Azərbaycan-Gürcüstan dostluğu sarsılmazdır
26.04.2012 [00:22]
Hər il aprelin 24-ü gələndə, erməni lobbisi, dünyanın müxtəlif ölkələrində qondarma “erməni soyqırımı” şousu yaradaraq, həmin ölkələrin parlamentində, guya 1915-ci ildə Osmanlı dövlətində ermənilərə qarşı törədilmiş hadisəyə siyasi qiymət verilməsinə cəhdlər edir. Bu il də belə cəhdlərin yaşandığını müşahidə etməkdəyik. Amma əvvəlki dövrlərlə müqayisədə artıq ermənilər özlərinin uydurduqları yalanları dünyada qəbul etdirə bilmirlər, çox sərt reaksiyalarla qarşılaşırlar. Biz bunu son olaraq bir neçə gün öncə Gürcüstanda yaşanmış hadisə zamanı açıq aydın müşahidə etdik. Yeri gəlmişkən, xatırladaq ki, Gürcüstan parlamentinin iclası zamanı ölkə müxalifətinin parlamentdəki təmsilçisi Condi Baqaturyani uydurma “erməni soyqırımı” ilə bağlı məsələ qaldırmaq istəyib. Amma o sərt müqavimətlə üzləşib. Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov və bir neçə gürcü həmkarı Baqaturyanini kəskin tənqid edərək ona mane olublar. Hadisələr hətta ciddi qarşıdurmaya da səbəb olub. Olayın tərəflərindən biri Azər Süleymanov “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibəsində hadisənin təfərrüatları və Gürcüstan-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti haqqında məlumat verdi. Həmin eksklüziv müsahibəni oxucularımıza təqdim edirik:
- Azər müəllim, istərdik Gürcüstan parlamentində baş vermiş hadisəyə aydınlıq gətirəsiniz. Bu olayın iştirakçılarından biri kimi baş verən insidentin təfərrüatlarını sizdən eşitmək maraqlı olardı...
- Bu suala bir qədər geniş cavab vermək istəyirəm. Əslində ermənilər hələ ötən il belə bir təşəbbüslə çıxış etməyə cəhd göstərdilər. Gürcüstan parlamentində 1915-ci il qondarma “erməni soyqırımı” məsələsinə siyasi qiymət verilməsini gündəmə gətirməyə çalışdılar. Lakin biz, buna imkan vermədik, onlar da geri çəkilməli oldular. Dünyada erməni lobbisinin gücü getdikcə azalmaqdadır. Artıq dünya dövlətləri erməni lobbisinin əlində oyuncağa çevrilmək istəmir. Odur ki, onlar yeni taktika seçiblər, müxtəlif ölkələrdəki satqınların, millətinə xəyanətkar mövqedə dayanan insanların xidmətindən yararlanmağa çalışırlar. Aprelin 24-də belə bir hadisə Gürcüstanda da baş verdi. İclasda Gürcüstan parlamentinin üzvü, ölkədə heç də nüfuzu olmayan, müxalifət düşərgəsindən olan və üzvlərinin sayına görə çox kiçik bir partiyanın lideri Condi Baqaturyani söz alaraq, qondarma “erməni soyqırımı” məsələsinin müzakirəsini təklif etdi. Onun fikrincə, dünyanın bir sıra parlamentləri “erməni soyqırımı”nı tanıyıb və qonşularına hörmət əlaməti olaraq, Gürcüstan parlamenti də adekvat addım atmalıdır. Düzü, onun bu təklifinə parlamentin deputatları da çaşıb qaldılar. Belə ki, erməni deputatlar susduğu halda, məhz onun, belə canfəşanlıq etməsi hamını təəccübləndirdi. Elə bu məqamda biz- azərbaycanlı deputatlar onun sözünü kəsdik, danışmağa imkan vermədik. Sonrası hamıya bəllidir, bu, televiziya vasitəsi ilə nümayiş olundu. Aramızda münaqişə baş verdi. C.Baqaturyani bizə qarşı, statusuna uyğun olmayaraq, nalayiq ifadələr işlətdi. Salondakı gürcü deputatlarının böyük əksəriyyəti bizim mövqeyimizi dəstəklədi, hətta deputatlardan biri ona əl də qaldırdı. Azərbaycan və Türkiyənin Gürcüstanın ən yaxın dostu, ölkələrimizin strateji tərəfdaş olduqlarını bəyan etdilər. Əslində biz onu qınamırıq da, görünür, bunun əvəzində, erməni lobbisi tərəfindən ona böyük miqdarda hansısa şirniklərdirici mükafat vəd olunub.
