Araşdırmaçı-yazar Arzu Nağıyevin “Qara kabus” kitabının təqdimat mərasimi keçirilib
09.04.2014 [09:11]
Dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində uzun müddət hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmiş, tanınmış araşdırmaçı-yazar Arzu Nağıyevin “Qara kabus” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə ictimaiyyət və mətbuat nümayəndələri, yazıçı və şairlər, həmçinin, mütəxəssislər iştirak ediblər.
Qeyd edək ki, “Qara kabus” kitabı bəşəriyyətin ən böyük bəlası olan narkomaniyadan bəhs edir. Xeyli müddət həmin problemin tədqiqi üzərində çalışan müəllif bu kitabında narkomaniyanın mahiyyətini və xüsusiyyətlərini, narkotikadan xilas yollarını elmi-praktik faktlar əsasında qələmə alıb.
Təqdimat mərasimində çıxış edən Milli QHT Forumunun İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı deyib ki, kitabın hazırda bütün bəşəriyyət üçün aktual məsələ olan bir problemə - narkomaniya məsələsinə həsr olunması çox əhəmiyyətlidir. “Əminliklə söyləmək olar ki, Arzu Nağıyev öz kitabında bu problemə təkcə mütəxəssis kimi deyil, eyni zamanda, vətəndaş mövqeyi və məsuliyyəti ilə yanaşıb. Kitabın əsas məziyyəti odur ki, həm anlaşıqlı dildə yazılıb, həm də orada əks olunan fikirlər oxuculara mövcud faktlarla elmi əsaslarda çatdırılıb. Bütövlükdə, “Qara kabus” kitabı cəmiyyətin hər bir təbəqəsinin marağını cəlb edə biləcək, onlar üçün bilavasitə faydalı olacaq dəyərli mənbə kimi qiymətləndirilə bilər” - deyə, Ə.Qoşalı bildirib.
BMT-nin Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev isə deyib ki, narkomaniyanın dünya miqyasında geniş yayıldığı bir dövrdə belə bir araşdırma materialının ərsəyə gəlməsi olduqca təqdirəlayiqdir. “Qara kabus” kitabı özündə əsaslı elmi bilikləri və zəngin təcrübəni ehtiva edir.
M.Əfəndiyev qeyd edib ki, Arzu Nağıyevin uzun illər peşəkar fəaliyyətində üzləşdiyi məqamları, cəmiyyətin maariflənməsinə, narkomaniya probleminə düçar olmayan, lakin potensial risk dərəcəsinə aid olan insanları bu yoldan yayındırmağa xidmət edən zəngin məlumatları bir kitabda cəmləşdirməsi tədqirəlayiq haldır: “Bu cür qiymətli mənbələrin - araşdırma materiallarının Azərbaycan cəmiyyətinə, xüsusən də yeni nəslə çox böyük faydası var”.
Daha sonra çıxış edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun icraçı direktoru, tanınmış şair Elxan Zal Qaraxanlı da kitabın gənc nəslin maarifləndirilməsi, narkomaniya problemi barədə insanların peşəkarların dili ilə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonda çıxış edən “Qara kabus” kitabının müəllifi Arzu Nağıyev bildirib ki, narkomaniya genefondun məhvinə səbəb ola biləcək bəladır: “Bu problem bütün dünyada sürətlə yayılır. Ona görə də, narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə tədbirləri böyük əhəmiyyət daşıyır”.
Müəllif onu bu kitabı yazmağa vadar edən səbəblərdən danışıb: “Narkomaniya əsrin bəlasıdır. Fəaliyyətim dövründə insanların bu problemdən nə qədər əziyyət çəkdiyini, nə qədər ailələrin dağıldığını və gənclərin öz həyatlarını məhv etdiyini, övladları narkomaniyaya qurşanan valideynlərin hansı əzab-əziyyətə qatlaşdığını görmüşəm. Mən bu kitabı qələmə alarkən düşündüm ki, heç olmasa, hansısa ailəyə, hansısa valideynə, kiməsə təsəlli verə bilərəm, yeni ailə qurmaq istəyənlərə narkomaniyanın nə qədər böyük bəla olduğunu çatdıra bilərəm”.
Tədbir zamanı Arzu Nağıyev cəmiyyətin maarifləndirilməsində göstərdiyi dəstəyə görə Mahmud Kaşğari adına Beynəlxalq Fondun və Dünya Gənc Türk Yazarlar Birliyinin xüsusi mükafatları ilə təltif edilib.
Qeyd edək ki, Arzu Nağıyev uzun illər hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışıb. Hazırda cəmiyyət həyatının müxtəlif sahələri ilə bağlı sistemli araşdırmalar aparır və bədii yaradıcılıqla məşğuldur.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

