Panteizm tanrısının xəstəlikləri
13.03.2024 [11:30]
Knut Hamsunun “Pan” romanı haqqında
Əvvəli ötən sayımızda...
***
Fəqət onların sevgi tamaşası birgəlik yox, qarşıdurma şəklində səhnəyə çıxır. Ərköyün, dikbaş tacir qızı sevdiyinə təslim olmağı, qürurundan sevgiyə pay verməyi ağlına da gətirmir. Hərdən onun davranışı bütün etiketlərdən, normalardan sapıb ədəbsiz şəkil alır. Qlan da ipə-sapa yatan deyil, onun içində insanlara, xüsusən də varlı təbəqəyə səbəbi bilinməyən bir acıq, kin, nifrət var. Edvarda bu nifrəti maqnit kimi özünə çəkməyə başlayır. Görüş yerləri savaş meydanına çevrilir, sevgililər gah “sən”lə, gah da “siz”lə danışırlar.
Yeva da hərdən Qlanın komasına baş vurur. Bu gəlin çox təvazökar, sakit, zəhmətkeş, bunlarla yanaşı, saf ürəkdən sevə bilən, sevdiyinə sözün bütün mənalarında canını verən, üstəlik, verdiklərini təmənnasız verən sadəlövh bir qadındır. Yeva Qlanın dediklərini anlamasa belə leytenant onun ağuşunda özünü rahat, xoşbəxt sanır; ancaq ona rahatlıq, xoşbəxtlik gərək deyil, səadət, xoşbəxtlik onu bədbəxt eləyir, dinclik, rahatlıq onu narahat eləyir. O, tanrısı Pan kimi haldan-hala düşməyi, gül açıb sonra solmağı, ölüb bir də dirilməyi xoşlayır. Sabitlik, sakitlik, durğunluq onluq deyil, cənab leytenant aşüftəhallıqdan, pərişanlıqdan yanadır. Əslində o, təbiətin qoynunda dincliyinə qovuşmuşdu, təbiətdən cüda düşüb cəmiyyətə, insanlara yan almağı onun dincliyini pozdu.
Yeva biclik bilməyən saf ağlıyla onun halını anlayır, Edvardanı leytenanta unutdurmağa çalışır, di gəl, Qlanın qanlı beynini sarmış şeytani bir məhəbbət (əlbəttə, belə demək olarsa) qan-qada, dava-dalaş axtarır, bunlarsa Yevanın yanında yoxdur. Ona sakitlik, dinclik yox, emosiyaların partlayışı, instinktlərin tüğyanı, ehtirasların tufanı lazımdır. Yırtıcı baxışlı təbiət oğlu durmadan özünə dərd-problem axtarır, özünün olmayan malı özgələrə qısqanmağa başlayır. Edvarda onu qısqandırıb qarşısında diz çökdürmək üçün əlindən gələni əsirgəmir. Qız evlərində təşkil olunmuş balda axsaq həkimi tərifləyib onun Qlandan üstün olduğunu söyləyəndə leytenantın ehtirası quduzlaşır, qızın sözündə həqiqət payı olduğuna inandığına görə eynən doktorun axsadığı tərəfiylə axsamaq üçün o, silahıyla sol ayağını yaralayır, həftələrlə evdən eşiyə çıxa bilmir.
Günün birində Qlan özünü saxlaya bilməyib, ayağını müalicə eləyən doktordan Edvardayla aralarında nəsə olub-olmadığını soruşur. Həkimin ona canı yanır, Qlanı inandırmağa çalışır ki, Edvardanın güclü xarakteri olsa da, bu xarakterlə xoşbəxtliyə çatmaq mümkün deyil, çünki tacir qızı sevgidən çox şey umur, daim möcüzə gözləyir, ağ atlı oğlanın intizarındadır. Doktor burasını dilə gətirməsə də, məlumdur ki, elə bir hökmran xarakterlə heç ağ atlı oğlan da Edvardanın öhdəsindən gələ bilməz. Hələliksə qız özünün ötərgi sevgilərinə əyləncə kimi, oyun kimi baxır.
***
Bu yandan da tacir Mak evinə yeni qonaq gətirir. Baron nəslindən olan bu qonaq təbiət elmləri üzrə alimdir. Gözəllikdə, igidlikdə ağ at belində gələn cəngavərə əsla bənzəməsə də, oxşayır ki, Edvardanın qisməti elə odur. Təbiətdən pay aldığı həssas duyğularıyla leytenant da bunu duymamış deyil. Artıq Edvardanın başı təzə qonağa necə qarışıbsa qızın gözü nə Qlanı, nə də bir başqasını görür.
