Rəsmi start verildi
02.07.2024 [10:00]
Seçki proseduru...
MSK -nın Təqvim Planı qəbul edilib
Bu ilin sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Xatırladaq ki, Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı müvafiq Sərəncama əsasən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər təyin edilib.
Qeyd edək ki, bununla bağlı iyunun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu Təqvim planı Komissiya üzvlərinin müzakirəsinə təqdim edilib. Sözügedən mühüm seçki sənədinin hər bir hissəsi ayrı-ayrılıqda diqqətə çatdırılıb və aparılan müzakirələrin ardınca təsdiq olunması qərara alınıb. Bundan başqa, qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.
Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə Komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və MSK-nın üzvü İşçi qrupunun rəhbəri təyin olunub.
450 imza toplayaraq...
Qeyd edək ki, ölkəmizdə keçirilən bütün seçkilər, o cümlədən parlament seçkiləri ölkə Konstitusiyasına, Seçki Məcəlləsinə və müvafiq qanunverici aktlara əsaslanır. Konstitusiyanın 85-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Sözügedən maddənin II bəndində göstərilir ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin irəli sürülməsi proseduru isə Seçki Məcəlləsinə əsaslanır. Məcəllənin 146-cı maddəsinin 1-ci bəndində göstərilir ki, birmandatlı seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları müvafiq Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. Məcəllənin 147-ci maddəsinin birinci və ikinci bəndlərində vurğulanır ki, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır və bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.
Müşahidə prosesinin tənzimlənməsi...
MSK tərəfindən hazırlanmış növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən isə, seçkilərin təyin edilməsi haqqında ölkə Prezidentinin Sərəncamının rəsmi dərcindən sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən birmandatlı seçki dairələri üzrə namizəd kimi irəli sürülə bilər. Sənədlərin təqdim edilməsindən sonra 5 gün müddətində Dairə Seçki Komissiyaları namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarı qəbul edir. Dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra isə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir. Daha sonra namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması prosesi reallaşır. Seçkilərin təyin edilməsi haqqında Sərəncamın rəsmi dərcindən seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni avqustun 22-dək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), eyni zamanda, beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim edir. Paralel olaraq seçkilərin təyin edilməsi haqqında Sərəncamın rəsmi dərcindən seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni avqustun 27-nə kimi aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçki dairəsinin ərazisində müşahidə aparılması üçün ərizələrini müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim etməlidir.
Səsverməyə 24 saat qalmış...
Səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək (indiki halda iyulun 13-dən avqustun 2-si saat 18:00-dək) namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini dairə seçki komissiyasına təqdim etməlidir. Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində Dairə seçki komissiyaları imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb- alınmaması haqqında qərar qəbul edir - seçkiqabağı təşviqatın aparılması prosesi isə səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Qarşıdan gələn parlament seçkilərində bu proses avqustun 9-dan avqustun 31-i saat 08:00-a qədər davam edəcək. Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

