Şənbə üçün nəzm
20.09.2025 [08:32]
Flora Xəlilzadə
Anamın uzalı əli
Anamın uzalı əli,
Yanağımdan süzülən inci seli,
Alışan, quruyan dilim - Vətən, hey!..
İçimdə ağla sən,
Yolları bağlı sən.
Bakının bürküsü -
Canımın ürküsü,
Gözlərimin mürgüsü,
Dərdimə bax?!
Getməyə yerim yox,
Vətən, hey!..
Adına bağla məni,
Qəlbində saxla məni...
Bir ev qoyub gəlmişəm
Bir ev qoyub gəlmişəm -
Açarları cibimdə.
Açarla oynayıram -
Çadırların dibində.
Ey Vətən
Çoxdan itirdiyim o sevdalı quş,
Tapıbdı ruhumu, səndən oxuyur.
Daha mənlik deyil o dağ,
o yoxuş,
Ömür çeşnisini qəmdən toxuyur.
Vətənsiz yaşamaq
varmış qədərdə,
Səngiməz tufanlar
uçur başımdan.
Mənə ömrüm boyu
yarmış kədər də,
Özgənin baharı
keçir qışımdan.
Bu qəriblik
hər zərbədən betərdi,
Haqqın nəfəsinə
yollar açıla.
Öz içimdə hey
çəkirəm bu dərdi,
Nə ola boynuma
qollar açıla.
Vətən oğlu nərə çəkə
qoşuna,
Hər kəs gedib obasına
buluna.
Əlim dəyə ana yurdun
daşına,
Sığal çəkəm tikanına,
koluna.
Şöhrətinə kim qalxacaq,
qoy olsun!
Təltifini kim alacaq,
sözüm yox.
Yurd yerində büsat olsun, toy olsun,
Bu dünyadan umduğum yox, gözüm yox.
Yollarının
tozu olum,
ey Vətən!
Bazarçayı, Göbəkdaşı
görüm mən.
Qızın olum, yazın olum,
ey Vətən!
El-obanı,
yar-yoldaşı görüm mən.
Çəkdim
Könlümə dərmandı
Vətən havası,
Qərib günlərimi
saymaqdan çəkdim.
İçimlə çölümün
düşüb davası,
Dözümdən, səbirdən -
doymadan çəkdim.
Ha boylanaq ömrümüzdən
ötənə,
Xəbər çatmır dadımızdan
yetənə.
Yollar bağlı o dağlara -
Vətənə,
Sar tutmuş obadan, oymaqdan çəkdim.
Ruhumu çəkib aparan o
yurddu,
Həsrət məni ayaq üstə
qurutdu.
İlk nəfəsim, son sözüm də Uruddu,
Dərdimi qələmlə yaymaqdan çəkdim.
Ötən illər
Ötən illər çox dostumu ələdi,
Xəlbirdə qalanlara
dəyməliyəm.
Ömrüm-günüm bir xiffətə
bələndi,
İndən belə yaşa boyun
əyməliyəm.
Bir günümə tən gəlməyən
bəyazlıq,
Öz yolunu saçlarıma salıbdı.
Nə Arazdı, nə Kürdü,
nə dənizdi,
Mənim gözüm bir bulaqda
qalıbdı.
Qışa doğru
Hüsnünü dəyişir dünya,
Yazım qaçır qışa doğru.
Mənimlə əyişir dünya,
İlim qaçır yaşa doğru.
Ad bizimdi, dad özgənin,
Ocaq yanır, od özgənin,
Hava mənim, ud özgənin,
Çalınır gərdişə doğru.
Şərəfsizlik xoşa gəlir,
İş başına naşı gəlir,
Qurd qoyunla qoşa gəlir,
Öz qapazım başa doğru.
Karvanın dəvəsi bəlli,
Sarvanın həvəsi bəlli,
Bu dəhşət əbədi bəlli,
Çarpışmalar boşa doğru.
Ağrı-acı əllidəndi,
Bu xəbər bağrımı dəldi,
Xəyalıma nələr gəldi,
Könül getdi huşa doğru.
Qul olalım, arkadaş...
Özgə havalar
Sinənə sıxdığın tardı, kamandı,
Bəs niyə çaldığın özgə havadı?
Dilində məramın sülhdü, imandı,
Doğma ocağında
bu nə davadı?
Pencəyin düyməsin, şalın
saçağın,
Oynada-oynada lallaşana bax.
Bəzəkli kabinetdə -
küncün-bucağın,
Vətənə bənzədib kallaşana bax.
“Gedir yal davası, sümük
davası” -
Necə söyləmisən, bunu
şairim?
İştahlar dəyişib, yal yada
düşmür,
İtləri aldatmır sümük havası.
Milçək olan yerdə bal yada düşmür.
Çatlayan qəlbimin sözü yuxarı,
Sağ əllə sol əli öldürür zaman.
Çayların axarı üzü yuxarı,
Haqlıya haqsızı güldürür
zaman.
***
Soyadım bu, adım bu,
Sanımla əlləşirəm.
Qohumum bu, yadım bu,
Qonumla əlləşirəm.
Vətən gülü saralan,
Yollarını sar alan,
Bu ağrıdan qaralan
Qanımla əlləşirəm.
Ha getdim ön çatmadı,
Səs batdı, ün çatmadı,
İlə də ün çatmadı,
Anımla əlləşirəm.
Düz söz qaldı dəliyə,
Təltif, addı ölüyə,
Şöhrət özü məliyə,
Sonumla əlləşirəm.
Gənclik uçdu quş kimi,
Gözdən axan yaş kimi,
Qocalıqdı qış kimi,
Canımla əlləşirəm.
Flora Xəlilzadə
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

