Bakı şəhəri və onun qəsəbələri öz inkişafının yeni mərhələsinə qədəm qoyur
25.07.2012 [22:47]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan konseptual və hərtərəfli inkişaf kursuna malikdir. Belə ki, bu gün ölkəmizdə bütün sahələr paralel şəkildə inkişaf edir. Ən əsası isə dövlət tərəfindən görülən bütün işlərin, fəaliyyətin, inkişafın episentrində Azərbaycan vətəndaşlarının sosial rifahının təminatı dayanır. Bu mənada görülən işlər, qəbul olunan dövlət proqramları, həyata keçirilən layihələr birmənalı olaraq vətəndaşlarımızın sosial rifah halının daha da yüksəldilməsinə xidmət göstərir.
Onu da vurğulamaq yerinə düşər ki, respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası bu gün istər paytaxtımızın, istərsə də bölgələrin, həmçinin, Bakının qəsəbələrinin ümumi inkişafına əhəmiyyətli təsir etməkdədir. Elə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” da sözügedən ərazilərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əlavə imkanlar yaradıb. Məlumat üçün bildirək ki, proqrama Bakı və Bakıətrafı qəsəbələrin ümumi sosial-iqtisadi inkişafını zəruri edən bir sıra mühüm infrastruktur lahiyələrinin həyata keçirilməsi də daxildir. Belə ki, proqram elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi kimi məsələləri də əhatə edir. Qarşıya qoyulan vəzifələrə uyğun olaraq bu günə kimi paytaxtın bütün qəsəbələrində sözügedən istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib. ümumilikdə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına son 2 ildə 1,8 milyard manat vəsait ayrılıb.
Qeyd etmək yerinə düşər ki, artıq proqramın birinci ilinə yekun vurulub və Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bütövlükdə bir il ərzində Bakıda və onun qəsəbələrində çox böyük quruculuq və abadlıq işləri aparılıb. Dövlət başçısı deyib ki, bu işlər davam edir: “Onlarla məktəb tikilir, bərpa edilir. Uşaq bağçaları, tibb ocaqları tikilir, yollar salınır, qazlaşdırma prosesi gedir. Su, kanalizasiya layihələri icra edilir. Bakı qəsəbələrində, ümumiyyətlə, heç vaxt kanalizasiya sistemi olmamışdır. Qəsəbədaxili yollar tikilir. Yəni, biz bu məsələyə kompleks şəkildə yanaşmışıq”.
Məlumat üçün bildirək ki, bütövlükdə Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası- körpələr evi fəaliyyət göstərir ki, onlar arasında 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilib. Qeyd etmək lazımdır ki, sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədi ilə sürətli iş rejiminə keçilib və 2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılıb. Dövlət Proqramına əsasən, cari ildə, həmçinin, 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Gələn il isə Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulub. Bundan əlavə, sözügedən Dövlət Proqramına əlavə olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən 112 məktəbdə və 65 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması planlaşdırılıb.
Heç şübhəsiz, Dövlət Proqramında nəzərdə tutulmuş işlər həm də regionda mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Belə ki, təkcə 2011-ci ildə bu proqramın yerinə yetirilməsi nəticəsində 18 minə yaxın insan işlə təmin olunub. Eyni zamanda, cari ildə nəzərdə tutulan işlərin görülməsi üçün 21 minə yaxın işçi qüvvəsi cəlb edilib, gələn ildən isə bu rəqəm iki dəfədən artıq olacaq. Bir sözlə, ölkədə aparılan quruculuq siyasəti qəsəbələrin dinamik inkişafına da ciddi təkan verib. Eyni zamanda, müasir tikinti materialları, cihazqayırma, süd məhsulları emalı və sement zavodları, digər sənaye müəssisələri tikilib, yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən, bu il istismara veriləcək bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının, Bakı Gəmiqayırma Zavodunun, transformator zavodunun və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir. Bununla yanaşı, sənaye parklarının yaradılması, innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkili sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan verəcək. Prezident İlham Əliyev qəsəbələrdə işsizlik probleminin aradan qaldırılması, yeni iş yerlərinin açılması məsələsinin də proqramda əks olunduğunu və artıq bu məsələnin öz həllini tapdığını deyib. Dövlət başçısı bildirib ki, bu yöndə Sahibkarlığa Kömək Milli Fondu iş aparır: “Qəsəbələrdə yeni iş yerlərinin açılması məsələləri də öz həllini tapır. Bakı qəsəbələrində fəaliyyət göstərən iş adamlarına da Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi prosesi başlanmışdır. Beləliklə, əminəm ki, gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinə dair ikinci Dövlət Proqramı uğurla icra ediləcəkdir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

