Smart mütaliəçi
21.02.2026 [08:34]
Məhz “mütaliəçi”. Adını “smart oxucu” qoysaq, texniki avadanlıq kimi də başa düşülə bilər. Hərçənd, müasir oxucu özü, get-gedə ən yeni texnoloji avadanlıqlarla, məsələn, robotlarla birləşmək üzrədir. Daha doğrusu, birgə fəaliyyət, qarşılıqlı öyrənmə/öyrətmə qaçılmazdır.
“Hələ ona çox var” deyənlər “ümid edir”lər ki, hər şey dağılacaq və yerində heç nə qurulmayacaq. Lakin bizim nə istəyib-istəməməyimizdən asılı olmayaraq “Gələcəklər gələcəklər!” (İki sözün arasına “toz boyda” vergül atsaq, məna tamamilə dəyişir...)
Bu sonuncu söz birləşməsini 1996-97-ci illərdə, bir qəzetin gənclər üçün nəzərdə tutulmuş daimi səhifəsinin adı kimi - konseptual layihə olaraq təklif etmişdik. Uğurla da istifadə edildi. Yəni gələcək mütləq gələcək, onu dayandırmaq mümkün deyil. Həm də bu gəlişin sürəti həndəsi silsilə ilə artacaq...
İndi sual budur: gələcəyin smart mütaliəçisini oyunlardan, min cür vərdiş və əyləncələrdən ayırıb Kitaba, Mətnə yönəldə bilsək, necə olar, ümumiyyətlə, bu, mümkündürmü?
Bəlkə, onda şagird müəllimə silah-sursatla cavab qaytarmaz, özünü oyun, əyləncə aqressiyasından çox smart kitabda tapar? İş orasındadır ki, smart kitab da özü ilə yeni problemlər gətirə bilər...
Smart mütaliə platformaları hələlik daha çox kitab, musiqi, kino üçlüyünü özündə birləşdirməklə, daha doğrusu, onların alyansından ibarət təşkil edilir. Diqqət etsək, görərik ki, bu üçlükdən ən interaktivi, “ətli-canlısı”, söz-söhbətlisi məhz kitab-mütaliə hissəsidir. Orada kitablar iki formada - səsli və mətn şəklində təqdim olunur.
Son dövrlər apardığım müşahidələrə görə, mətn (həmçinin oradakı interaktivlik) səsli kitabdan bir qədər üstündür. Bəlkə də, yaxın gələcəkdə kitab oxuyan oxuduğu/dinlədiyi mətni film kimi də izləyə biləcək?
Əgər Sİ (Süni İntellekt) özü yaxın gələcəkdə ssenari yaza, film quraşdıra, musiqi bəstələyə biləcəksə, nə üçün oxucuya da oxuduğu kitaba əsasən serial təklif etməsin?
İndi audiokitablar daha ucuz başa gəlir - nə aktyora, nə də xüsusi, bahalı səsyazma studiyalarına və qurğulara ehtiyac qalmır.
Təsəvvür edin, övladına “Çırtan”ı nağıl edən ana smartfona “Nağılı cizgi filmi et!” əmri verir və çarpayının qarşısındakı ağ divarda nağılın multiplikasiyası canlanır. Yaxud, uşaq qorxu romanlarının aludəçisidir və əsərdə yazılanları “ekranlaşdırmaq” istəyir... Belə çıxır ki, smart kitab həm də təhdid vəd edir?..
Yeri gəlmişkən, dünyanın ən nüfuzlu, rəngarəng və aktiv kitab festivallarından biri olan Dublin Kitab Festivalı həm maarifləndirmə, həm də uşaqları ailə ilə birlikdə mütaliəyə (gələcəyə) hazırlama məqsədilə ailə və uşaq proqramları təşkil edir. Bu yanaşma həm böyükləri, həm də uşaqları öyrədir, onları smart dövrün risklərinə birgə hazırlayır.
Smart kitab isə gələcəyə belə hazırlaşa bilənlər üçün, asanlıqla birgə kitab oxumaq, birlikdə yaratmaq, birlikdə əylənmək perspektivləri də vəd edir...
Mən də kitabların içində böyümüşəm. Kənd kitabxanalarının, klub və mədəni icmaların tərəfdarıyam. Amma bu tərəfdarlıq sivilizasiyanın çağırışlarına uyğun gəlməli, hətta ona öz şərtlərini diktə etməlidir.
Kim bilir, bəlkə, kağız kitablar smartı üstələyəcək, yaxud kağız kitablara elə texnologiyalar tətbiq ediləcək ki, gördüklərimizə inana bilməyəcəyik?
Elektron hökumət qaçılmazdırsa, kağız tarixə qovuşursa, elektron/smart kitab da gələcək. Gələcəksə, gələcək...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

