Böyük satira ustası...
30.05.2025 [08:36]
Mirzə Ələkbər Sabirin doğum günüdür
“Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da... Zəngin yaradıcılıq ənənələri və böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, M.Ə.Sabir onun ən uca, ən işıqlı və əzəmətli zirvələrindən biridir. O, XX əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında öz dəsti-xətti ilə fərqlənən satirik şair, görkəmli sənətkar idi. Bu gün böyük satira ustasının dünyaya gəlməsindən 163 il ötür.
Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlayıb. İlk şeirlərini də böyük klassiklərin təsiri ilə yazıb. Onu yeni Azərbaycan şeirinin yaradıcısı olaraq da qiymətləndirirlər.
Sonralar o, şeir yazmağa ara verdi - amma zaman gəldi və “Molla Nəsrəddin” jurnalını əlinə alan kimi nə yazmaq istədiyini başa düşdü. Cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi.
Onun adı Nizami, Xaqani, Füzuli, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə kimi dahi söz ustaları ilə bir sırada çəkilir. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixilogizmi, Nizami epizmi - bunların hamısı M.Ə.Sabirdə üzvi vəhdət təşkil edirdi. O, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə arasında qırılmaz dostluq münasibətləri yarandı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil “din xadimləri” Sabirin ölümünə fətva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
Sabirin yaradıcılığında məktəbə, maarifçi ziyalıya, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tuturdu. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, “Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəb və təhsil düşmənlərinin ifşası, yalnız elm öyrənməklə özünüdərkin isbatı kimi öz dövrü üçün aktual olan məsələlərdən söz açılmışdı. Sabirin həmin maarifçilik fəaliyyəti bu gün də aktualdır.
Şairin yaradıcılığına boylananda onun uşaqlar üçün yazdığı çox gözəl şeirlərinə də rast gəlirik. “Uşaq və buz”, “Yaz günləri”, “Məktəb sərgisi”, “Ağacların bəhsi”, “Cütcü”, “Qarğa və tülkü”, “Uşaq və pul”, “Qarınca”, “Yalançı çoban”, “Uşaqlara” və s. qeyd edə bilərik.
Cəmi əlli il ömür sürən dahi şair bu qısa müddət ərzində elə böyük ədəbi irs qoyub ki, bu irs təkcə ədəbiyyatımız üçün deyil, bütün Şərq poeziyası üçün əvəzsiz bədii xəzinə sayılır. Böyük şair 1911-ci il iyulun 12-də vəfat edib. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

