Antiutopik əsər seçildi...
28.11.2023 [11:42]
“Buker”-in 2023-cü il üzrə qalibi bəlli oldu
Yeganə BAYRAMOVA
Dünyada yaradıcı adamlarının əməyinin qiymətləndirilməsi üçün çoxsaylı beynəlxalq mükafatlar təsis olunub. Həmin mükafatlardan biri Buker mükafatıdır. Mükafatın məbləği 50 min funt sterlinqdir. Əvvəllər iki ildən bir verilən mükafat, 2015-ci ildən etibarən ildə bir dəfə verilir. Bu mükafat yalnız Britaniya Birliyi ölkələrinə təqdim olunurdu.
2014-cü ildən isə mükafat beynəlxalq miqyasa çıxdı, istənilən ölkənin yazıçısı bu mükafatı almaq hüququ qazandı. Tək şərt isə əsərin ingilis dilində yazılması, ya da bu dilə mükəmməl tərcümə olunmasıdır.
Buker Mükafatı, yoxsa “Man Booker Prize”
1969-cu ildən 2002-ci ilə qədər Ədəbiyyat üzrə Buker Mükafatı kimi məşhur idi (“Booker Prize”). 2002-ci ildən mükafatın əsas sponsoru “Man Group” şirkəti oldu və mükafatın adı da avtomatik dəyişdi. Beləliklə, “Man Booker Prize “kimi təqdim edilməyə başlanıldı. Qalib gələn əsər pul mükafatı qazanan yazıçı və tərcüməçi arasında bölüşdürülür. Məbləğ 50.000 funt sterlinqdir (65.500 ABŞ dolları).
İlk Beynəlxalq Buker mükafatçısı alban şairi İsmayıl Kadar olub. Sonrakı laureatlar nigeriyalı Çinua Açebe (2007), kanadalı Elis Manro (2009) və amerikan ədəbiyyatının klassiki hesab olunan Filip Rot (2011) olublar. Bukerin bir neçə ölkədə də mükafatları var: Asiya Bukeri, Rus Bukeri və s.
“Peyğəmbər nəğməsi”
Nüfuzlu mükafatın 2023-cü il üzrə qalibi elan olunub. Qalib Londonda keçirilən mükafatlandırma mərasimində açıqlanıb. Qalib qısa siyahı əsasında seçilib. İrlandiyalı yazıçı Pol Linç antiutopik “Peyğəmbər nəğməsi” əsərinə görə 2023-cü ilin “Buker” mükafatına layiq görülüb. Antiutopiya totalitarizm məngənəsində olan İrlandiyanı hekayə edir. “Reuters”-in məlumatına görə, müəllifin sayca beşinci romanı Qərb demokratiyalarındakı çaxnaşma və onların Suriyadakı daxili partlayış kimi fəlakətlərə biganəliyini göstərməyə çalışır.
Əvvəllər İrlandiyanın “Sunday Tribune” qəzetinin film tənqidçisi olmuş Linç əsərində intensiv realizmlə antiutopiyanı gücləndirərək oxucuların totalitarizmi daha yaxşı anlamalarını istədiyini bildirib. Yazıçı qeyd edib: “Oxucunun dalışını o qədər dərinləşdirmək istəyirəm ki, kitabın sonuna doğru o, nəinki problemi başa düşsün, həm də onu hiss etsin”.
Beləliklə, Pol Linç “Buker” mükafatına layiq görülmüş üçüncü irlandiyalıdır. Ondan öncə Ayris Merdok, Con Benvill, Roddi Doyl və Enn Enrayt laureat olublar. 2018-ci ildə isə qalib şimali irlandiyalı yazar Anna Börns olub.
Qeyd edək ki, “Buker” mükafatının laureatları arasında Marqaret Etvud, Salman Rüşdi və Yan Martel kimi sənətkarlar var.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

