İki qardaş ölkə inamla və uğurla işbirliyini davam etdirir
12.09.2012 [15:57]
Dünən Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Həmin gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasın iştirakçılarını salamlayaraq deyib: “Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Mən Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasını biz Azərbaycanda, Qəbələdə keçiririk. Birinci iclası İzmirdə keçirdik, çox uğurlu keçdi, indi isə burada.
Keçən dövr ərzində əlaqələrimiz sürətlə inkişaf etmişdir. İzmir görüşümüzdən sonra çox önəmli hadisələr baş vermişdir. Biz Sizinlə dəfələrlə görüşmüşdük, TANAP layihəsinə imza atdıq. Bir sözlə, İzmirdə qəbul olunmuş qərarlar icra edilir. Bizim strateji müttəfiqliyimiz inkişaf edir, güclənir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir və hər iki tərəfdən bakanlar təmsil olunur, onlar da öz sözlərini deyəcəklər. Bakanlarımız da bir-biri ilə sıx təmasdadır, əlaqədədir, mən Bakıda onlarla tez-tez görüşürəm, bizimkilər də sizi ziyarət edir.
Bir sözlə, iki qardaş ölkə inamla və uğurla işbirliyini davam etdirir və bugünkü toplantı əminəm ki, gələcək fəaliyyətimiz üçün də bir yol xəritəsi olacaqdır. Əminəm ki, bu toplantı da uğurlu olacaq və ölkələrimizin inkişafı, birliyi üçün yeni imkanlar yaradılacaqdır. Bir daha xoş gəlmisiniz, Sizi ürəkdən salamlayıram!”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib: “Mən də şəxsən öz adımdan, bütün heyətim adından çox təşəkkür edirəm. Dəyərli qardaşım, Prezidentimiz və hörmətli bakanlar, heyət üzvləri, hər dəfə Azərbaycana səfər edəndə özümüzü təbii ki, fərqli bir ölkədə deyil, evimizdə görürük. Bu evimizdəki məhəbbət də hər iki ölkənin, hər iki millətin daha da güclənərək yoluna davam etməsinə gətirib çıxarır.
Bundan on il əvvəl bir milyard dollara yaxın ticarət dövriyyəsi ilə bu yola çıxmışdıq, amma indi 3,5 milyard dollarlıq səviyyəyə çatmışıq. Təbii ki, bununla kifayətlənmirik. İnşallah, bunu sürətlə ən qısa zamanda beş milyard dollara çatdıracağıq. Bu yaxınlarda iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycanda idi, Sizinlə görüşüb. Bu hədəfi qarşıya qoyduq və Qarışıq Komissiyanın toplantısı ilə bağlı da bir az əvvəl hörmətli qardaşımla söhbət apardıq, bunları da müzakirə etdik. Bu ilin sonuna qədər Qarışıq Komissiyanın toplantılarını da keçirmək istəyirik ki, bu işi sürətlə davam etdirək.
Təbii ki, bizim istər hərbi, istər siyasi, istər mədəni əməkdaşlığımız bütün beynəlxalq aləmdə də çox ciddi bir həmrəylik içərisində davam edir. Bununla bərabər, enerji sahəsindəki həmrəyliyimiz bu an artıq zirvəyə çatdı. Üstəlik TANAP addımı ilə İstanbulda imzalar atıldı. İndi bundan sonra da, inşallah, artıq mexanizmləri işə salmağa başlayacağıq. İnşallah, TANAP sürətlə Azərbaycan qazını alıb Avropaya daşımaq imkanını, fürsətini tapacaqdır. Bu da təbii ki, fərqli dəyişikliklərə, fərqli inkişafa səbəb olacaqdır. Biz bunu bilərək bu addımları atırıq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdən sonrakı bu ikinci toplantısının da çox səmərəli olacağına inanıram. Nazir yoldaşlarımız artıq öz aralarında lazımi görüşləri keçirdilər. Mən bugünkü toplantının xeyirlərə, bərəkətə səbəb olmasını diləyirəm. Mən də təkrar bütün yoldaşlarım adından Sizlərə salam, sevgi və hörmətimi çatdırıram”.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu”nu imzalayıblar.
“Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu”nu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Yunus Əmrə İnstitutunun türkologiya əlaqələndiricisi Yasin Tunç imzalayıblar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio-Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Türkiyə Radio-Televiziya Qurumu - TRT-nin baş direktoru İbrahim Şahin imzalayıblar.
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kombinə edilmiş yük daşımalarının inkişafına dair Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım imzalayıblar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma ortaq müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin rəhbəri Sərdar Çam imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimlənmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan imzalayıblar.
Sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, bütün sahələri əhatə edir: “Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır. Beynəlxalq məsələlərə gəldikdə, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə etdik. Danışıqların son durumu haqqında mən əziz qardaşıma məlumat verdim. Bildiyiniz kimi, Azərbaycana qarşı ədalətsizlik və işğal siyasəti hələ də davam edir. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr iyirmi ildir ki, erməni işğalçıları tərəfindən işğal edilmişdir. Bütün beynəlxalq hüquq normaları, ədalət pozulmuşdur, tarixi ədalət pozulmuşdur. Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər. Fürsətdən istifadə edərək Türkiyə dövlətinə, hökumətinə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə bir daha Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan söyləyib ki, iki qardaş, dost ölkənin əl-ələ verməsi və xüsusilə qurucu Prezident mərhum Heydər Əliyevin ifadə etdiyi kimi, biz “İki dövlət, bir millət” anlayışı ilə bu prosesə diqqət yetirdiyimiz müddətdə bunu daha yaxşı bir səviyyəyə çadıra bilərik, çatdıracağıq: “Qarşımızda bir maneə yoxdur. Bütün sahələrdə atacağımız addımlar vardır. Bir az əvvəl söylədiyim kimi, TANAP layihəsi ilə əlaqədar imzaları İstanbulda, Dolmabaxçada hörmətli qardaşımla bərabər atdıq. Bu andan proses başladı və ən qısa zamanda, inşallah, mexanizmlər işə düşməyə başlayacaqdır”.
Sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıblar.
* * *
Dünən Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

