Vaxt dəqiqləşdi!
29.06.2024 [09:40]
1 sentyabr...
Prezident sərəncam imzaladı
Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasına və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsinə qərar verilib.
Xatırladaq ki, bu il iyunun 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü irəli sürülmüşdü. Milli Məclisin 21 iyun tarixli qərarına əsasən növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 27 iyunda Milli Məclisin bu qərarının ölkə Konstitusiyasına uyğunluğunu yoxlayıb və qərar verib.
Vurğulayaq ki, qanunvericiliyə əsasən bu ilin noyabrında keçirilməli olan Milli Məclisə seçkilərin iki ay qabağa çəkilməsi Azərbaycanın dövlət maraqları ilə tam şəkildə uyğunluq təşkil edir. Belə ki, 2023-cü ilin dekabırnda COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin yekdilliklə qəbul olunması Azərbaycanın tarixində mühüm bir hadisə kimi yadda qalıb - bu ilin noyabrında Bakıda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası beynəlxalq səviyyəli tədbirdir və bu kimi məsuliyyətli bir vəzifə hər dövlətə etibar edilmir. Qeyd edildiyi kimi, parlament seçkilərinin də noyabr ayına təsadüf etməsi bu iki mühüm əhəmiyyətli hadisənin üst-üstə düşməsini şərtləndirmişdi. Ölkə başçısının müvafiq sərəncamı ilə vaxtı dəqiqləşən parlament seçkiləri də xalqımızın və dövlətimizin həyatında mühüm məqamlardandır - belə ki, bu seçki ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra bütöv Azərbaycan ərazisində baş tutacaq ilk parlament seçkiləridir. Vaxtilə işğal altında olan ərazilərimizdə yaşayan vətəndaşlarımız artıq öz doğma yurd-yuvalarında səs vermək imkanı qazanacaq, özünün hüququndan istifadə edəcək. Bu əhəmiyyətli siyasi proses Azərbaycanın gələcək 5 il üçün qanunverici orqanını formalaşdıracaq. Təbii ki, ölkədə yeni parlamentin formalaşması həm də beynəlxalq səviyyəli tədbirlərin daha aktiv keçirilməsi nöqteyi-nəzərdən vacib amildir. COP29-a qədər seçkilərin keçiriləcəyini nəzərə alsaq, yeni parlament COP29 dövründə tam fəaliyyətdə olacaq.
Verilən bu qərar Azərbaycanın ictimai-siyasi həyatında olduqca mühüm bir dövrün başlanğıcını qoyur. Hər bir vətəndaşımız ölkədə baş tutan seçki prosesinə olduqca həssaslıqla və diqqətlə yanaşır. 7 fevral prezident sçekilərində ölkəmizin inkişafına, rihafına və uğurlu gələcəyinə səs verən Azərbaycan ictimaiyyətinin bu proseslərdə də aktiv iştirak edəcəyi şübhəsizdir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

