Ermənistanı yeni etiraz dalğası bürüyüb
20.08.2019 [09:08]
Bu dəfə Cermuk şəhərinin sakinləri Amulsar yatağının istismarının dayandırılmasını tələb edirlər
İşğalçı Ermənistanda bütün sahələrdə xaos və anarxiya davam edir. Ötən bir ilin nəticəsizliyi forpost dövlətin əhalisində dərin məyusluq yaradıb. İndi Ermənistanda hər kəsə aydındır ki, Nikol Paşinyan da sələfləri kimi erməni xalqının, sadə insanların iradəsini ifadə etmir, onları aldadır. N.Paşinyanın iş görmək əvəzinə, necə deyərlər, gah nala, gah da mıxa vuraraq absurd iddialar səsləndirməsi belə bir qənaəti daha da möhkəmləndirir ki, ümumiyyətlə Ermənistan işğalçılıq siyasətinin girovuna çevrilib və dalana dirənib.
Cermukda keçirilən aksiyada N.Paşinyanın idarəçiliyindən kəskin narazılıq ifadə olunub
Forpost dövlətdə əhalini narazı salan məsələlər həyatın bütün sahələrini əhatə edir. Ona görə də aldadılan ermənilər tez-tez paytaxt Yerevanda və bölgələrdə etirazlara qalxaraq baş nazirin Don Kixotsayağı idarəçiliyindən narazılıqlarını bildirirlər. Növbəti etiraz aksiyası isə Cermuk şəhərində keçirilib. Şəhər meydanlarından birinə toplaşan sakinlər, ələlxüsus da uşaqlı qadınlar Amulsar yatağının istismarının bölgənin ekoloji tarazlığına ciddi ziyan vuracağı qənaətində olduqlarını bildiriblər. Etirazçılar keçirdikləri aksiyada N.Paşinyanın bölgəyə gəlməsini, onlarla müzakirələr aparmasını və yatağın istismarının dayandırılmasını tələb ediblər. Bütün şəhər əhalisini əhatə edən aksiyada baş nazir N.Paşinyanın idarəçiliyindən kəskin narazılıq ifadə olunub.
N.Paşinyan isə etirazçıların tələblərinə məhəl qoymaq fikrindən uzaq görünür. Belə ki, baş nazirin bölgəyə səfəri nəzərdə tutulmayıb. Bu barədə Tert.am saytının müxbirinin suallarını cavablandıran baş nazirin mətbuat katibi Vladimir Karapetyan bildirib. “Hələlik hökumət sənədləri öyrənir, yalnız bundan sonra məsələyə aydınlıq gətiriləcək. N.Paşinyan etirazçıların nümayəndələri ilə Yerevanda görüşə bilər. Hələlik bu qədər, bundan artıq heç bir məlumat verə bilmərəm”, - deyə V.Karapetyan KİV-ə açıqlamasında bildirib.
Baş nazirin sözçüsünün dediklərinə rəğmən, etirazçılar tələblərində israrlı olduqlarını dilə gətiriblər. Etirazçıların lideri Şirak Buniatyan Tret.am-a açıqlamasında mövqelərinin dəyişməz olduğunu bildirib: “Mən Amulsar dağ sənayesinə qarşıyam. Bizim qərarımız qətidir. Biz hesab edirik ki, yatağın Amulsar hissəsində işlərin aparılması səhifəsi artıq bağlanıb”.
Xaricdəki ermənilər də N.Paşinyandan üz döndərirlər
Ermənistan rəhbərlərinin bir qayda olaraq xaricdəki ermənilərdən həm siyasi, həm də maddi dəstək aldıqları heç kəsə sirr deyil. Əslində, yeni baş nazir N.Paşinyan da bu baxımdan sələflərindən heç nə ilə fərqlənmir. Ancaq, deyəsən, onun bəxti burada da gətirmir. Ölkə daxilində olduğu kimi, onun diaspora atdığı oxlar da daşlara dəyib çilik-çilik olub. Belə ki, Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətdən narazı olanlar ölkə daxilində olduğu kimi, xaricdə də aksiyalar keçirərək N.Paşinyanın yarıtmaz siyasətinə etirazlarını ifadə edirlər. Növbəti belə aksiya Ermənistanın Almaniyadaki səfirliyinin qarşısında keçirilib. Buraya toplaşan narazı kütlə “Xalqa azadlıq!”, “Məhkəmələrə sərbəstlik!” və “Paşinyan, istefa!” şüarları səsləndiriblər. Səfirlik binası qarşısında etirazçıların fəal üzvlərindən olan Valeri Eprikyan deyib ki, toplaşmaqda əsas məqsədləri Avropanın müxtəlif qurumlarını Ermənistanda insanların üzləşdikləri haqsızlıqlar və məmur özbaşınalığı ilə bağlı məlumatlandırmaqdır. “Əgər bir ölkədə məhkəmə və hüquq sistemi sifarişlər əsasında çalışırsa, həmin ölkədə demokratiyadan və insan azadlığından danışmaq yersiz olar. Təkcə son üç ayda sifarişlər əsasında dörd hakimin sədrliyi ilə gedən məhkəmə prosesindən bir nəticə hasil olmur. Bu amili ölkədə ancaq siyasi təqiblər və qisasalma kimi xarakterizə etmək mümkündür”, - deyə Valeri Eprikyan bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

