Nərgiz Paşayeva: Gələn il yayda Bakıda elm və təhsil ilə bağlı mühüm hadisə baş verəcək
21.10.2014 [10:02]
Mübaliğəsiz deyə bilərəm ki, gələn il yayda Bakıda elm və təhsil ilə bağlı mühüm hadisə baş verəcək. Bu, məktəblilər arasında keçiriləcək Beynəlxalq Kimya Olimpiadasıdır. Bu möhtəşəm hadisə Azərbaycanda ilk dəfə Bakıda, bizim universitetin bazasında keçiriləcək. Bu tədbir mühüm hadisə olacaq, çünki Olimpiadada 80 ölkədən 250-dən çox şagird iştirak edəcək. Bununla bərabər, bizə təxminən 250 nəfər alim, kimyaçı mütəxəssis, müəllim gələcək.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialından AzərTAc-a verilən məlumata görə, Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bu sözləri MDU-nun kimya fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının (REA) akademiki Valeri Lunin başda olmaqla bu fakültənin nümayəndə heyəti ilə görüşdə söyləyib.
Səfərin məqsədi 2015-ci ildə MDU-nun Bakı filialı bazasında keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasına hazırlığın gedişini müzakirə etmək idi.
Nərgiz Paşayeva qeyd edib ki, bu cür beynəlxalq tədbirlər müxtəlif ölkələrin müəllimlərini və şagirdlərini birləşdirir. Bakı filialının rektoru daha sonra deyib: “Olimpiadanın keçirilməsinin əsas məqsədi həm elmi dairələrdə, həm də təhsil proqramları çərçivəsində kimya elminə marağı artırmaqdır. 46-cı Olimpiada bu il yayda Hanoyda keçirilib və olimpiadanın bayrağı bizə təqdim edilib. Hazırda həmin bayraq bizim universitetdə qayğı ilə qorunub saxlanılır. Ziddiyyətlərlə dolu olan müasir dünyada elm və mədəniyyət elə sahələrdir ki, orada mübahisələr konstruktiv xarakter daşıyır, çünki onlar sırf elmi xarakterli mübahisələrdir və ziddiyyətlərin həllinin açarını verə bilər. Belə mübahisələr həmişə insanları birləşdirir. Məktəblilər həmin Olimpiada nümunəsində kimyanın sivilizasiyanın həyatında, onun gələcəyi və Azərbaycanın gələcəyi üçün necə böyük rol oynadığını başa düşəcəklər. Əminəm ki, Olimpiadanı dəstəkləyən təşkilatlar universitetə lazım olan hər cür köməyi göstərəcəklər. Bu tədbirin yüksək səviyyədə və böyük uğurla keçirilməsi Azərbaycanın imicinə dəstək deməkdir”.
Akademik Valeri Lunin qeyd edib ki, məktəblilər arasında Azərbaycanda ilk dəfə keçiriləcək kimya üzrə 47-ci Beynəlxalq Olimpiada ölkəmizin, beynəlxalq olimpiadaların və M.V.Lomonosov adına MDU-nun Bakı filialının tarixində böyük hadisədir. REA-nın akademiki deyib: “Əminəm ki, Təşkilat Komitəsinin sədri professor Nərgiz Paşayeva olan Olimpiada uğurla keçiriləcək. Mənim fikrimcə, Təşkilat Komitəsinin bu cür istedadlı sədri olan Olimpiada layiqli səviyyədə keçiriləcək, biz isə buna hər cür dəstək və kömək göstərəcəyik. Bu, MDU-nun Bakı filialının tarixində şanlı səhifə olacaq. Olimpiadanın keçirilməsi iştirakçılara, bütün dünyaya Azərbaycan haqqında çox böyük həcmdə müsbət informasiya çatdırmağa imkan verəcək. Bu Olimpiada bir sıra səbəblərə görə Azərbaycan üçün əlamətdardır. Əminəm ki, o, Azərbaycanda təhsilin, elmin və iqtisadiyyatın inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək”.
Səfər çərçivəsində MDU-nun kimya fakültəsinin dekanı Valeri Lunin Bakı filialının kimya fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. Akademik tələbələri filiala daxil olmaları münasibətilə təbrik edib. O, tələbələrə müraciət edərək deyib: “Azərbaycanda neft kimyası, neft emalı və sənaye sahəsində böyük ənənələr var. Kimya həm təhsildə, həm də respublikanın iqtisadiyyatında mühüm tərkib hissədir, buna görə sizə böyük ümidlər bəslənilir”.
Qeyd etmək lazımdır ki, məktəblilərin Beynəlxalq Kimya Olimpiadası kimya üzrə milli olimpiadaların qalibləri olmuş orta məktəb şagirdləri arasında hər il keçirilən yarış kimi əhəmiyyətli tədbirdir. 47-ci Olimpiadada 80-dən çox ölkənin, o cümlədən Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Çexiya, ABŞ, Kanada, Yaponiya, Çin və digər dövlətlərin komandaları iştirak edəcəklər.
Müxtəlif ölkələrin rəhbərləri belə mühüm tədbirlərin keçirilməsini dəstəkləyir və onlara maraq göstərirlər. Olimpiadanın MDU-nun Bakı filialında keçirilməsi haqqında qərar 2012-ci il iyul ayında Vaşinqtonda Beynəlxalq Kimya Olimpiadasının idarəetmə komitəsi tərəfindən qəbul edilib. Azərbaycan məktəblilərin Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanmış ölkələr arasında Rusiyadan sonra ikinci MDB dövlətidir. Bu qərar MDU-nun Bakı filialının nüfuzuna və onun xidmətlərinin beynəlxalq aləmdə tanınmasına dəlalət edir.
Beynəlxalq Kimya Olimpiadasını İdarəetmə Komitəsinin tələblərinə uyğun olaraq, Azərbaycanda MDU-nun filialının rəhbəri, professor Nərgiz Paşayevanın sədrliyi ilə 47-ci Olimpiadanın Təşkilat Komitəsi yaradılıb. Komitə indiyə qədər böyük işlər görüb: Olimpiadanın “Katalayzer” qəzetinin birinci nömrəsi və Olimpiadanın iştirakçıları üçün tələblərin ilkin proqramı hazırlanıb, Olimpiadanın saytı yaradılıb (http://icho2015.msu.az/).
MDU-nun Bakı filialı bu gün Azərbaycanda kimya üzrə təhsil mərkəzlərindən biridir. Filialda kimya elminin və kimya sənayesinin müxtəlif sahələri üzrə mütəxəssislər hazırlanır.
Filialın kimya fakültəsində tələbələrin kimyaya aid bilik və vərdişlərinin inkişaf etdirilməsi üçün bütün zəruri şərait, o cümlədən müasir avadanlıqla təchiz edilmiş müxtəlif laboratoriyalar vardır.
Fakültənin məzunları həm dövlət strukturlarında, həm də özəl şirkətlərdə işləyirlər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

