Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Böyük Britaniya münasibətləri dinamik inkişaf tendensiyasına malikdir

Azərbaycan-Böyük Britaniya münasibətləri dinamik inkişaf tendensiyasına malikdir

08.08.2012 [23:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronla görüşü zamanı qeyd edilib ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq var və bu əlaqələrin perspektivləri böyükdür
Beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən biri də Böyük Britaniya-Azərbaycan münasibətləridir. Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Böyük Britaniyanın qarşılıqlı faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olmasıdır. Eyni zamanda, ölkələr arasında qarşılıqlı faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də hər iki ölkə rəsmilərinin sıx təmasları və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Xəbər verildiyi kimi, cari ilin avqust ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfər edib. Dövlətimizin başçısı avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşüb. Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən, enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq var və bu əlaqələrin perspektivləri böyükdür.
Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirilib. Görüşdə, həmçinin, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
ümumiyyətlə, Böyük Britaniya ilə Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Londonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf istiqamətində əməkdaşlığın dərinləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.
Bununla yanaşı, iki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional və beynəlxalq təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Belə ki, Böyük Britaniya özünün xarici siyasət strategiyasında, xüsusilə, beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və ölkəmizi etibarlı tərəfdaş qismində dəyərləndirir.
Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi, Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilir. London ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən rasional, realist və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq aləmdə etibarlı strateji tərəfdaş kimi qəbul edilməkdədir. Həmçinin, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca istinad mərkəzlərindən və strateji tərəfdaşlarından birinə çevirib. Eyni zamanda, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Bütövlükdə isə, ölkəmiz bir neçə istiqamətdə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr bəxş etməkdədir.
Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə, uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da transmilli aktor və faktor olmaq etibarilə, Azərbaycanın dünya dövlətlərinin enerji planı və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda, Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir.
Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.
Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfüzlu milli aktor kimi qəbul edirlər. Son olaraq, ötən ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi bunun göstəricisidir.
Dolayısıyla, çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bunun da məntiqi nəticəsi kimi, dünya siyasətinin aparıcı nüfuzlu aktorlarından biri olan Böyük Britaniya Azərbaycanı regional və qlobal təhükəsizliyə fundamental töhfələr bəxş edən suveren milli aktor kimi qəbul edir və ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xüsusi önəm verir.
NURLAN QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 1254 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30