Ermənistanın maliyyələşməsində narkotrafikdən gələn gəlir mühüm rol oynayır
26.01.2019 [10:42]
Transmilli kriminal qruplar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində fəaliyyətlərini genişləndirirlər
Ermənistanda işğalçı kriminal xunta rejiminin devrilməsinə baxmayaraq, keçmiş hakimiyyətin mahiyyətini özündə əks etdirən cinayətkar şəxslərin cəzasız qalması, bəzilərinin isə girov müqabilində azadlığa çıxmasının cəmiyyətdə narazılıq yaratdığı barədə dəfələrlə yazmışıq. Prosesin bu istiqamətdə getməsi bir çox qaranlıq məqamlardan xəbər verir və çox güman ki, yeni hakimiyyət uzun illərdir həm Ermənistanda, həm də işğal olunmuş Azərbaycan ərazilərində kök salmış cinayətkar qrupların qarşısında acizlik nümayiş etdirir.
Məsələn, hələ ötən ilin iyun ayında həbs olunan işğalçı saqqallıların birləşdiyi “Yerkrapa” təşkilatının sədri “general” Manvel Qriqoryanın cinayətləri ortada olsa da, 8 aydır davam edən istintaq hələ ciddi nəticə əldə etməyib. Üstəlik, keçən ay 25 milyon dram girov müqabilində azadlığa buraxılıb. Eçmiədzin əhalisi etiraz aksiyası keçirərək onun dərhal həbs olunması və rayona buraxılmamasını tələb edəndən sonra Ermənistan prokurorluğu da apelyasiya şikayəti verərək onun yenidən həbsinə nail olub.
Lakin 30 ilə yaxındır Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə nəzarət edən cinayətkar, özbaşına özlərini “general” elan etmiş quldurların cinayətlərinə təkcə M.Qriqoryanın həbs olunması ilə son qoyula bilməz. Onun kimi “general”lar azərbaycanlılara qarşı soyqırımı törətdikdən sonra o qədər azğınlaşıblar ki, bu dəfə öz xalqına qarşı da cinayətlərə rəvac veriblər. Törətdiyi cinayətlərin cəzasız qalacağını düşünən həmin cinayətkar qruplaşma indinin özündə də işğal olunmuş ərazilərdə cinayətlərini davam etdirirlər.
Bununla belə, yalnız ermənipərəst olduqları üçün Dağlıq Qarabağa və işğal olunmuş torpaqlarımıza aparılan xarici vətəndaşlardan fərqli düşünən və bir çox həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa cəhd edənlər də var. Böyük Britaniyadan olan araşdırmaçı-yazar Harrold Keyn həmin şəxslərdən biridir. Qafqaza səfər edən H.Keyn bir neçə həftə Azərbaycanın işğal altındakı ərazilərində araşdırma aparıb və oradakı cinayətlərin, dəhşətli faktların şahidi olduğu üçün bu barədə kitab yazmaq qərarına gəlib. Bu səfərdən sonra onun hazırladığı “NarkoQarabağ” kitabında dünya ictimaiyyətini aldatmağa çalışan işğalçı rejimin əslində zəbt etdiyi torpaqlarda radioaktiv tullantıların basdırılması, Azərbaycanın təbii sərvətlərinin talan olunması, narkotik maddə hazırlamaq üçün bitkilərin becərilməsi və sənaye üsulu ilə narkotik maddələrin istehsalı, terrorçu qrupların təlim düşərgələrinin yaradılması, insan alveri, qanunsuz silah satışı kimi transmilli cinayətlərlə məşğul olmasına dair təkzibolunmaz faktlar yer alıb. Artıq elektron variantı hazır olan kitab “narcokarabakh.net” saytında yerləşdirilib və beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olub.
Dağlıq Qarabağdakı cinayətkar dəstənin uzun illərdir bu fəaliyyətlərinə görə transmilli cinayətkar qrupların maraq dairəsinə daxil olduğunu yazan müəllif Ermənistanın işğal etdiyi ərazilərin bu gün narkotiklərin qanunsuz dövriyyəsi və istehsalı üçün regional mərkəzə çevrildiyini sübut edir. Əslində narkotikdən əldə olunan böyük pullar Ermənistanın bir sıra dövlət və qeyri-hökumət strukturlarının, həmçinin Xankəndidəki kriminal rejimə rəhbərlik edən silahlı qruplaşmaların maddi baxımdan saxlanmasına, silah və hərbi texnika alınmasına xərclənir. Onu da qeyd edək ki, işğal altındakı ərazilərdə narkotik maddələrin yetişdirilməsi faktı dəfələrlə beynəlxalq təşkilatların tribunalarından səslənsə də, qəbul olunan sənədlərdə öz əksini tapsa da, Azərbaycanın torpaqlarındakı təhlükənin aradan qaldırılması üçün heç bir tədbir görülmür.
H.Keyn onu da vurğulayır ki, Dağlıq Qarabağda yaşayanların faciəsi yalnız narkotik vasitələrin dövriyyəsinin geniş vüsət almasından asılı deyil, orada yaşayan sadə ermənilər də bu cinayətkarların girovuna çevriliblər. Onun sözlərinə görə, orada yaşamağa məcbur edilən ermənilərin həyat hekayələri bir-birinə oxşar və kədərlidir. Araşdırmaçı həmçinin qeyd edir ki, insan alverinin geniş yayıldığı Dağlıq Qarabağda insanların taleyi də yalnız işğalçı dəstələrin liderlərinin əlindədir və hər gün yüzlərlə insanın həyatı məhv edilir.
Göründüyü kimi, Ermənistanda hakimiyyəti ələ keçirən N.Paşinyan faktiki olaraq Ermənistanın mövcudluğunun əsas maliyyə mənbəyinə çevrilən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarına nəzarət edən kriminal dəstənin bu fəaliyyətlərinə göz yumur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53

