Qlobal təhlükəsizliyin təmini prosesinə 30 illik sədaqət
04.05.2024 [10:35]
“Sülh naminə tərəfdaşlıq” proqramına qoşulduğumuz gün...
Cənubi Qafqazın aparıcı dövləti sayılan Azərbaycan nəinki yerləşdiyi regionda, daha böyük coğrafiyada sabitləşdirici amil kimi çıxış etməkdədir. Hər zaman sülh və əməkdaşlıq çağırışları ilə yadda qalan ölkəmiz 30 ilə yaxın işğaldan əziyyət çəkib - bununla belə, bütün dövrlərdə silahlı qarşıdurmaların əleyhinə olub, təhlükəsizlik amilinin daha yüksək səviyyədə önə çıxması üçün çalışıb. Qlobal təhlükəsizlik sahəsində əməkdaşlıq ölkəmizin də təhlükəsizliyi baxımından prinsipial əhəmiyyət kəsb edir. Bu səbəbdən də, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən başlayaraq ölkənin üzləşdiyi çətinlikləri, regiondakı mürəkkəb vəziyyəti nəzərə alan ümummilli lider Heydər Əliyev respublikanın təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa fəal inteqrasiyasını təmin etdi. 1994-cü il mayın 4-də Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədini imzalanması da qarşılıqlı əməkdaşlıq üçün yeni mərhələnin başlanğıcını qoydu. İmzalanma mərasimində çıxış edən Heydər Əliyev bildirmişdi ki, biz NATO-ya gənc Azərbaycan dövlətinə Qərb dünyası ilə sıx və çoxtərəfli qarşılıqlı münasibətlər yaratmaqda və Qərb dünyasının çox zəngin təcrübəsindən bəhrələnməkdə kömək etməyə qadir olan bir təşkilat kimi baxırıq: “Azərbaycanın, eləcə də digər yeni Avropa dövlətlərinin müstəqilliyinin möhkəmlənməsi NATO-nun bütün fəaliyyətinin əsaslandığı prinsiplərin sarsılmazlığının real təsdiqi olacaqdır”.
Yaxın əməkdaşlıq əlaqələri...
Vurğulandığı kimi, Azərbaycan həm də NATO ilə hərbi sahədə yaxın tərəfdaşlığa malikdir - ölkəmiz alyansın bir sıra sülhyaratma missiyasında uğurla təmsil olunub. 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulan, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilən Azərbaycan ilə NATO arasındakı münasibətlər praktiki tərəfdaşlığa söykənir. Ölkəmiz ilə qurum arasındakı hərbi əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Sülhə dəstək...
Eyni zamanda, Azərbaycan NATO-nun müxtəlif sülhyaratma missiyalarında uğurla təmsil olunub, fəallıq nümayiş etdirib. 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər, Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak ediblər. Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər.
Bu ilin martında NATO Baş katibi Yens Stoltenberqin Bakıya səfəri mühüm məqamlarla yadda qalmışdı. Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında bildirmişdi ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var: “Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
Əməkdaşlıqda xüsusi çalarlar...
Bəli, Azərbaycan-ın NATO ilə əməkdaşlığı qlobal təhlükəsizliyin təmini istiqamətində ölkəmizin ortaya qoyduğu mövqedir. Ötən 30 il ərzində dövlətimiz hər zaman bu amili ön sıralarda tutub - Azərbaycan dünyanın hər yerində sülhün və əmin-amanlığın bərpası üçün öz gücünü səfərbər edib. Bu gün Cənubi Qafqazda təhlükəsizlik seqmentinin inkişafı üçün çaba göstərən Azərbaycan yeni şəraitdə bunun mütləq şərtlərini formalaşdırıb. NATO-nun aparıcı üzvü olan Türkiyə ilə strateji əməkdaşlığın imzalanması ilə Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələrini daha yüksək bir səviyyəyə çatdırıb. Bu amil. Azərbaycan ilə NATO arasında münasibətlərdə, qarşıdakı dövr üçün əməkdaşlıqda xüsusi çalarlar vəd edir. Azərbaycan özünün milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində əsaslı addımları ilə seçilir. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

