Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda yerli istehsalın artması ölkə iqtisadiyyatını gücləndirir

Azərbaycanda yerli istehsalın artması ölkə iqtisadiyyatını gücləndirir

08.08.2012 [21:58]

Prezident İlham Əliyev: Ancaq bizim ixrac imkanlarımız onsuz da genişlənir və ölkəmizdə yaradılan və yaranmaqda olan yeni müəssisələr, o cümlədən, ixracyönümlü müəssisələrdir
Hazırda Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri iqtisadiyyatın neftdən asılılığını tam olaraq aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır. Buna nail olmaq üçün ölkədə aparılan sosial-iqtisadi islahatlar nəticəsində isə qeyri-neft sektoru, yəni, kənd təsərrüfatı, istehsal sənayesi, turizm, xidmət, informasiya kommunikasiya texnologiyaları (İKT) sahələri sürətlə inkişaf etməkdədir.
ümumiyyətlə, qeyri-neft sektorunun xüsusiyyəti ondan ibarətdir ki, bu sektorda istehsalın real artım sürəti neft sektoru ilə müqayisədə xarici tələbin tərəddüdlərindən ciddi şəkildə asılı deyil. Bu sektorda real istehsalın artım dinamikası əsasən cəlb olunmuş investisiyalardan, daxili tələbin dəyişməsindən, ölkədə aparılan struktur və institutsional dəyişikliklərdən daha çox asılıdır. Məlum olduğu kimi, ilkin dövrlərdə, Azərbaycan iqtisadiyyatında neft sektorundan fərqli olaraq qeyri-neft sektorunda istehsalın real artımı zəif inkişaf etməkdə idi. Bu, xüsusilə, neft sektoru ilə müqayisədə həmin sektora daha az xarici investisiyaların cəlb olunması və bu sektorun məhsullarına xarici tələbin zəif olması ilə əlaqədar idi. Lakin neftdən əldə edilən gəlirlərin qeyri-neft sahəsinə yatırılması və konkret islahatların aparılması nəticəsində ölkəmizdə sözügedən sahə inkişaf etməyə başladı.
Onu da qeyd edək ki, 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının nəticələrinə görə, qeyri-neft iqtisadiyyatımız sürətlə artıb. Birinci rübdə ümumi daxili məhsul artımı 0,5 faiz qeydə alınıb. Eyni zamanda, ölkəmizdə qeyri-neft sənayesində 16,5 faiz artım müşahidə olunub. Cari ilin yanvar-aprel aylarında özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edib. ümumi istehsalın 92,6 faizi sənaye mallarının (əmtəəlik), 7,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılıb. Cari ilin 6 ayında isə ümumi iqtisadiyyat 1,5 faiz, qeyri-neft iqtisadiyyatı 11,3 faiz artıb. Bu isə dünya miqyasında ən yüksək göstəricidir.
Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə, sənayenin çəkisi də artmaqdadır. ölkəmizdə aparılan sənayeləşmə siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik inkişafını təmin edib.
Onu da vurğulamaq yerinə düşər ki, bütövlükdə, ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib. Hazırda, respublikanın müxtəlif bölgələrində, Bakı şəhərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır.
İyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, yerli istehsalın gücləndirilməsi sahəsində konkret addımlar atılır. Dövlət başçısı həmçinin onu da qeyd edib ki, Azərbaycan ixrac imkanlarını daha da genişləndirir: “Ancaq bizim ixrac imkanlarımız onsuz da genişlənir və ölkəmizdə yaradılan və yaranmaqda olan yeni müəssisələr, o cümlədən, ixracyönümlü müəssisələrdir. Bizim üçün əsas vəzifə makroiqtisadi sabitliyi saxlamaqdır. çünki investisiya xərclərimiz, büdcəmiz, sosial ödəmələr artır, əmanətlərin kompensasiyası məsələləri əlavə yükdür. Bütün bunlar istər-istəməz inflyasiyaya təkan verə biləcək amillərdir. Amma buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir”.
Eyni zamanda, kənd təsərrüfatı qeyri neft sektorunun prioriter sahəsi hesab olunur. Bu sahə ölkədə istehlak tələbinin əsas komponenti olan ərzaq məhsullarının bilavasitə və dolayı olaraq təklifini təmin edir. üDM-də istehsalının həcminə görə, kənd təsərrüfatı qeyri-neft sektorunda əsas sahələrdən biri olmaqla, eyni zamanda, əhalinin iş yerləri ilə təminatında mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycanda əhalinin ərzaq məhsullarına olan tələbatının əsasən daxili imkanlar hesabına ödənilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılıb.
Eyni zamanda, ticarət və sosial xidmət sahələrinin qeyri-neft sektorunda xüsusi çəkisi də artmaqdadır. Əhalinin mal və xidmətlərə istehlak tələbin artması və bu sahədə kiçik və orta biznes üçün əlverişli şəraitin qurulması ticarət və xidmət sektorunda yüksək inkişafa səbəb olub. Xüsusilə, kapitalın özünü ödəmə prosesinin qısamüddətli və riskin aşağı olması, bu sektora investisiyanın artmasına və hazırda bazarın artan tələbini kifayət qədər ödəyə biləcək ticarət və infrastrukturun formalaşması üçün şərait meydana gətirib.
Bu arada qeyd etmək yerinə düşər ki, hökumət Sumqayıt, Gəncə şəhərləri və Bakının Qaradağ rayonunda 3 sənaye şəhərciyi yaratmağı planlaşdırır. Sumqayıt və Balaxanıda iki yeni sənaye parkının yaradılması isə məşğulluğa və qeyri-neft ixracına da müsbət təsir edəcək. 17 zavoddan ibarət olan Sumqayıt Texnologiyalar Parkında (STP) respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir. Hazırda, STP-də polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri aparılır.
Cari il yanvarın 21-də ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışı da sənayeləşmə istiqamətində atılan mühüm addımlardan biridir. Bundan əlavə, 2012-ci ilin aprelin 24-də dövlət başçısının iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunan Azgüntex zavodunun, həmçinin, STP-də ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışı olub. Tikintisinə 2010-cu ildə başlanan müəssisədə elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.
İyulun 10-da isə Qaradağ rayonunda 300 milyon avro dəyərində investisiya qoyulan “Holcim” sement zavodunun açılışı olub. Qeyd etmək lazımdır ki, hazırda, Azərbaycanda fəaliyyət göstərən zavodların ümumi istehsal həcmi 3,3 milyon tondur və ölkə daxili tələbatının yalnız 70 faizini ödəyir. Lakin icrada olan layihələrin hər birinin reallaşması nəticəsində Azərbaycanın sement istehsalı 5 milyonadək artırılacaq.
Beləliklə, ölkəmizdə sənaye müəssisələrinin yaradılması, respublikada qeyri-neft sektorunun inkişafına, eləcə də, Azərbaycanda uzunmüddətli məhsul istehsalına və xarici ölkələrə yeni ixrac potensialının artırılmasına təkan verəcək.
SEVİNC
Paylaş:
Baxılıb: 992 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30