Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ötən il Bakı şəhəri və onun qəsəbələri üzrə 22 mindən çox abonent qazla təchiz edilib

Ötən il Bakı şəhəri və onun qəsəbələri üzrə 22 mindən çox abonent qazla təchiz edilib

04.08.2012 [19:38]

Prezident İlham Əliyev: Beləliklə, mən əminəm ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi və infrastruktur məsələləri öz həllini tapacaqdır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimində iştirak edib. Dövlət başçısı, həmçinin, Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Məlumat üçün bildirək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda məktəblərin və uşaq bağçalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusu, həmçinin, Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulub. Sözügedən məktəbin inşa olunan yeni korpusunda 480 şagirdin təhsil alması nəzərdə tutulub. Gələcəkdə məktəbin fizika, kimya və digər fənn kabinetləri, təcrübə laboratoriyaları tədris üçün lazım olan ən müasir avadanlıqla təchiz olunacaq. Məktəbin ərazisində yeni dərs ilinə qədər idman və akt zallarının, yeməkxananın inşa olunacağı, açıq idman meydançasının salınacağı da nəzərdə tutulur.
240 nəfərdən ibarət 12 qrupun fəaliyyət göstərdiyi körpələr evi-uşaq bağçasında da əsaslı təmir və yenidənqurma işlərindən sonra hər cür şərait yaradılıb. Uşaqların yataq otaqları, əyləncə yerləri, mətbəx və digər sahələr ən müasir standartlar səviyyəsində yenidən qurulub.
Göründüyü kimi, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq ardıcıl tədbirlər həyata keçirilməkdədir.
çünki, Bakı və Bakıətrafı qəsəbələrin inkişafı da dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev ötən il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədən sonra - 2011-ci il mayın 4-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Proqramda nəzərdə tutulan məqsədlərə elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, yeni iş yerlərinin, müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması daxildir. Bu baxımından, qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilib. Məhz bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Daha dəqiq desək, adıçəkilən bölgənin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda, lakin böyük ərazidə insanların rahatlığına xidmət edən təqdirəlayiq işlər görülüb.
Cari il iyunun 20-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş tədbirdə Prezident İlham Əliyev 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi məsələlərinin öz həllini tapacağına əminliyini ifadə edib: “Beləliklə, mən əminəm ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi və infrastruktur məsələləri öz həllini tapacaqdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Əminəm ki, biz bu məqsədə çatacağıq, bu vəzifəni icra edəcəyik. çünki bu günə qədər qarşımıza qoyduğumuz bütün vəzifələr keyfiyyətlə və vaxtında icra edilmişdir”.
Məlumat üçün bildirək ki, bütövlükdə Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası- körpələr evi fəaliyyət göstərir ki, onlar arasında 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilib. Qeyd etmək lazımdır ki, sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədi ilə sürətli iş rejiminə keçilib və 2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılıb. Cari ildə, həmçinin, 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Gələn il isə Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulub. Bundan əlavə, sözügedən Dövlət Proqramına əlavə olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən 112 məktəbdə və 65 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması planlaşdırılıb.
Eyni zamanda, infrastrukturun yenilənməsi istiqamətində - yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində tədbirlərin icrası davam etdirilib, paytaxt və qəsəbələrdə, eləcə də, Abşeron rayonunun qəsəbə və kəndlərinə 1210 kilometr yeni qaz kəmərləri çəkilib və yenidən qurulub, 160 min məişət qaz sayğacı quraşdırılıb və ya yeniləri ilə əvəz olunub. ümumilikdə, ötən il Bakı şəhəri və qəsəbələri üzrə 22 min 190, Abşeron rayonunda isə 7 min 940 yeni abonent qazla təchiz edilib.
Əhalinin elektrik enerjisi ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb, ötən il 1520 kilometr kabel və 200 kilometr yeni elektrik verilişi xətləri çəkilib, 330 kilometr elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılıb. Yeni enerji güclərinin yaradılması üçün elektrik stansiyalarının tikintisi davam etdirilib, “Şimal” elektrik stansiyasında 409 meqavat gücündə olan ikinci buxar-qaz enerji qurğusunun təməli qoyulub.
Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun olaraq aparılıb və 122 təhsil və səhiyyə obyekti istilik təchizatı ilə təmin edilib, 150-dən çox yaşayış binasına və sosial obyektə xidmət edən 6 qazanxana yenidən qurulub. 61 kilometr müxtəlif diametrli su və 57 kilometr kanalizasiya xətti və kollektor quraşdırılıb, 13 su anbarı və 4 su nasos stansiyası tikilib və yenidən qurulub.
Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturu sahəsində ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yol asfalt çəkilib, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunub.
Heç şübhəsiz ki, Dövlət Proqramında nəzərdə tutulmuş işlər həm də regionda mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Belə ki, təkcə 2011-ci ildə bu Proqramın yerinə yetirilməsi nəticəsində 18 minə yaxın insan yeni işlə təmin olunub. Cari ildə isə nəzərdə tutulan işlərin görülməsi üçün 21 minə yaxın işçi qüvvəsi cəlb edilib, gələn ildən isə bu rəqəm iki dəfədən artıq olacaq. Cari ildən etibarən Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə də dəstək olaraq dövlət büdcəsindən əlavə vəsait ayrılaraq qəsəbələrdə iş yerlərinin açılmasına yönəldiləcək.
Eyni zamanda, tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə yeni, müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə ümumilikdə 14 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri yenidən qurulub və təmir edilərək avadanlıqla təchiz olunub. 12 səhiyyə obyektində təmir-tikinti işləri, eləcə də, gözdən əlillər üçün tədris-bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın və digər obyektlərin tikintisi davam etdirilib.
Qəsəbələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində, o cümlədən Buzovna, Lökbatan, Nardaran, Rəsulzadə qəsəbələrində mədəniyyət obyektlərinin tikintisi və təmiri aparılıb. Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı məqsədi ilə Xocəsən qəsəbəsində stadion yenidən qurulub, Nizami rayonunda 13 nömrəli İdman Mərkəzi əsaslı təmir olunub, qısa müddətdə müasir İdman-Konsert Kompleksinin tikintisi başa çatdırılıb, 65 min yerlik Olimpiya Stadionunun təməli qoyulub, Respublika Stadionunda isə təmir-bərpa işləri davam etdirilib.
Bir sözlə, ölkədə aparılan sənayeləşmə siyasəti qəsəbələrin dinamik inkişafına ciddi təkan verib, müasir tikinti materialları, cihazqayırma, süd məhsulları emalı və sement zavodları, digər sənaye müəssisələri tikilib, yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən, bu il istismara veriləcək bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının, Bakı Gəmiqayırma Zavodunun, transformator zavodunun və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir. Bununla yanaşı, sənaye parklarının yaradılması, innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkili sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan verəcək.
SEVİNC
Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30