Qəlbi həmişə Azərbaycanla döyünənlər...
10.09.2024 [09:04]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu işinə başlayıb
Sentyabrın 9-da paytaxtımızda əlamətdar bir tədbirin açılışı baş tutub. Söhbət Bakıda işinə başlayan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan gedir. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə, 200-ə yaxın elm xadimi iştirak edir. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək. Prezident İlham Əliyev forum iştirakçılarına məktub ünvanlayaraq belə bir mühüm tədbirin keçirilməsi münasibətilə onlara təbriklərini çatdırıb.
Böyük rəmzi məna daşıyan Forum
Böyük tarixi keçmişi olan Azərbaycan son illərdə möhtəşəm uğurlara imza atıb. Hazırda milli maraqlarını qətiyyətlə qoruyan, daim müstəqillik və suverenlik prinsiplərindən çıxış edən Azərbaycan dünyada ləyaqətli dövlət kimi tanınır. Uğurlarımızın tacı isə heç şübhəsiz ki, 2020-ci ildə baş verən 44 günlük müharibənin nəticələrinə uyğun olaraq ərazi bütövlüyümüzün hərbi-siyasi yolla təmin olunması, ötən il sentyabrın 23-24-də keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Qarabağda suverenliyimizin tam təmin edilməsidir. Hazırda ölkəmizin bütün ərazilərində, o cümlədən də Şuşada, Xankəndidə, Xocalıda şanlı bayrağımız əzəmətlə dalğalanaraq dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılara sonsuz qürur hissi yaşadır.
Əldə olunan qələbələrimiz son 200 illik tariximizin ən böyük uğurlarıdır. Biz bu qələbələrədək həmişə torpaq itkilərinə məruz qalmışıq. Ötən əsrdə imperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasında tarixi torpaqlarımızda Ermənistan adlı saxta dövlət qurulub. Sonradan isə onun sərhədləri yenə də Azərbaycan əraziləri hesabına daha da genişləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində xalqımızın nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Yada salaq ki, müharibə günlərində dünya azərbaycanlıları yüksək həmrəylik ortaya qoydular. Həmin günlərdə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qəlbi ön cəbhədə döyünürdü. Hər kəs Ali Baş Komandandan müjdə soraqları gözləyirdi. Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubunda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi vurğulayıb.
İnteqrasiya, Vətən elmi ilə əlaqələrin genişləndirilməsi zərurəti
Dünyanın hazırkı reallıqları fonunda diaspor təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Onlar ayrı-ayrı ölkələrdə yerli icmalarla sıx əlaqələr qurmaqla erməni lobbisinin Azərbaycana qarşı yönəlmiş çirkin fəaliyyətlərinin məhdudlaşdırılmasında, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilərlər. Faktlar təsdiqləyir ki, xaricdəki Azərbaycan diasporu bu yöndə məqsədyönlü fəaliyyətlər sərgiləyir. Hazırda dünyanın 51 ölkəsində 560-dan çox diaspor təşkilatımız var. Onların təşkilatlanmasında ziya sahibləri olan alimlər mühüm rol oynayırlar. Bundan məmnunluğunu bildirən dövlətimizin başçısı “Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür”, - deyə bildirib.
Son vaxtlarda xaricdə fəaliyyət göstərən alimlərimizin Azərbaycan elminə inteqrasiyası istiqamətində görülən işlər təqdirəlayiqdir. Azərbaycan alimlərinin diasporu ilə AMEA arasında əməkdaşlığı genişləndirmək məqsədilə MDB-də, Avropa ölkələrində və ABŞ-da yaşayıb yaradan, elmin müxtəlif sahələrini əhatə edən, maarif və yaradıcılıq işləri ilə məşğul olan həmvətənlərimizlə, eləcə də diaspora təşkilatlarının rəhbərləri ilə əməkdaşlıq əlaqələri qurulur. 2018-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun məsul əməkdaşları ilə birgə yaradılmış elektron məlumat bazasında xaricdə yaşayan alimlərimizin elmi fəaliyyətləri haqqında dolğun məlumatlar yerləşdirilib. Bu bazada 500-dən artıq alim həmvətənimiz haqqında məlumatlar yer alıb. Xaricdə yaşayıb fəaliyyət göstərən alim və mütəxəssislərimizlə mütəmadi olaraq əlaqələr qurulur. Onlar akademiyanın təşkil etdiyi elmi konfrans və seminarlara dəvət olunur, məruzələrlə çıxış edir və müxtəlif elmi mövzularda fikir mübadiləsi aparırlar.
Elə forumun keçirilməsində əsas məqsəd də müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir. Tədbir çərçivəsində iştirakçılar işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar. Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubunda forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminliyini bildirib. “İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Zamanın tələbi - peşəkar kadrların yetişdirilməsi
“Xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir”. Bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev forumunun açılış mərasimində səsləndirib. ADA Universitetinin fəaliyyətindən danışan rektor rəhbərlik etdiyi ali təhsil ocağının səmərəli yol keçərək yeniliklər yaratdığını qeyd edib və bildirib ki, bu yol asan olmayıb. Onun sözlərinə görə, sovet dövründə ölkəmizdə elm və təhsil çox yaxşı inkişaf etdirildi. Bakı Dövlət Universitetinə xaricdən alim və mütəxəssislər cəlb edildi. Dəqiq elmlər sahəsində də mütəxəssislərə ehtiyac vardı və bu ehtiyac SSRİ-dən olan alimlərin hesabına yerinə yetirilirdi.
Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi elm və təhsil sahəsində də yeniliklərin tətbiq edilməsi zərurəti yarandı. “Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qalxması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etmək lazım olması barədə düşünmək lazımdır. Hazırda çox istedadlı gənclərimiz yetişir. Həmin gənclərin elmimizə, təhsilimizə töhfə verəcəklərindən əminik”, - deyə Hafiz Paşayev qeyd edib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

