Onu məşhurlaşdıran qadına xəyanət etdi
28.12.2022 [11:20]
Teodor Drayzerin ölümündən 77 il ötür
“Kerri bacı”, “Cenni Herhardt”, “Dahi”, “Amerika faciəsi” kimi əsərləri ilə bütün dünyada şöhrət qazanan Amerika yazıçısı Teodor Drayzer! O, İndiana ştatında yoxsul bir ailənin 12-ci övladı olaraq dünyaya gəlib. Ailəsinin maddi vəziyyəti əvvəlcə pis deyilmiş. Valideynləri özlərinə məxsus olan toxuculuq kombinatında işləyirmişlər. Kombinatda baş verən yanğından sonra ailənin ağır günləri başlayır. Yoxsulluğun ardınca tale onlara daha böyük fəlakət yaşadır. Ailənin başçısı İohann Paul işdə baş verən qəza zamanı aldığı ağır xəsarətdən həyatını itirir. Uşaqların bütün yükü ananın - Sara Mariya Şenyobun çiyinlərinə düşür. O, uşaqları böyütmək üçün gecə-gündüz işləyir
Anası Teodorun din xadimi olmasını istəyirdi. Elə bu arzuyla da onu dini məktəbə qoyur. Teodor bir müddət dini təhsil alsa da, daxili aləmi, xəyalları onu dünyəvi təhsilə yönəldir. Acgözlüklə mütaliə edir, məşhur yazıçıların əsərlərini oxuyub dünyagörüşünü artırır...
Müxbirlikdən yazıçılığa...
Gəncliyində bir-birinin ardınca uğursuzluqlarla qarşılaşır. 1989-cu ildə İndiana Univerisitetinə qəbul olunsa da, təhsil haqqını ödəyə bilmədiyinə görə yalnız bircə il oxuya bilir.
Çikaqoda yaşadığı ilk vaxtlarda da həyat ona amansız davranır. O, bu şəhərdə sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparır. Düşüncələrində yazmaq, əsərləri ilə oxucuların qəlbini fəth etmək, məşhurlaşmaq istəyi olsa da, həyat bunun əksini diktə edir. Ac qalmasın deyə, ən çirkli, qara işlərdən belə, boyun qaçırmır.
Teodor yazı-pozuya jurnalist kimi başlayır. Uzun müddət Çikaqodakı qəzet, jurnal redaksiyalarını gəzib iş axtarır. Nəhayət, bir gün tale onun üzünə gülür: qəzetlərin birində müxbir kimi işə götürülür. Bir müddətdən sonra isə qəzetin rəhbərliyi ona kiçik həcmli hekayələr yazmağı da məsləhət görür. Bu, Teodor üçün göydəndüşmə fürsət olur. Beləliklə, bədii yaradıcılığa başlayır.
İlk romanın uğursuzluğu...
Teoder Drayzer 1900-cü ildə ilk böyük həcmli əsərini - müasir dövrdə 20-ci əsr ədəbiyyatının “vizit kartı” adlandırılan “Kerri bacı” romanını yazır. Əsər 1200-dən çox nüsxədə çap olunur, amma müəllifinə xoşbəxtlik gətirmir. Təndiqçilər Teoder Drayzeri hədəfə alırlar, əsərin baş qəhrəmanı Kerrinin həyat tərzini əsas gətirərək romanı “Amerika xalqının mənəviyyatına ləkə”, “tərbiyəsizlik” kimi dəyərləndirirlər. Çap olunan kitabın yalnız 450-si satılır. Qalanlarının satışına qadağa qoyulur. Bütün bunlarsa ürəyi yazıb yaratmaq eşqi ilə çırpınan gənc yazıçıya mənəvi zərbə olur. O, uzun illər heç nə yazmır.
“Kerri bacı” bir də 7 ildən sonra çap edilir. Amma bu dəfə İngiltərədə. Əsər Amerikadan fərqli olaraq, Avropada yüksək dəyərləndirilir. Təndiqçilər roman haqqında müsbət fikirlər yazırlar. “Kerri bacı” qısa zamanda bestsellerə çevrilir, bütün Avropa xalqlarının dilinə tərcümə edilib çap olunur. Yalnız bundan sonra əsər yazıçının öz vətənində - ABŞ-da da yenidən işıq üzü görür. Qazandığı bu uğurlarsa yazıçını yeni əsərlər yazmağa həvəsləndirir, bir birinin ardınca romanlar yazır...
Fədakar Sara...
Onu yazmağa həvəsləndirən bir qüvvə də var idi. Həyat yoldaşı Sara Uayt! Həyatının ikinci Sarası olan bu xanımla 1893-cü ildə Çikaqoda müxbir işlədiyi zamanlarda tanış olmuşdu, iki ay sonra evlənmişdilər. Sara ona təkcə bir qadın kimi ilham vermirdi, həm də arxa-dayaq olurdu: əlyazmalarını qaydaya salır, səliqə ilə üzünü köçürür, hətta bəzən redaktə də edirdi. “Kerri bacı” romanı ilk dəfə çapa veriləndə nəşriyyatdan imtina cavabı gəlir, buna isə əsərdə açıq-saçıq təsvirlərin olduğu əsas göstərilir. Sara romanın çap olunması üçün həmin hissələri özü redaktə edir, açıq-saçıq təsvirlərə “paltar geyindirir”. Bundan sonra nəşriyyat romanın çapına razı olur.
Sara Teodor Drayzerin uğur qazanması üçün hər bir fədakarlığı edirdi. Teodor həyatını ona həsr edən bu qadının xüsusiyyətlərini müxtəlif obrazlarda canlandırırdı. Tənqidçilərin fikrincə, yazıçı “Dahi” əsərindəki Anjela obrazında da həyat yoldaşını təsvir edib.
...Bir gün Teodor Drayzer Saraya xəyanət edir. Sonra bu, adi hala çevrilir. Saranın onun xəyanətlərindən xəbəri vardı, amma onu elə sevirdi ki, ayrılmağa gücü çatmırdı. Qadın həm də xəstəydi, o günü-gündən zəifləyir, təravətini itirirdi. Tez-tez xəstanada müalicə alırdı. Teodor isə eynilə romanının qəhrəmanı Kerri kimi edirdi: Saranın bu halına laqeyd yanaşır, başı macəralardan açılmırdı. Bu fədakar qadın artıq ona lazım deyildi...
Bir gün isə Sara hər şeyə son qoyur. Ərinin onu bu qədər alçaltmasına üsyan olaraq evi tərk edir. Teodor Drayzer Saradan sonra Elen Riçardson adlı qadınla evlənir. Ömrünün sonuna kimi onunla yaşayır. 1945-ci il dekabrın 28-də Hollivudda vəfat edir.
Səfurə Çərkəzqızı
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41

