Sumqayıtda I sinfə gedən 5288 nəfər üçün ilk dəfə məktəb zəngi çalınıb
16.09.2024 [15:20]
Bu gün Sumqayıtda fəaliyyət göstərən 49 tam orta məktəbdə bilik günü keçirilib. Bütün tədris ocaqlarında geniş, rəngarəng bayram tədbirləri təşkil edilib. Birinci sinfə gedən 5288 nəfər üçün isə ilk dəfə məktəb zəngi çalınıb. Eyni zamanda, IX sinifdə 6043 nəfər, XI sinifdə 4443 şagird 2024-2025-ci tədris ilində təhsil alacaq.
Bu məlumatı Yeniazerbaycan.com-a Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə təhsil sektorun müdiri İman Ağayev bildirib.
O, böyük və məhsuldar ənənələrə malik Sumqayıt təhsilinin ötən tədris ilindəki nailiyyətindən də danışıb. Qeyd edib ki, 2023-2024-cü dərs ilində Sumqayıt şəhər ümumtəhsil məktəblərinin XI siniflərini 3879 məzun başa vurub. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunların sayı 14 nəfər olub. Onlardan 13 nəfəri qızıl, 1 nəfəri isə gümüş nişana layiq görülüb.
Məzunların 2543 nəfəri ali məktəblərə qəbul olub. Qəbulun nəticələrini təhlil edən sektor müdiri abituriyentlərdən 243 nəfərinin 600-dən, o cümlədən 87 nəfərin 650-dən çox bal topladığın qeyd edib. Şəhər üzrə ən yaxşı nəticə Təbiət elmləri təmayüllü gimnaziyaya, Təfəkkür liseyi, İstedad liseyi və Texniki və təbiət elmləri liseyinə məxsusdur. Qeyd olunan təhsil müəssisələrinin məzunlarının hamısı ali məktəblərə qəbul olub, qəbul faizi 100 faizi təşkil edib.
Bütün məktəblərin yeni tədris ilinə tam hazır vəziyyətdə şagirdləri qəbul etdiyini deyən İ.Ağayev məktəblilərin təlim-tədris prosesi ilə 3995 müəllimin məşğul olacağını bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

