Uşaqlar üçün sosial realizm romanları yazılır və yeni mədəniyyət formalaşdırılır
11.07.2026 [08:53]
Böyük Britaniyada sosial realizm (sosializm realizmlə qarışdırmamalı!) hekayəçiliyi o həddə gəlib çatıb ki, nəşriyyatlar bu istiqamətdə yazanlara kitab mükafatı vermək üçün yarışa girib. “The Guardian” builki mükafatlardan birinin qalibi, qaradərili qadın yazıçı Patris Lourens barədə məqalə dərc edib və uşaqların mütaliəsi məsələsinə xüsusi diqqət yetirib. Lourens deyir: “Uşaq kitablarının ağdərili və ölü insanlar tərəfindən yazıldığını güman edirdim”.
Hal-hazırda Lourensin 59 yaşı var. O artıq böyüyüb və başa düşüb ki, uşaq kitablarını təkcə ağdərili və ölü insanlar yazmırmış...
Patris Lourens oxumaqdan təcrid olunmuş uşaqların mütaliəyə cəlb edilməsi istiqamətində fəaliyyətə başlayıb. Britaniya hökuməti uşaqlar arasında savadlılıq böhranı ilə mübarizə aparmaq üçün “Milli Mütaliə İli” də elan edib. Milli Savadlılıq Fondunun məlumatına görə ötən il 8-18 yaş arasındakı hər üç nəfərdən yalnız biri boş vaxtlarında oxumaqdan zövq aldığını bildirib. Bu isə son iyirmi ildə 36% azalma - rekort səviyyədə aşağıdüşmə göstəricisidir.
Axı nəyi oxusunlar? Harri Potter dövrü arxada qalıb. Yazılan uşaq kitabları isə cizgi filmlərinin “ilan-qurbağa” formalarıdır. Deməli, sosial realizm köməyə gələcək. Bu yolla da uşaqları nağıllardan, əfsanə və uydurmalardan, fantaziya quraraq düşünmək vərdişlərdən ayırıb reallığa - bu günə, smart dövrə hazırlamaq lazım olacaq. Dolayı yollar axtarılsa da, uşaq və yeniyetmə dünyasına belə tezliklə nüfuz etmək çətin işdir...
Lourens deyir ki, uşaqlar oxumursa, günahı yalnız valideynlərin üzərinə atmaqla daha dərin böhrana girə bilərik. Kitablar bahadır, kitabxanalar bağlanır, ailələr böyük maliyyə təzyiqi altındadır, yaşayış xərcləri, işsizlik və bu kimi problemlər mütaliəni ikinci plana atır.
O, həmçinin məktəblərdə mütaliənin qiymətləndirmə ilə həddindən artıq sıx əlaqəli olduğunu iddia edir: “Esse yaza bilmək üçün “mütləq filan kitabı oxumaq lazımdır” deyən müəllim anlamalıdır ki, belə dedikcə mütaliə funksional hala gəlir. Mütaliənin zövq tərəfi unudulur, uşaq mütaliədən bezir.”
Necə də bənzər haldır...
Məktəblərimizdə, evdə, mediada uşaqlara mütləq filan-filan kitabları oxumalısan deməklə, reklam və dəbin ağına düşüb getməklə biz də sosial realizm yolunun başlanğıcındayıq. Lakin bu tamamilə fərqli reallıqdır - nəşr edilən uşaq kitablarını nəzərdən keçirərkən görürük ki, əksəriyyəti yad mədəniyyətlərin yeridilməsi, təkrar istehsal və yamsılamadır. Bunun içində “müasirlik” də var: qlamur dizayn, yad dillərin axışı, ənənəvi milli üslubun bərbad hala salınması, təfəkkür sapmaları...
Uşaq durub neyləsin?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40

