/ / Prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı Leonid Slutskini qəbul edib
Prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı Leonid Slutskini qəbul edib
10.09.2013 [09:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskini qəbul edib.
Cənab Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə Prezident İlham Əliyevə məlumat verib. O, respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını deyib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Leonid Slutski hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını vurğulayıb. O, başçılıq etdiyi missiyanın yerli və digər beynəlxalq təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərməsinin önəmini qeyd edib.
Dövlətimizin başçısı MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev MDB Müşahidə Missiyasının ötən dövrlərdə keçirilən seçkilərdə obyektiv və uğurla fəaliyyət göstərdiyini, seçkilərin nəticələri ilə əlaqədar Parlament Assambleyasında Azərbaycan xalqının iradəsi ilə bağlı verdikləri ədalətli qiyməti yüksək dəyərləndirib. Builki prezident seçkilərinə hazırlıq məsələlərinə toxunan Prezident İlham Əliyev müşahidəçi missiyaların seçkiyə hazırlıqla bağlı bütün proseslərdə yaxından iştirak etdiklərini və hazırlıq işlərinin beynəlxalq standartlara uyğun şəkildə aparıldığını deyib. Seçkinin hər bir ölkənin həyatında mühüm mərhələ olduğunu qeyd edən dövlətimizin başçısı qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını deyib və seçkilərin yüksək standartlara uyğun şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimizin MDB Parlamentlərarası Assambleyasında fəal əməkdaşlığının önəmi qeyd olunub.
Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

