Böyük yazıçımıza kiçik təbrik...
14.03.2024 [10:18]
Şahanə MÜŞFİQ
“Allahsız yerdə otur, böyüksüz yerdə oturma” deyib atalarımız. Ədəbiyyatımızın, incəsənətimizin bu gününə baxanda böyüklərin izini, nəfəsini, varlığını görməmək, duymamaq mümkün deyil. Əgər bu xalqa yaradıcılıq istedadını, sənət eşqini Allah veribsə, onu qoruyub-saxlamaq, inkişaf etdirib bu günlərə gətirmək, şübhəsiz, böyüklərin alın təri, zəhməti və gənclərə qoyduğu əvəzolunmaz mirasın nəticəsidir.
Təkcə Azərbaycan ədəbiyyatının deyil, nəhəng Türk dünyası ədəbiyyatının, incəsənətinin böyüklərindəndir Xalq yazıçısı Anar Rzayev. Mən onu Yazıçılar Birliyinin sədrliyindən, türlü-türlü vəzifələrindən, titullarından öncə məhz yazıçı kimi tanıyıb sevmişəm. Hələ orta məktəbdə oxuyurdum onun öncə “Ağ liman”, sonra isə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərlərini oxuyub, ardınca qızı Günel Anarqızının “Altıncı” romanı ilə Təhminəni hər kəsdən fərqli sevməyə başlayanda. Yeri gəlmişkən, bu üç əsərin toplandığı kitab mənim uşaqkən ilk hədiyyə aldığım kitabdır. Özü də kimdən? Ədəbiyyat müəllimimdən... O vaxt təzə çap olunan, hətta ədəbi mühitin özündə belə çox yayılmayan o kitabı ədəbiyyat sevgimi bilən və məni hər vəchlə həvəsləndirməyə çalışan müəllimim onu mənə hədiyyə edəndə demişdi “şəxsən Anar müəllimin öz hədiyyəsidir”. Əlbəttə, səhv demirdi, Anar müəllim hədiyyə etmişdi, amma şəxsən mənə yox. Hədiyyədən hədiyyə olmaz desələr də, məncə, kitab nə qədər hədiyyə olunsa, nə qədər əldən ələ gəzsə, o qədər faydalı, o qədər gözəl olar. Bir halda ki, 12 yaşlı qıza edilən bu hədiyyə sonradan onun həyat yolunu müəyyənləşdirdi...
Bəli, bu gün “diplomlu”, “müdafiəli” ədəbiyyatçı olmağımın başlıca səbəblərindən biridir o kitab. Nəticədə, böyük yazıçımız Anar.
Sonralar onun, demək olar ki, bütün yaradıcılığını bircə-bircə oxudum. Həm məktəbdə, həm də universitet illərində. “Mən sən, o və telefon”da aşiq oldum, “Gürcü familyası”nda kədərləndim, “Dantenin yubileyi”ndə teatrı sevdim, “Otel otağı”nda ölümün nəfəsini duydum, “Keçən ilin son gecəsi”ndə tənhalaşdım, “Şəhərin yay günləri”ndə düşüncələrə daldım, “Ağ qoç, qara qoç”da həyəcanlandım, “Göz muncuğu”nda heyrət etdim, “Sizsiz”də sevimli yazıçımı daha yaxından tanıdım... Amma hamısında bir daha, bir daha Anar qələmini sevdim, mənimsədim.
Sonra özüm ədəbiyyatçı oldum, sonra da jurnalist... Və bir gün sevimli yazıçımla yaxından tanış olmaq fürsəti qazandım. Bu da bəs deyilmiş kimi, onunla səfərlərə getmək qismətim oldu. Öncə Türkiyədə Türk dünyasından olan gənc yazarlar üçün təşkil edilmiş görüşdə Anardan ustad dərsləri aldıq, tamam başqa məmləkətdəki gənc qələm yoldaşlarımızın Anar yaradıcılığına olan sonsuz sevgisinin, öz yaşıdlarının uca sayğısının şahidi olduq.
Sonra isə elə bir gün gəldi ki, yəqin onu heç xəyal etməyə də gücüm yetməzdi. Uşaqlığımın əvəzsiz yazıçısı ilə xəyallarımın şəhəri olan Şuşada eyni tədbirə qatıldıq, 80 yaşlı ədibimizin uşaq kimi sevindiyini, həyəcanlandığını gördük, dilinə gətirmədiklərini dolub-boşalan gözlərindən oxuduq.
Uca dağın başı qarsız olmaz, əlbət. Anar da bu illər ərzində sözdən, söhbətdən, fitnədən, fəsaddan, paxıllıqdan kənar olmadı. Hər kəsi daşlamağa hazır kəslərin əsassız iftiralarının, qınağının obyekti oldu. Böyüyün, ağsaqqalın dəyərini bilməyən, sanki özləri heç qocalmayacaqmış kimi insanların yaşını suç bilənlər hər dəfə bir avaz çağırdılar. Anarı məmurluqda ittiham edən də oldu, yazmamaqda suçlayan da. Bəzən iddialar o həddə çatdı ki, Anar kimi hər dəqiqəsi qızıl olan şəxsiyyət onlara cavab vermək məcburiyyətində qaldı. Məncə isə onun ən əsaslı cavabları elə əsərlərində, yazdıqlarında gizlənib. Necə ki, şeirlərinin birində deyir:
“Basdırılandan” sonra,
“tükənəndən” sonra da
On cild kitab yazmışam.
Bəli, Anar öz yaradıcılığı, yaşına uyuşmayan məhsuldar işgüzarlığı ilə sübut edir ki, onun üçün yazmaqdan önəmli və dəyərli heç nə yoxdur. Axı:
Yazıçı ömrünün iki vaxtı var -
Yaşamaq zamanı, yazmaq zamanı.
Bütün bunlara baxmayaraq, Anar böyüklüyünü həm də onu bu cür əsassız ittiham edənləri, ona daş atanları, onu öz təsəvvürlərində nüfuzdan salmağa çalışanları bağışlayaraq, əfv edərək də göstərir. Onun kin saxlamayan, heç nəyi böyütməyən, yalnız gözəlliklər görməyə meyilli qəlbi atılan daşlardan daşlaşmadı, onlardan özünə daha uca saray qurdu. Bunu da Anar ən çox öz ömür-gün yoldaşı ilə bölüşdü, ona, övladlarına, nəvələrinə və insanlığa sevgisindən güc aldı:
Paxıllıqla üzləşdik,
Haqsızlıqla rastlaşdıq,
Nə beynimiz pas atdı,
Nə qəlbimiz daşlaşdı.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 86 yaşı tamam olur. Məncə, Anar kimi adamlar üçün nə qədər yaşasa, azdır. Ona görə də sevimli ədibimizi yeni yaşı münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və uzun ömür arzulayırıq. Özü deyir ki, Yazmaqçün yaşayıram, Yaşamaqçün yazıram. Mən də deyirəm ki, əziz Anar müəllim, yaşayın-yazın, yazın-yaşayın... Biz hər iki Anarı sevirik!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

