Xarici investorların Azərbaycanın qeyri-neft sektoruna marağı artır
11.08.2012 [14:40]
Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektoru üzrə artımın çəkisi yüksəlməkdədir. Belə ki, son 8 ildə qeyri-neft sektoru 4,3 dəfə artıb. Azərbaycan Mərkəzi Bankının 2012-ci ilin ilk yarısı üzrə açıqladığı pul siyasəti icmalında bildirilir ki, cari ilin birinci yarımilliyində ümumi daxili məhsul (üDM) real ifadədə 1,5 faiz artıb və nominal olaraq 26 milyard manata çatıb. Hesabat dövründə qeyri-neft sektorunda artım 11,3 faiz təşkil edib. üDM-in yarısı qeyri-neft sektorunun payına düşüb.
Cari ilin 6 ayında qeyri-neft sektorunun bütün sahələrində artım müşahidə edilib. Sahələr arasında ən yüksək artım tempi tikinti, ictimai iaşə, rabitə və emal sənayesində qeydə alınıb. Sənayedə artım əsasən qida, metallurgiya, maşınqayırma və kimya sənayesindən qaynaqlanıb. Kənd təsərrüfatında isə müşahidə olunan yüksək artım həm bitkiçilik məhsulları istehsalında, həm də heyvandarlıqda baş verib.
Hökumətin, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə Azərbaycanda iqtisadi artımın davam edəcəyi gözlənilir. Dünya Bankının açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın cari və gələn ildə davam edəcəyi qeyd edilib. Təşkilat ölkə üzrə iqtisadi artımı 2012-ci və 2013-cü illər üçün müvafiq olaraq 3,1 faiz və 3,5 faiz, o cümlədən, qeyri-neft sektoru üzrə hər iki ildə 5,5-6 faiz artacağını proqnozlaşdırır. Bütövlükdə BMT, BVF, AYİB və DB-nın proqnozları 2012-ci ildə Azərbaycanda iqtisadi artımın ortalama 3,5 faiz olacağını göstərir.
Məlumdur ki, neft sektoru ölkəmizin iqtisadiyyatında çox mühüm yer tutur. Lakin bu sektordan gələn gəlirlərin düzgün idarə olunması qeyri-neft sektorunda sürətli inkişafa səbəb olub. Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın neft gəlirlərindən asılılığını azaldır. Bu sektorun iqtisadiyyatdakı yerinin möhkəmlənməsi dünya bazarlarında neftin qiymətinin kəskin dəyişmələri zamanı da iqtisadiyyatın davamlılığını qoruyub saxlamasına səbəb olur. Bunlar nəzərə alınmaqla dövlət başçısının təşəbbüsü ilə Bakıda və respublikamızın digər şəhər və rayonlarında qeyri-neft sektoruna daxil olan sahələrin - energetika, avtomatika, tikinti-inşaat, kənd təsərrüfatı və digər sahələr üzrə iri və unikal müəssisələrin, infrastruktur sahələrinin, turizmin və s. inkişafına xüsusi diqqət yetirilməkdədir. Respublikamızda tikinti-inşaat sektorunun, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, idmanın, turizmin, təhsil və səhiyyənin inkişafına yönəldilmiş neft gəlirləri vəsaitləri, onlardan məqsədyönlü şəkildə, maksimum səmərə ilə istifadə edilməsi bu sahədə dövlət səviyyəsində aparılan iqtisadi siyasətin real təsdiqi, sübutudur.
Uzaq perspektivə hesablanmış, düşünülmüş tədbirlərin nəticəsidir ki, Azərbaycan nəinki iqtisadi böhrandan yan keçməyi bacarıb, hətta bu gün öz yüksək və sürətli inkişafı ilə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Belə ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı xarici investorların ölkəmizə marağını daim yüksək səviyyədə saxlayır. Məlumdur ki, Azərbaycan müstəqilliyinin ilk illərindən xarici investorların diqqətini cəlb edib. Azərbaycan iqtisadiyyatına ümumilikdə 120 milyard dollardan artıq sərmayə yatırılıb. Bunun mühüm hissəsi xarici investisiyaların payına düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 2012-ci ilin birinci yarısında 5,2 faiz artaraq 1,7 milyard dollara çatıb.
Əvvəlki illərlə müqayisədə investisiyaların yatırılma sahələri ilə bağlı müəyyən dəyişikliklər var. Belə ki, əvvəlki dövrlərdə xarici investorlar daha çox neft-qaz sənayesinə maraq göstərirdilər. Lakin son illərdə bu tendensiya bir qədər dəyişib, yəni, artıq Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib.
Əlbəttə ki, xarici sərmayədarları cəlb edən ən mühüm amillərdən biri ölkədə investisiya mühitinin əlverişli olmasıdır. Azad sahibkarlığa, yerli və xarici sərmayədarlara yaradılan münasib şərait, təhlükəsiz investisiya mühiti iqtisadi inkişaf üçün gərəkli olan investisiyaların yatırımını stimullaşdırır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu məsələyə toxunub: “Xarici investorlar bizə inanır, biz xarici investorlar üçün gözəl şərait yaradırıq. Hökumət nümayəndələri ilə böyük şirkətlər arasında əlaqələr də çox müsbətdir. Yerli istehsalın artırılmasında xarici sərmayədarlar bizə kömək göstərirlər”.
Beləliklə, Azərbaycan iqtisadiyyatının çoxşaxəliliyi, ayrı-ayrı sahələrin inkişafı üçün potensialın geniş olması, ölkədə biznes mühitinin əlverişliliyi müxtəlif ölkələrin nüfuzlu şirkətlərinin, transmilli korporasiyaların ölkə iqtisadiyyatının bir çox sahələrinə, o cümlədən, qeyri-neft sektoruna marağını artırır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39

