Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-da güclü tornado: ölənlər və yaralananlar var

ABŞ-da güclü tornado: ölənlər və yaralananlar var

10.01.2024 [16:00]

Yanvarın 9-da ABŞ-ın şərq sahillərini vuran tornadolar nəticəsində ən az dörd nəfər həlak olub, çox sayda insan isə xəsarət alıb.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, güclü külək elektrik xətlərini, ağacları aşırıb, binalara və yollara zərər vurub.

Alabama ştatının şimalında tornado ilə birgə beysbol topu böyüklüyündə dolu yağıb. Ştatın Hyuston dairəsində, həmçinin Corciya və Şimali Karolina ştatlarında təbii fəlakət insan tələfatına səbəb olub. Həmçinin yanvarın 10-na olan məlumata görə, 39 mindən çox insan işıqsız qalıb. Florida ştatında güclü tornado gözlənildiyi barədə xəbərdarlıq edilib. Ştatın hakimiyyət orqanları 49 dairədə fövqəladə vəziyyət rejimi elan edib.

Xatırladaq ki, ötən ilin dekabrında Tennessi ştatında baş verən tornado nəticəsində altı nəfər ölmüşdü. Dağıdıcı külək Klarksvill şəhərini demək olar ki, yer üzündən silmişdi.

Paylaş:
Baxılıb: 745 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31