Ermənistanda müxalifət xalqı üsyana çağırır
16.02.2021 [09:07]
Məlum olduğu kimi, məğlub Ermənistanda siyasi qarşıdurma və böhran davam etməkdədir. Belə ki, “Vətənin xilası naminə hərəkat”da birləşən müxalifət əhalini mitinq və kütləvi aksiyalarda daha fəal iştirak etməyə çağırır. Ölkədə vətəndaş itaətsizliyi aksiyalarının qarşısını hərbi vəziyyət rejimi və güc tətbiqi yolu ilə almağa çalışan Paşinyan hakimiyyəti isə Ermənistanda polis rejimi qurmaqda ittiham olunur. Erməni mediasının yazdığına görə, Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkisindən imtina etməsi də cəmiyyətdə birmənalı qarşılanmır.
Yeri gəlmişkən, qeyd edək ki, “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsun parlamentdəki və parlamentdənkənar müxalifət qüvvələrinin seçkilərin keçirilməsinə dair ictimai tələb yaratmadığı barədə fikrini şərh edən “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyanın sözlərinə görə, əvvəlcə Paşinyan və iqtidardakı komandası getməlidir. “Sputnik-Ermənistan”ın yazdığına görə, deputat deyib ki, hakimiyyətdəkilər özləri üçün bir növ paralel reallıq yaradıblar və bu “xəyali Ermənistan”da yaşayırlar: “Əslində, hakim blokun qəbul etdiyi qərarlar mövcud proseslərdə artıq heç bir rol oynamır. Hakimiyyətin davranışları açıq-aşkar daxili siyasi vəziyyətin kəskinləşməsinə gətirib çıxarır”.
Onu da xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyan fevralın 13-də “Hraparak” qəzetinə müsahibəsində deyib ki, əgər parlament seçkiləri keçirilsə, onda rəhbərlik etdiyi partiya bloklara və ittifaqlara qoşulmadan seçkilərdə müstəqil iştirak edəcək.
Yerli KİV-in yaydığı digər məlumata görə, “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna namizədi Vazgen Manukyan növbədənkənar parlament seçkilərinə münasibət bildirərkən deyib ki, müxalifət seçkilərin baş nazirin vəzifəsindən azad edildikdən sonra keçirilməsinin tərəfdarıdır. “News.am”ın yazdığına görə, ötən şənbə keçirilən mitinqdə Vazgen Manukyan deyib ki, indiki xaos vəziyyətində vətəndaşlar komitələr və dəstələr yaratmalıdır. O, mitinqdə iştirak edənlərə Azadlıq meydanını mənzil-qərargaha çevirməyi təklif edib: “Şəxsən mən hər gün axşam ən azı iki saat burada olacağam. Hər həyətdə, hər kollektivdə komitələrə ehtiyacımız var. Bu komitələri könüllü olaraq təşkil edin, qonşularınızla qruplar və dəstələr yaradın. Bir qrup bir deputatı, digər qrup isə polisi izləyəcək”.
“Panorama.am” isə yazır ki, V.Manukyan daha sonra jurnalistlərin suallarını cavablandırarkən deyib ki, bu gün Ermənistanda bir neçə yüz min insan mənəvi-psixoloji cəhətdən kritik vəziyyətdədir, daha bir milyon insan Paşinyandan narazıdır: “Bu insanları küçələrə çıxarmağı bacarsaq, “Vətənin xilası naminə hərəkat”da birləşən müxalifət təsiredici miqyasda ümummilli bir hərəkata çevriləcək”.
V.Manukyanın sözlərinə görə, keçirilən rəy sorğuları göstərir ki, vətəndaşlar ölkədəki vəziyyətin kritik olduğunu anlamağa başlayırlar: “İnqilablar, üsyanlar narazı insanlar tərəfindən həyata keçirilir. Mənim tərəfimdən hər zaman üsyana təşviq olacaq. Bu hakimiyyətin uzaqlaşdırılmasına kömək edən hər cür tədbiri təşviq edəcəyəm. Ona görə ki, bu dövlət üçün Paşinyanın baş nazir vəzifəsində qalmasından daha təhlükəli ssenari yoxdur”.
Onun sözlərinə görə, 20 fevral mitinqindən sonra hərəkat öz fəaliyyətini daha aktiv şəkildə davam etdirəcək.
Göründüyü kimi, Ermənistanda yenidən vətəndaş müharibəsi təhlükəsi yetişir. Müxalifət vətəndaşları dəstə, komitə yaratmağa və üsyana çağırır. Müxalifətin hədələrinə qarşı hakimiyyətin cavabı adekvat olacağı tədirdə yaxın vaxtlarda məğlub ölkədə ciddi toqquşma gözləmək mümkündür.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

