Beynəlxalq nüvə yanacağı bankı...
11.04.2009 [15:06]
Bu yaxınlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayev beynəlxalq nüvə yanacağı bankının ölkəsində yerləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu açıqlamadan sonra nüvə yanacağı bankının yaradılması məsələsi daha da aktuallaşıb. Təşəbbüsün diqqəti cəlb edən cəhəti odur ki, nüvə silahından imtina edən ölkələr onu dinc məqsədlə istifadə etmək istədikdə yanacaq istehsalı üçün mühüm texnologiya və müəssisələr yaratmağa ehtiyac qalmayacaq.
üstəlik, bankın MAQATE-nin çərçivəsində fəaliyyət göstərməsi və bu təşkilatın nəzarətində olması nəzərdə tutulur. Yəni inşa edilməkdə olan atom elektrik stansiyaları (AES) üçün lazım gələcək yanacağı MAQATE satacaq və onun hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün nəzarəti birbaşa bu təşkilat həyata keçirəcək.
Onu qeyd etmək yerinə düşər ki, belə bir bankın yaradılması məsələsi birdən-birə ortaya çıxmayıb. Hələ 2007-ci ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası “Nüvə yanacağı üzrə beynəlxalq bankın yaradılması” Haqqında qanun ləyihəsini qəbul edib. Həmin vaxt bu bankın fəaliyyət mexanizmi ilə bağlı qızğın diskussiyalar getmiş, bəziləri belə bankın virtual, digərləri nüvə yanacağı ehtiyatlarının konkret bir yerdə olmasını təklif edirdilər. İkinci təklifin daha cəlbedici olduğunu deməyə əsas var. Belə ki, həmin iclasda vahid anbarın (saxlancın) Qazaxıstan ərazisində yaradılması təklifi irəli sürülmüş (Rusiyanın Anqarsk şəhərinin namizədliyi olsa da, buna xüsusi diqqət yetirilməyib) və Qazaxıstanın nüvə silahına malik olmaması və onun hazırlanması yönündə iş aparmaması, ölkədə sabit siyasi rejimin mövcudluğu, nüvə sənayesi obyektlərinin tamamilə MAQATE-nin nəzarətinə açıq olması barədə izahlı qeyd yer almışdır.
Belə bir strateji layihənin həyata keçirilməsində Qazaxıstanın namizədliyinin daha məqsədəuyğunluğu ölkənin güc strukturlarının banka ediləcək hücum və terror aktları ehtimalının qarşısını almaq üçün yetərli gücə malik olması, ölkənin tam şəkildə nə Rusiya, nə də ABŞ-ın təsir dairəsinə daxil olmaması amilləri ilə əsaslandırılır. Ən başlıcası isə odur ki, əgər bank doğrudan da Qazaxıstan ərazisində yerləşdirilsə, respublikanın suverenliyinə hər hansı təcavüz bütün dünyada beynəlxalq nüvə təhlükəsizliyinə hədə kimi qiymətləndiriləcək. Yəni Qazaxıstan bu minvalla dünya səviyyəsində öz təhlükəsizliyini sığortalamış olur.
Digər bir üstünlük odur ki, ABŞ-ın yeni prezidenti Barak Obama da Qazaxıstan prezidentinin təklifinə ciddi yanaşır. Habelə, ABŞ-ın MAQATE yanında bankın yaradılmasına 50 milyon dollar, digər ölkələrin isə 5-10 milyon ayırmağa hazır olmaları siyasi ekspertlər tərəfindən Qazaxıstanın siyasi dividentlə yanaşı iqtisadi divident qazanacağı kimi qiymətləndirməyə şərait yaradır.
Məsələnin iqtisadi tərəfinə diqqət yetirəndə daha maraqlı məqamlar ortaya çıxır. Gələcəkdə uran konsentratlarının qiymətinin neft və qazın qiymətinə nisbətən daha sürətlə artacağı gözlənilir. Belə ki, 2000-ci ildə 1 kiloqramı bazarda 15 dollar olan uran konsentrantı 2005-ci ildə 68 dollar, 2007-ci ildə 110 dollar olub, hazırda ondan da yuxarı qiymətədir.
Nüvə bankının Qazaxıstanda yerləşməsinin ölkə üçün dividentlərinə baxmayaraq, bu təklif ölkə daxilində birmənalı qarşılanmır. Daxili ekspertlər bu məsələnin ciddi şəkildə müzakirə olunmasını məqsədəuyğun sayırlar. Belə bir strateji layihənin Qazaxıstan üçün mənfi və müsbət cəhətlərini müqayisə edən mütəxəssislər, texnoloji, siyasi, iqtisadi və coğrafi baxımdan ölkənin maraqlarına cavab versə də, bu bankın yaradılmasına və fəaliyyətinə təminat məsələlərində qeyri-müəyyənlik olduğunu iddia edirlər. Ən çox da təhlükəsizlik məsələləri ölkənin bu layihəyə münasibətində tərəddüd yaradır. çünki keçmiş SSRİ dövründə nüvə poliqonunun Qazaxıstanda yerləşməsi və onun mənfi təsirləri, bankın yaradılmasından sonra baş verəcək fors-major halları və ehtiyatsızlıq məsələlərini nəzərə almağa ehtiyac duyulur. Qazaxıstan prezidentinin bu məsələdə qəti mövqe sərgiləməsi layihənin bu ölkədə gerçəkləşdirilməsi ehtimallarını artırır.
Q.Məcid
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

