Özəl günün sevinci
28.08.2024 [10:00]
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə bağlılıq Azərbaycanın dövlət siyasətinin mühüm prinsiplərindən birini təşkil edir. Respublikamız məhz ənənəvi dəyərlər əsasında inkişaf edir və uğurlar qazanır. Biz qürur duyuruq ki, ölkəmizdə köklərə, ənənələrə bağlı olan vətənpərvər ruhlu gənclər yetişir.
Eyni zamanda, ölkəmizdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın özlərinin və ailələrinin özəl günlərini həssas qruplardan olan insanların əhatəsində keçirmələri gözəl bir ənənəyə çevrilib. Bununla cəmiyyətə, böyüməkdə olan nəslə humanizm hissləri aşılanır, o ideya təlqin edilir ki, paylaşmaq, başqalarının köməyinə çatmaq, onları sevindirmək insanın ən dəyərli keyfiyyətidir.
Bibiheybət ziyarətgah kompleksini ziyarət
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Bibiheybət məscidi də belə tarixi abidələrdən biridir.
VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Bu ziyarətgah əsrlər boyu insanların inanc, ibadət yeri olub və xalqımız tərəfindən qorunub. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər. Xatırladaq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər. Yenidənqurma zamanı tarixilik prinsipi yüksək səviyyədə gözlənilib.
Həssas qruplardan olan uşaqlar üçün əyləncə və istirahət proqramı
Azərbaycanın Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinə istinadən belə bir fikri qətiyyətlə ifadə edə bilərik: Dünyanı həm də xeyirxahlıq xilas edəcək. Mehriban xanım Əliyeva bir qayda olaraq özündə dərin humanizmi ehtiva edən təşəbbüslər irəli sürür. Bəli, o məhz həssas qruplardan olan uşaqlara qayğı göstərəndə özünü xoşbəxt hiss edir. Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla
Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər. Mehriban Əliyeva və Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.
Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.
Proqrama qatılan uşaqlar tədbirin təşkilinə görə öz minnətdarlıqlarını ifadə ediblər. 1 saylı uşaq evinin sakini, 8 yaşlı Dinara İsgəndərova Lənkərandan Bakıya gəldiyini vurğulayaraq bildirib: “Şənliyə bacımla birlikdə qatılmışıq. Əziz və dəyərli Mehriban xanım, dəstəyiniz üçün təşəkkür edirik”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həmçinin sosial şəbəkə hesablarında valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə videosunu paylaşıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

