Susmayan qələm, oyadan söz!
10.02.2026 [08:32]
Cəlil Məmmədquluzadə zamanını qabaqlayan yazıçı idi...
Cəlil Məmmədquluzadə təkcə ədəbiyyat tariximizin klassiki deyil. O, zamanını qabaqlayan, cəmiyyətin ağrılı yerlərinə toxunmaqdan çəkinməyən, qələmi ilə insanları oyadan bir maarifçi idi. Onun üçün ədəbiyyat bəzəkli cümlələr toplusu yox, insanı silkələyən, düşündürən, bəzən də narahat edən güc idi. Yazmağı, dövrünün eybəcərliklərini qələmə almağı çox istəyirdi, bacarırdı da. Amma onun da əmmaları çox idi. Başa düşürdü ki, yazdıqlarını hər kəs anlamayacaq, başa düşürdü ki, yazdıqlarına görə, düşmənləri və sevməyənləri olacaq. Amma vicdanı susmasına imkan vermirdi...
Redaktorluq etdiyi “Molla Nəsrəddin” jurnalı da xalqla, xalqın həyatı ilə, onun arzuları ilə sıx bağlı idi. Mirzə Cəlil həyatı boyu xalqımızın xoşbəxtliyi uğrunda mübarizə aparıb. Onun felyetonları, hekayə və şeirləri ayrı-ayrı şəxslərin deyil, bütöv bir xalqın taleyindən, gələcəyindən bəhs edir. Yaradıcılığı, əsərləri, publisistikası ilə xalqımızın milli dirçəlişində əvəzsiz rol oynayıb. Azərbaycan ədəbiyyatına nəzər saldıqda, “Danabaş kəndinin əhvalatları”, “Piverdinin xoruzu”, “Ölülər” deyilən zaman adını çəkməsən belə hamı bu əsərlərin müəllifini tanıyır. Çünki Mirzə Cəlili tanımamaq mümkün deyil.
Yazıçılığa 1887-ci ildə “Çay dəstgahı” adlı mənzum alleqorik pyesi ilə qədəm qoymuşdu. Sonra “Kişmiş oyunu” hekayəsini qələmə alır, 1894-cü ildə isə ilk iri həcmli, sanballı nəsr əsəri “Danabaş kəndinin əhvalatları” povestini yazmağa başlayır. O illərdə Qafqaz müsəlmanlarının sosial-mədəni tərəqqisi üçün hərə bir yol göstərirdi: islam dinində islahat aparmaq; mətbuatı inkişaf etdirmək; ərəb əlifbasını yeni, daha asan əlifba ilə əvəz etmək və s. M.Şahtaxtlı, V.Radlox, İ.Qaspriniski, Ə.Ağaoğlu, S.Mehmandarov kimi alim və publisistlərlə bərabər Mirzə Cəlil də bu işə qoşulub, yeni bir əlifba layihəsi düzəltmişdi. 1895-ci ildə o, bu layihəni aparıb Peterburqda “Novoye vremya” qəzetinin redaktoru A.Suvorinlə məsləhətləşir. Bütün başqa təkliflər kimi onun da təklifi həyata keçirilməmiş qalır.
1898-1901-ci illərdə Naxçıvan və İrəvanda inzibati idarələrdə məmur işləyən Mirzə Cəlil Vətənin görkəmli ziyalıları E.Sultanov, M.Sidqi, P.Sultanov və M.Kəngərli ilə tanış olub dostluq edir. O, əvvəlki kimi yenə kəndlərdə, el arasında çox olur, çarizmin yerlərdəki qəddar siyasətinin yaxından şahidi olub xalqın vəziyyətinə bərk acıyır. Həmvətənlərinə qəhmər çıxıb kömək etmək məqsədi ilə onlar üçün ərizələr yazır, məhkəmədə vəkillik edir.
Bu gün ədəbiyyatımızın görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 157-ci ildönümü tamam olur. O, 1869-cu il fevralın 10-da Naxçıvanda dünyaya göz açıb. Naxçıvanda Quran dərsinə getməsi, Qori Müəllimlər Seminariyasında yaşadığı hər anı bütün əsərlərində öz əksini tapıb. Mirzə Cəlil ömrünü gənclərin maariflənməsinə həsr edib. Çünki o cəhaləti görürdü, dilinə gətirəndə isə maneələr və təhdidlərlə qarşılaşırdı.
Əsərlərində hər təbəqəyə toxunan Mirzə deyirdi ki, onun bütün həyatı boyu yeganə mübarizəsi Şərq qadınının problemlərini gündəmə gətirməkdir. Şərq qadınının problemləri isə, onun azadlığa çıxmasıdır, qara çarşabdan çıxması, müsəlmanın zəncirindən xilas olması, şəriətin kəməndindən, hərəmxanaların zindanından qurtulmasıdır. Mirzə siğəni əxlaqa zidd hesab etdiyi üçün hədələnirdi də... Ancaq hədə-qorxular, tənqidlər onu yolundan döndərmirdi. Məsələn “Ölülər”-də kefli İsgəndərin dilindən dövrün cəhalətini insanlara çatdırırdı. “Ölülər” Mirzənin şah əsəri idi. Onun dövründəki cəhaləti görmək üçün sadəcə “Ölüləri” oxumaq kifayət edir.
Mirzə Cəlil, eyni zamanda, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısıdır. Redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycan ədəbiyyatı və mətbuatında, o cümlədən pedaqoji fikir tariximizdə, həqiqətən yeni bir dövr açdı. “Molla Nəsrəddin” jurnalı nəşrə başladığı ilk günlərdən həm böyüyən yeni nəslin, gənclərin, həm də yaşlıların təlim-tərbiyəsi məsələləri ilə ciddi məşğul oldu. Xalqın mədəniyyətinin inkişafını, milli şüurunun oyanmasını, müasir tədris ocaqlarının yaradılmasını və burada dərs deyən əsl xalq müəllimlərinin hazırlanmasını Cəlil Məmmədquluzadə və ya “Molla Nəsrəddin” jurnalı təkidlə tələb edirdi. Cəlil Məmmədquluzadə bu ideya, bu amal uğrunda mübarizə aparırdı.
Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən görkəmli yazıçı və ictimai xadimin yubileyi geniş qeyd olunub. Bu Sərəncam böyük demokrat Cəlil Məmmədquluzadənin yaradıcılığına olan sevgi və məhəbbəti göstərir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan var olduqca Cəlil Məmmədquluzadə irsi də yaşayacaq və var olacaq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45

