Nikol Paşinyan işğalçı ölkədə proseslərə nəzarət edə bilmir
28.03.2019 [09:29]
Yaxud Ermənistan cəmiyyətindəki daxili qarşıdurma işğalçı orduya da sirayət edib
Təxminən bir il öncə hakimiyyəti ələ keçirən Nikol Paşinyan ötən müddət ərzində Ermənistan üçün müsbət bir iş görə bilməyib. Əksinə onun və rəhbərlik etdiyi hökumətin yarıtmaz siyasəti nəticəsində heç bir sahədə irəliləyiş əldə olunmaması Ermənistanda daxili vəziyyəti daha da gərginləşdirib. Əksər ekspertlərin vurğuladıqları kimi, xalqa boş vədlər verməkdən başqa bir iş görməyən N.Paşinyanın struktur islahatı aparmaq adı ilə hökuməti tam formalaşdırıb başa çatdırmaması da işğalçı ölkədə siyasi xaosa yol açıb. Bu və ya digər səbəblərdən yaranan kritik vəziyyət isə Ermənistanda özbaşınalıqların, etiraz aksiyalarının daha da artmasına gətirib çıxarıb.
Hətta iş o yerə çatıb ki, indiki hakimiyyətin “Mənim addımım” blokunun əksəriyyət təşkil etdiyi parlamentdə hökumətin ayrı-ayrı üzvləri və bütövlükdə N.Paşinyanın kabineti haqqında ciddi tənqidlər səslanməkdədir. Belə ki, bu günlərdə Ermənistan parlamentində hökumətin fəaliyyətinin müzakirəsi zamanı formal olaraq müxalifət hesab olunan “Çiçəklənən Ermənistan” Partiyasının deputatlarından Gevork Petrosyan hökumətin parlamenti idarə etdiyi barədə ittiham irəli sürüb. Böyük qalmaqal yaradan bu çıxışa səbəb isə partiyanın təqdim etdiyi Ermənistan Əmək Məcəlləsinə düzəlişlər layihəsinə hökumətin mənfi rəy verməsi olub.
Bu arada işğalçı ölkədə mövcud, hökumətə qarşı etiraz aksiyaları səngimək bilmir. Növbəti etiraz aksiyası isə təkcə hökumətin fəaliyyətsizliyini deyil, ordudakı acınacaqlı vəziyyəti üzə çıxarıb. Meğri rayonunda yerləşən bir hərbi hissədə baş vermiş iğtişaşlardan sonra hökumət binasının qarşısında aksiya keçirən hərbçilərin yaxınları Ermənistan Müdafiə Nazirliyinin atdığı addıma etiraz ediblər. Əsgər anaları bildiriblər ki, Ermənistan Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə baş verən iğtişaşlarda iştirak edən əsgərlərin bir qismini xidmət yerlərini Dağlıq Qarabağa köçürməklə cəzalandırıblar.
Daha sonra Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən əsgər analarının sözlərinə görə, hadisənin günahkarı zabitlərdən biri olsa da, 20 nəfərə yaxın əsgər və zabit cəzalandırılıb. “YerevanToday”in yazdığına görə, özbaşına alayı tərk edən yüzlərlə əsgərdən 20 nəfər seçilib, hərbi formaları cırılıb, telefonları əllərindən alınıb və avtobusla Qafan hərbi polisinə aparılıb. Üsyanda iştirak edən əsgərlərin bir çoxu isə Xankəndiyə göndərilib. Əsgər analarının sözlərinə görə, onlar baş verən hadisədən övladlarının Dağlıq Qarabağdan zəng etmələrindən sonra xəbər tutublar.
Hərbi qulluqçuların yaxınlarının tələblərinə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da etinasız yanaşıb və cəzanın bu növünü normal hesab edib. Onun sözlərinə görə, kütləvi iğtişaşlarda iştirak edən əsgər və zabitlərin bir hissəsi ermənisayağı cəzalandırılsa da (Qarabağa göndərilməklə), on doqquz əsgər istintaqa cəlb olunub.
Baş vermiş bu hadisə isə təkcə əsgərlərin valideynlərini deyil, bütün əhalini ayağa qaldırıb. “Jurnalistlər sülh naminə” ictimai təşkilatının rəhbəri, hüquq müdafiəçisi Janna Aleksanyan mətbuat katibi A.Hovhannisyanın fikirlərinə etiraz edərək onu bütün günahı əsgərlərin üzərinə atmaqda, səbəblər barədə danışmamaqda günahlandırıb. Onun sözlərinə görə, hadisənin səbəbkarı Qasparyan soyadlı zabit əsgərləri alçaltmağa çalışıb, buna görə də, əlbəttə ki, bir gün bir iğtişaş olacaqdı. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, əsgərlərin digər hərbi hissələrə paylanması baş verən hadisənin əsas səbəbini gizlətmək məqsədi daşıyır, vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərindən ibarət komissiya yaratmaq lazımdır.
Sonda onu da qeyd edək ki, son iki həftə ərzində Ermənistanın hərbi hissələrində, xüsusilə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən hərbi birləşmələrdə naməlum səbəbdən baş verən əsgər ölümləri cəmiyyətdə narazılıq və təşviş yaradıb. Bütün bunlar isə bir daha sübut edir ki, N.Paşinyanın rəhbərlik etdiyi hökumət nəinki ölkənin sosial-iqtisadi vəziyyətinə nəzarət edə bilir, heç işğalçı ordunun idarə olunması iqtidarında da deyil.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59

