Düzü-düz, əyrini-əyri deyən jurnal!
07.04.2024 [11:45]
118 yaşlı “Molla Nəsrəddin”...
Yeganə BAYRAMOVA
1906-cı ilin 7 aprel günü Azərbaycan mətbuatının və mədəniyyətinin tarixinə əlamətdar bir gün kimi yazıldı. Həmin gün “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” xitabı ilə həqiqətən də, xalqın dərdinə şərik olacaq, onunla bir deyib bir güləcək mətbu orqanının - “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxdı. “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında misilsiz rolu var. Bu dövrün satirik ədəbiyyatının C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqqverdiyev, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, S.Mümtaz, C.Cabbarlı və başqa nümayəndələri bu jurnalın ətrafında birləşmişdilər. Həmin yazıçıların əksəriyyəti özlərinin yüzlərlə dəyərli əsərlərini bu jurnalda dərc etdirirdilər.
Jurnal nəinki Azərbaycan miqyasında, hətta, bütün Orta və Yaxın Şərqdə müstəmləkə zülmünə, mütləqiyyət üsuli-idarəsinə, iqtisadi və mədəni geriliyə, dini fanatizmə qarşı çevrilmiş kəskin siyasi satiranın bayraqdarı kimi tanınmışdı. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istədi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyəndi, bu barədə xəbərlər yaydılar. “İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri “Molla Nəsrəddin”i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər verdilər. Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin “Molla Nəsrəddin” imzası ilə “Tiflis 7 aprel” sərlövhəli baş məqaləsi, “Məcmuəmizə müştəri olanlara nəsihət”, “Molla Nəsrəddinin teleqramları”, “Bilməli xəbərlər”, “Dəllək”, “Atalar sözü” və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu. Zamanla üz-üzə dayanan “Molla Nəsrəddin” jurnalının ilk sayının işıq üzü görməsindən çox keçmədi ki, dövrün maarifpərvər, işıqlı ziyalıları onun ətrafına cəm olaraq, yaradıcılıq nümunələri ilə jurnalın fəallarına çevrildilər.
“Mola Nəsrəddin”i zaman özü yaratdı...
Əlbəttə ki, satirik qələmdən qorxub, cilddən-cildə düşən şəxslər “Molla Nəsrəddin”in tənqid hədəfinə çevrilirdi. Bu jurnalı zaman özü yetişdirmişdi. Cəlil Məmmədquluzadə “Mola Nəsrdddin”i zəmanə özü yaratdı”,-deyə yazırdı. Obrazılı desək, “Molla Nəsrəddin” xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq bacarığına malik idi. Jurnalın redaktoru sadəcə olaraq söz demək xatirinə qələmə sarılmamışdı. Jurnalın qarşıya qoyduğu problemlərin bədii və publisistik həllində Cəlil Məmmədquluzadənin tutduğu yol, səpdiyi toxum öz bəhrəsini verirdi. Bu baxımdan ki, bu orqan milli şüurun oyanmasında və formalaşmasında müstəsna rol oynadı. Cəmiyyət üçün fəlakət gətirə biləcək şəxslərə kəskin nifrət və qəzəbin ifadə olunması, hər tipin öz xarakterində canlandırılması “Molla Nəsrəddin”çilərin əsas mövzularından idi.
“Molla Nəsrəddin” məktəbi
Qısa bir zaman kəsiyində “Molla Nəsrəddin” məşhur satirik jurnal kimi tanındı. Görkəmli qələm sahiblərinin bir-biri ilə ideya-yaradıcılıq əlaqələri genişləndi. C.Məmmədquluzədənin təbliğ etdiyi demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə isə nüfuz qazandırdı. Ziyalı gücünə malik olan, nurlu insanların əsərləri bu jurnalın səhifələrində yer alırdı. “Molla Nəsrəddin”çilər Azərbaycanda, eləcə də Yaxın Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat məktəbini yaratdılar. “Molla Nəsrəddin”dən sonra “Suri-İsrafil”, “Azərbaycan”, “Nəsimi-şimal” (İran), “Cəm” (Türkiyə), “Uklar”, “Yəşen” (Tatarıstan), “Toqmaq” (Türkmənistan) və s. jurnallar çap olunaraq beynəlxalq aləmdə mühüm rol oynamağa başladı.
Əldə olunan bütün uğurlara baxmayaraq, Cəlil Məmmədquluzadə irtica və qaragüruhçuların arasıkəsilməz tənqidinə sinə gərməli oldu. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar apararaq “Molla Nəsrəddin”in nəşrini dayandırırdı. 1920-ci ilin iyun ayında Cəlil Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini buraxdırmağa nail olmuşdu. 1922-ci ildə Vətənə qayıdan C.Məmmədquluzadə jurnalın nəşrini davam etdirmişdi. O, böyük bir amalın daşıyıcısı olduğundan, mübarizəni davam etdirərək, daha qətiyyətli addımlar atmağa başlayır. Bu nurlu şəxs 1922-ci ildən 1930-cu illərə qədər “Molla Nəsrəddin”i mübariz orqanlardan birinə çevirmək üçün bir nəsli satirik jurnalistika sahəsində işləməyə hazırlaşdırırdı.
25 ildə 748 nömrə...
“Molla Nəsrəddin” Yaxın və Orta Şərqdə, İranda və Türkiyədə ədəbi-ictimai fikrin inqilabi, demokratik hərəkatın güclənməsinə təsir göstərmişdi. Ona görə də “Molla Nəsrəddin” bir məktəb, bir nümunə oldu. Jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. 25 il ərzində jurnalın 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Bu gün “Molla Nəsrəddin” jurnalının 118 yaşı tamam olur. Bu illər ərzində, Cəlil Məmmədquluzadənin yaratdığı məktəbin davamçıları yetişməkdədir. Bir əsrdən artıq yol gələn jurnalın ab-havası, yaradıcısı Cəlil Məmmədquluzadənin ruhu müasir nəsillə bahəm yaşayır.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

