/ / Prezident İlham Əliyev Binə qəsəbəsində yerləşən "Azərsun Holdinq" Şirkətlər Qrupuna məxsus "Green Tech" Məhdud Məsuliyyətli Cəmiyyətin müasir istixana kompleksi ilə tanış olub
Prezident İlham Əliyev Binə qəsəbəsində yerləşən "Azərsun Holdinq" Şirkətlər Qrupuna məxsus "Green Tech" Məhdud Məsuliyyətli Cəmiyyətin müasir istixana kompleksi ilə tanış olub
14.07.2012 [12:07]
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” müəssisələrinin açılışında iştiraklarını əks etdirən fotoguşə ilə tanış olub.
Sonra Prezident İlham Əliyev kompleksin ayrı-ayrı sahələrini gəzib. Dövlətimizin başçısı avtomatik suvarma sistemləri sahəsinə baxıb. Müasir istixana kompleksi barədə Prezident İlham Əliyevə ətraflı məlumat verilib. Bildirilib ki, “Green Tech” MMC-nin Azərbaycanda həyata keçirdiyi bu layihənin əsas məqsədi ən son Qərb texnologiyasını tətbiq etməklə aqrar sahəni daha da inkişaf etdirmək, kənd təsərrüfatında yeni iş yerləri açmaq və əhalini ekoloji cəhətdən sağlam tərəvəz məhsulları ilə təmin etməkdir. İstixana kompleksinin 80 hektar ərazisi var. Layihənin reallaşdırılması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu “Green Tech” MMC-yə 5 milyon manat güzəştli kredit ayırıb. Müəssisədə inşaat işləri və yeni investisiya layihələrinin reallaşdırılması davam etdirilir. Layihəyə ümumilikdə 16 milyon manat investisiya qoyuluşu nəzərdə tutulub. İstixananın inşasında bu sahədə ən son dünya təcrübəsinə əsaslanan inşaat materiallarından, müasir avadanlıqdan, cihaz və qurğulardan istifadə edilib.
Dövlətimizin başçısı tərəvəzlərin yetişdirildiyi sahə ilə tanış olub. Qeyd edilib ki, buradakı əkin texnologiyasında ən son holland üsulu tətbiq edilib. İstixana kompleksi dünyanın qabaqcıl şirkətlərinin texnologiyası əsasında qurulub, iqlim nəzarət sistemləri, istilik-mühafizə pərdələri, qazanxana avadanlıqları, isitmə və suvarma sistemləri ilə tam təchiz edilib. Müəssisədə 151 nəfər işlə təmin edilib. Layihə tam başa çatdıqdan sonra işçilərin sayını 300 nəfərə çatdırmaq nəzərdə tutulub. Müəssisənin yaradılması həm də Binə qəsəbəsi sakinlərinin işlə təmin olunması baxımından əhəmiyyətlidir.
Kompleksin illik istehsal gücü 6 min tondur və bu potensial 10 min tona çatdırılacaq. İstixana kompleksində məhsulların becərilməsində üzvi gübrədən istifadə edilir. Burada tərəvəz şitillərinin tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır ki, bu da məhsuldarlığın təbii yolla artırılmasına səbəb olur. Tərəvəz məhsullarının yetişdirilməsində müasir texnologiyanın tətbiq olunması yüksək məhsuldarlığa və istehlakçıların ilboyu ekoloji təmiz məhsulla təmin edilməsinə şərait yaradacaq.
Dövlətimizin başçısı istehsal olunan məhsulların dadına baxıb.
Tərəvəzlərin yetişdirildiyi sahə ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb. İstixana kompleksində çalışanlar Binə qəsəbəsində belə bir müasir müəssisənin yaradılmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər. Prezident İlham Əliyev kompleksin qablaşdırma sahəsi ilə də tanış olub.
Müəssisənin istehsal etdiyi tərəvəz məhsullarının daxili tələbatla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur. Azərbaycanda ən müasir tələblərə cavab verən istixana kompleksinin yaradılması qeyri-neft sektorunun inkişafının daha bir nümunəsi olmaqla yanaşı, həm də ölkəmizin ixrac potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı müasir istixana kompleksi ilə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