Leytenant bu müddətdə Yevanın ağuşunda təsəlli tapmağa çalışır. Ancaq dəmirçi arvadının lal məhəbbəti onun davakar ruhuna təskinlik verə bilmir, qana susayan Qlan intiqam istəyir, fəlakət axtarır. Bu yandan da tacir Mak onların münasibətini sezib rəqibindən can qurtarmağın yollarını arayır. Leytenant Edvardayla qarşılaşanda özünü soyuqqanlı aparmağa çalışır, qərara gəlir ki, daha ərköyün tacir qızına qəlbini oynatmağa imkan verməsin. Qlanla Yevanın münasibətindən xəbər tutan Edvarda başqasının arvadıyla görüşməyin ləyaqətli iş olmadığını leytenanta işarəylə qandıranda vəhşi baxışlı ovçu mat qalır; axı o indiyə qədər Yevanı dəmirçinin qızı bilirdi.
Tacir Mak gizli yolla Qlanın meşədəki daxmasını yandırdır, bununla da fəlakətlər silsiləsi başlanır. Leytenant sahildəki balıqçı komasına köçür. Bu dəfə təsadüfən dəvət aldığı məclisə getmək istəməsə də, ayaqları onu tacirin malikanəsinə aparır. Tədbirdə içib keflənən leytenant baronun qulağına tüpürür, bununla da məclis əhlinin görünməmiş heyrətinə, qəzəbinə səbəb olur.
Əməlindən peşmanlıq duysa da, artıq iş işdən keçib, şər metastaz verib, onun inkişafının qarşısını almaq mümkün deyil. Baronun yola düşməyə hazırlaşdığını eşidən Qlan hörmətli qonağın gedişini özünəxas şəkildə “qeyd eləmək” qərarına gəlir. Bunun üçün o, sahildəki iri qayanın altına barıt doldurur ki, gəmi tərpənəndə fitili yandırıb atəşfəşanlıq eləsin. Onun niyyətindən duyuq düşən Mak həmin vaxt Yevanı sahildəki qayığın yırtığını yamamaq üçün oraya göndərir. Partlayış baş verəndə zavallı Yeva daş qalağının altında qalıb həlak olur.
***
Payız növbəsini qışa verməyə hazırlaşanda leytenant Qlan da buralardan getmək qərarına gəlir. Niyyətini izhar eləmək üçün tacirin evinə dəyəndə Edvarda onun qərarını çox sakit, soyuqqanlı qarşılayır. Bircə istəyi bu olur ki, Qlan xatirə üçün Ezopu ona bağışlasın. Leytenant düşünür ki, tacir qızı bu iti yalnız əzizləməyəcək, onu tez-tez döyəcək, incidəcək, beləliklə də Qlanda qalmış qisasını zavallı itdən alacaq. Komasına qayıdanda o, sevimli köpəyini öldürüb Edvardaya Ezopun leşini göndərir. Bununla da Qlan öz aləmində qıza layiq olduğu tək hədiyyəni verir. Daha onları bir-birinə bağlayan canlı-cansız heç nə qalmır...
Romanın epiloqu “Qlanın ölümü” adlanır. Burada bizə məlum hadisələrin üstündən artıq beş-altı il keçib. Bu hissə leytenantın birlikdə Hindistana ova getdiyi bir nəfərin dilindən söylənir. Təhkiyəçinin qeydlərinə inansaq, Qlan burada özünü o dərəcədə azğın, həyasız aparır, az vaxtda ov yoldaşının dərin nifrətini qazanır. Açıq-aşkar duyulur ki, leytenant ucuz ölüm axtarır. Özünü öldürə bilər, ancaq ölümüylə də kimisə zərbə altına atmaq, günaha batırmaq istəyir. Qlan bu nifrəti, hiddəti ora qədər körükləyir ki, axırda yoldaşı düz sifətinə atəş açmaqla onu öldürür. Bununla da leytenant çoxdan axtardığı əcəlinə qovuşur.
***
Göründüyü kimi, Knut Hamsun kişiylə qadın arasındakı sevgini əsla müqəddəsləşdirmir. Onun məhəbbət kimi qələmə verdiyi duyğunu asanlıqla ehtiras, bundan ötə - nifrət adlandırmaq da olar. Bu məhəbbət (yaxud ehtiras, nifrət) Artur Şopenhauerin kor yaşamaq iradəsinə də, Fridrix Nitsşenin kar hakimiyyət iradəsinə də çox bənzəyir. Onun fəsadlarını, əməllərini Ziqmund Freydin libidosunun da boynuna yıxmaq olar. Əsas burasıdır ki, xristian allahına saf könüldən inansa da (hər halda bioqrafları belə deyirlər), Hamsunun başlıca əsərlərində şərə alternativ yoxdur, o bizə təbiətdə, o cümlədən insan təbiətində xeyirlə şərin, yaradıcı güclə dağıdıcı gücün iç-içə, yan-yana, can-cana olduğunu göstərmək istəyib.
“Pan”ın yazılmasından iyirmi neçə il sonra dünya savaşının xarabalıqları altında Freyd də bu qənaətə gələcəkdi. Bədii ədəbiyyat bütün başqa məsələlərdə olduğu kimi bu məsələdə də zamanı qabaqlamışdı...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