Amma buna baxmayaraq, o, həm gürcülər tərəfindən, həm də biz tərəfdən öz layiqli cavabını aldı. Düzü, biz bu iclasa hazırlıqlı gəlmişdik. Erməni deputatlar tərəfindən hər hansı bir təxribat baş verərsə, cavablarını verməyə hazır idik. Həmkarım, deputat Ramin Bayramov Xocalı faciəsini əks etdirən kitabları, diskləri aparıb C.Baqaturianiyə təqdim etdi ki, yüz il bundan əvvəl tarixdə guya baş vermiş hansısa “soyqırımı” haqda deyil, təqribən 20 il əvvəl baş vermiş, yaraları hələ də sızıldayan Xocalı faciəsindən, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən, tarixdə görünməmiş faciələrdən danışmaq lazımdır.
- Sizcə, belə hallar kiçik epizodik hallar, ölkələrimiz arasındakı münasibətlərə nə dərəcədə təsir etmək iqtidarındadır?
- Düşünmürəm ki, Gürcüstanda heç bir o qədər də tanınmayan, bir qədər əvvəl söylədiyim kimi, kiçik bir müxalifət partiyası təmsilçisinin hansısa çıxışı ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir göstərə bilsin. Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin tarixi kökləri vardır. Xalqlarımız əsrlər boyu mehriban dostluq şəraitində yaşayıb. Bundan əlavə, müstəqillik illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən möhkəm özül üzərində qurulan dostluq əlaqələri ildən-ilə daha da möhkəmləndi. Hazırki prezidentlər-möhtərəm İlham Əliyev cənabları ilə Mixeil Saakaşvili arasındakı dostluq və qardaşlıq münasibətləri bu əlaqələrin daha da inkişaf etməsini, dərinləşməsini şərtləndirir. ümumiyyətlə, gürcü xalqı qədirbilən xalqdır. Onlar, dostunu da, düşmənini də yaxşı tanıyırlar. Gürcü xalqı tarixinin ən çətin məqamlarında Azərbaycandan daim dəstək görüblər və bu yaxşılığı heç bir zaman unutmurlar.
ümumiyyətlə, gürcü xalqı erməni xalqının mahiyyətinə yaxşı bələddir, onlara daha inanmırlar. Əbəs yerə deyil ki, parlamentdə baş verən münaqişədən sonra, erməni deputatlar da cəsarətlənərək, söz almaq istəsələr də, spiker onları saya belə saymadı, onlara söz vermədi. Bu faktın özü bir daha təsdiqləyir ki, belə epizodik hallar Azərbaycan-Gürcüstan dostluğuna heç bir xələl gətirə bilməz.
- Maraqlıdır, C.Baqaturiani kimi deputatlar görəsən, heç fikirləşmirlər ki, bu gün qondarma “erməni soyqırımı”nı parlamentə çıxarmağa cəhd edirsə, sabah Dağlıq Qarabağda olduğu kimi, ermənilər Cavaxetiyanın müstəqilliyini də gündəmə gətirə bilərlər?
- Açığı deyim, belə mövqedə olan deputatlar çox az saydadır, ümumiyyətlə isə Gürcüstanda çox az adam onların mövqeyini dəstəkləyir. Bu say, bəlkə də heç yüzü aşmır. Gürcüstan artıq, on il bundan qabaqkı ölkə deyil. Bu gün Gürcüstan Avropaya inteqrasiya yolunu seçib və sürətlə inkişaf etməkdədir. ölkə ictimaiyyəti bu sürətli dəyişikliyi hər an, hər yerdə hiss edir, bu islahatlar, dəyişikliklər onların yaşayış səviyyəsini də yaxşılığa doğru dəyişməkdədir. Hesab etmirəm ki, kimsə, yaxud hansısa kiçik qüvvələr Gürcüstan hakimiyyətini seçmiş olduğu bu kursdan döndərə bilsin.
- Gürcüstanın sürətli iqtisadi inkişafından danışırsız. Sözsüz ki, burada region dövlətləri-Azərbaycan və Türkiyənin əvəzsiz rolunu da unutmaq olmaz...
- Heç şübhəsiz, bu, belədir. Bunu Gürcüstan xalqı, ölkə rəhbərləri daim etiraf edir. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə strateji tərəfdaş ölkələr qismində çıxış edirlər. Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycan və Türkiyənin payı olduqca yüksəkdir. Bundan əlavə, bu gün Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları Gürcüstan vasitəsi ilə Türkiyəyə nəql olunur. Azərbaycan nefti və qazının dünya bazarlarında satışından tranzit ölkə kimi Gürcüstan mənfəət əldə edir. Təbii, hər bir şüurlu, intellekt səviyyəsi yüksək olan gürcü bu xeyirxahlığı layiqincə qiymətləndirir. Bu, həm Gürcüstanda yaşayan 500 mindən artıq soydaşımıza qarşı olan münasibətdə, həm də ölkəmizə olan müsbət münasibətdə özünü göstərir. Hesab edirəm ki, Azərbaycan və Gürcüstan əlaqələrinin perspektivləri daha uğurlu olacaq və mən bu əlaqələrə çox nikbin baxıram.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

