəti Türkiyənin üzvlüyə qəbul edilməsinə qarşıdır. Türkiyə çox böyük bir ölkədir, həm Avropanın, həm də ABŞ-ın müttəfiqidir. Lakin Türkiyənin AB-yə birbaşa üzvlüyündən deyil, imtiyazlı ortaqlıqdan söhbət gedə bilər” - deyib.
Sarkozini bir qədər yumşaq formada Almaniya kansleri Angela Merkel də dəstəkləyib. Cəmi bir gün öncə baş katib məsələsində Berluskonini Ərdoğana minnətçi salan Merkel Ankaranın hələ gözləməli olacağına işarə edib. Onun sözlərinə görə, Türkiyənin AB-yə tamhüquqlü üzv qəbul ediləcəyinə dair ortada hər hansı qərar və yaxud da razılaşma yoxdur.
Müsəlmanlardan üzr istənilmədi
Həm Sarkozinin, həm də Merkelin açıqlaması Fransa-Almaniya cütlüyünün Türkiyəyə qarşı mövqeyinin dəyişmədiyini bir daha təsdiqləyir. Yuxarıda da qeyd edildiyi kimi, bu eyni zamanda Avropanın Türkiyəyə verdiyi sözü yerinə yetirməməsi kimi də dəyərləndirilə bilər. Lakin bu da son deyil. NATO-nun yeni baş katibi Anders Foq Rasmussenin sammitdən sonra öz ölkəsinin KİV-nə verdiyi açıqlamada Roj TV-nin qapadılmasına dair Türkiyəyə hər hansı sözün verilmədiyini deməsi və dünən İstanbuldakı çıxışı zamanı müsəlman dünyasından üzr istəməməsi Ankaraya münasibətdə ciddi diplomatik manipuliyasiyalara yol verildiyinə işarə edir. Məlumatlara görə, baş katib çıxışında sadəcə bütün dinlərə hörməti olduğunu deyərək NATO ilə İslam dünyası arasında əlaqələrin gücləndirilməsinə önəm verəcəyini söyləyib və Məhəmməd Peyğəmbərin Danimarka mətbuatında dərc olunan karikaturaları ilə bağlı qalmaqalı da xatırladıb: “Həmin vaxt mənim mövqeyim çox açıq idi. Bu, qətiyyən mənim mövqeyimi əks etdirmirdi. Mən insanları dini və etnik mənşəyinə görə günahlandırmağın əleyhinəyəm. Dinlərə və dini simvollara, insanların dini duyğularına hörmətim var”.
Hədəf və istək yanlışlığı
Bir sözlə, görünən odur ki, türk dünyası üçün yaranmış əlverişli və əvəzsiz imkandan lazımi şəkildə istifadə edilmədi. Və bəzi ekspertlərin də qeyd etdikləri kimi burada Avropanın etibarsızlığı ilə yanaşı, Ankaranın da səmimi inamı öz rolunu oynadı. Daha dəqiq desək, hədəflər və istəklər doğru müəyyən edilmədi. Deyək ki, Avropa Birliyinə təsir imkanları olsa da, qərarların qəbulunda iştirak etməyən ABŞ prezidenti Barak Obamadan “AB-yə üzvlük”lə bağlı deyil, daha real məsələlərlə əlaqədar razılıq alına bilinərdi. Heç uzağa getməyək, Obamadan prezident olduğu beş il ərzində “erməni soyqırımı”nı tanımayacağına və “Türkiyə-Ermənistan sərhədləri açılsın” istəyini (əslində isə, tələbini-N.A) səsləndirməyəcəyinə dair razılıq alına bilərdi...
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1334 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30