İnsanlığın ən yüksək zirvəsi...
13.08.2024 [11:25]
Ümumdünya Orqan Donorluğu günüdür
Yeganə BAYRAMOVA
Birinin həyatını xilas etmək, onun yenidən yaşamasına səbəbkar olmaq insanlığın çata biləcəyi ən yüksək zirvədir. Dünyanın bir sıra ölkələrində orqan donorluğu praktikada geniş şəkildə tətbiq olunmağa başlayıb. Belə ki, insanlar hələ yaşayarkən, öldükdən sonra sağlam orqanlarını ehtiyacı olan insanlara "vəsiyyət” edirlər. Beyin ölümü keçirən, amma digər orqanları sağlam qalan insanlar çox olur. Onların orqanları donorluq üçün əlverişlidir. Təbii ki, vəfat etmiş bir insanın yaxınlarının razılığı olmadan bu işi etmək olmaz. Ona görə də əksəriyyət hələ sağ olan zaman orqanlarının götürülməsini vəsiyyət edir. Və beləcə neçə nəfərin həyatı xilas edilir, neçə ailəyə xoşbəxtlik bəxş olunur.
"Bu gün kiminsə gülümsəməsinə səbəb ol!"
Yeri gəlmişkən, bu gün Ümumdünya Orqan Donorluğu Günüdür. Hər il avqustun 13-də qeyd olunan bu gün bütün dünyada mühüm əhəmiyyət kəsb edir. Məqsəd orqan donorluğuna kritik ehtiyac haqqında məlumatlılığı artırmaq və fərdləri orqan donoru olmaq barədə düşünməyə ruhlandırmaqdır.
Ümumdünya Orqan Donorluğu Günü hər il müxtəlif şüarla qeyd olunur. 2024-cü ilin şüarı isə "Bu gün kiminsə gülümsəməsinə səbəb ol!" adlanır.
İlk və qeyri-adi orqan transplantasiyaları
Tarix boyu dünyada inanılmaz, bir o qədər də təəccüblü orqan transplantasiyaları həyata keçirilib. Statistik məlumatlara görə, 2021-ci ildə qlobal miqyasda 1.44,302 orqan transplantasiyası baş verib. Dünyada orqan donoru olan insanların da sayı çoxluq təşkil edir. Belə ki, hər il təxminən 3500 ürək transplantasiyası həyata keçirilir ki, bunların da yarısından çoxu ABŞ-dadır. Əməliyyat sonrası xəstənin sağ qalma dövrləri ortalama 15 ildir.
İlk orqan donoru...
Ronald Li Herrik öz orqanını bağışlayan ilk şəxs olub. O, 1954-cü ildə böyrəyini əkiz qardaşına verib. Bu uğurlu orqan transplantasiyası prosesini həyata keçirən həkim Dr. Daha sonra 1990-cı ildə həmin orqan transplantasiyasına görə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görülüb.
İlk ürək transplantasiyası
Dünyada ilk ürək transplantasiyası 3 dekabr 1967-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda cərrah Kristian Barnard tərəfindən həyata keçirilib. Əməliyyat prosesində ürək çatışmazlığından əziyyət çəkən 53 yaşlı Lüis Vaşkanskiyə avtomobil qəzasına düşən 25 yaşlı qadın Denis Darvalın ürəyi köçürülüb.
Yumurtalığın transplantasiyası
İlk yumurtalıq transplantasiyasından artıq 17 il keçir. 2007-ci ildə doktor Şerman Silber Suzan Butçerə yumurtalıq köçürmüşdü. Suzan üçün donor onunla eyni yaşda -38 yaşında olan bacısı idi. Həmin əməliyyat təxminən 4,5 saat çəkib. Sonsuzluqdan əziyyət çəkən qadın transplantasiyadan bir il sonra hamilə qalıb.
Cinsi orqan transplantasiyası
İlk belə prosedur 2006-cı ilin Guangzouda (Çin) yerləşən bir hərbi xəstəxanada edilmişdi. Xəstə olan 44 yaşlı bir kişi qəzada cinsi orqanının bir çox hissəsini itirmişdi. Həmin xəstəyə nəql olunmuş cinsi orqan beyni ölmüş 22 yaşlı cavan oğlana aid idi. Həmin əməliyyat uğurlu olsa da, əməliyyatdan sonra psixoloji travma alan xəstə 15 gün sonra həmin cinsi orqandan imtina edərək yenidən əməliyyat olundu.
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

