Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / “Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub

“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub

23.05.2025 [19:35]

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Nəriman Seyidəliyev və mərhum professor Bayram Əhmədovun “Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan lüğətin elmi redaktoru professor Nadir Məmmədli, redaktorları professorlar İsmayıl Məmmədli, Sevinc Əliyeva və dosent Gülarə Əmirovadır. Rəyçilər professorlar Sevil Mehdiyeva, Gülnarə Sadıqova, Abbas Abbasov, dosentlər Fidan Salayeva, Amil Cəfərov və Aqil Cəfərovdur.

Nəşrdən orta və ali məktəblərdə, kurslarda, lüğətçilik tədqiqatlarında, gənc alimlərin elmi araşdırmalarında, türkdilli xalqların böyükhəcmli lüğətlərinin hazırlanmasında istifadə oluna bilər. Bununla yanaşı, kitab geniş oxucu kütləsi üçün də faydalıdır.

Aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlükdə frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi feillər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb. “K-Z” hərflərinin əhatə edildiyi lüğətdə 20 min 500-ə qədər frazeoloji vahidin izahı verilib.

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30