Azərbaycan – Çin: Yaxşı dost və etibarlı tərəfdaş ölkələr
31.07.2025 [12:56]
İlham Əliyev ilə Si Cinpin arasında əldə olunmuş mühüm konsensus müdafiə sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verəcək
Azərbaycanın yaxın dostu Çinin əlamətdar bayramı - Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci ildönümü paytaxtımızda da təntənəli şəkildə qeyd olunub. Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, bu il Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci, Çin xalqının Yaponiya təcavüzünə qarşı müharibədə və Dünya Antifaşist müharibəsində Qələbəsinin 80-ci ildönümü qeyd olunur.
Bayram münasibətilə təşkil olunan tədbirdə yüksək inkişaf dinamikasına malik olan Azərbaycan-Çin əlaqələrinə xüsusi diqqət çəkilib. Tarixi bağlara söykənən bu əlaqələr çoxvektorludur. İndiyədək müxtəlif istiqamətlərdə qurulan əməkdaşlıq çərçivəsində yaxşı nəticələr qazanılıb. Eyni zamanda, hər iki dövlət bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirlməsinə güclü siyasi iradə göstərir.
Liderlərin səyi ilə yüksək səviyyəyə çatan əməkdaşlıq
Lu Mey Çin və Azərbaycanı “yaxşı dost və etibarlı tərəfdaşlar” kimi təqdim edib. “İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 33 il ərzində əlaqələrimiz sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq dövlətlərimizin inkişaf və dirçəlişinə güclü təkan verib, xalqlarımıza real faydalar gətirib”, - deyə səfir vurğulayıb.
Həqiqətən də, Azərbaycanla Çin arasında ikitərəfli əlaqələrin Prezident İlham Əliyevin təbirincə desək, əla səviyyədə olması məmnunluq doğurur. İki ölkə arasında siyasi dialoq yüksək dinamikası ilə fərqlənir. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprel ayında dost ölkədə dövlət səfərində olub. Bu, dövlətimizin başçısının Çinə üçüncü dövlət səfəridir. Eyni zamanda, Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin vaxtaşırı görüşləri baş tutur. Onlar həm ölkələrimizin gündəlikləri, həm də yaranan yeni qlobal çağrışlar ətrafında aktual müzakirələr aparırlar. Belə müzakirələr hər iki ölkənin mənafeyinə uyğun qərarların verilməsinə əsas olur. Xatırladaq ki, 2024-cu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Dövlətimizin başçısının Çinə sonuncu səfəri çərçivəsində isə hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanıb. Prezident İlham Əliyevin Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində vurğuladığı kimi, hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirdikdə, burada ikitərəfli əlaqələrin geniş gündəliyini görmək mümkündür. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik.
Yeri gəlmişkən, bəhs olunan müsahibədə ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında liderlərin roluna xüsusi diqqət çəkilib. Hazırda Azərbaycanın və Çinin liderləri arasında çox mehriban münasibətlər var. Prezident İlham Əliyev görüşlərin birində Sədr Si Cinpinin Onu Çinin yaxın dostu adlandırdığını bir növ mükafat kimi qəbul ediyini bildirib. Prezident İlham Əliyev Çin lideri ilə görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnun olduğunu xüsusi vurğulayıb. Si Cinpinlə bağlı fikirlərini bölüşən dövlətimizin başçısı bildirib ki, O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır.
Azərbaycanla dünya nəhəngi Çin arasında hazırkı yüksəksəviyyəli münasibətlərin qurulmasında böyük siyasətçi Heydər Əliyevin mühüm rolu olub. Heydər Əliyev Azərbaycan Prezidenti vəzifəsində ilk səfərlərindən birini məhz Çinə edib. “Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib”, - deyə dövlətimizin başçısı bildirib.
Genişlənən iqtisadi əlaqələr
Dünyanın ən böyük iqtisadiyyatlarından birinə malik olan Çinlə bu sahədə əməkdaşlığı genişləndirmək hər bir ölkənin, o cümlədən də Azərbaycanın marağındadır. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir.
Yaşıl gündəlik Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Azərbaycan özünün zəngin potensialına istinad etməklə enerji transformasiyasına böyük önəm verir. Eyni zamanda, Çin yaşıl enerji texnologiyalarının istehsalında dünya üzrə lider dövlətlərdən biridir. Beləliklə, ölkəərimizin qarşısında yeni əməkdaşlıq perspektivləri açılıb. Bu vaxtadək Çin şirkətləri Azərbaycanın yaşıl enerji sektoruna sərmayələr yönəldən podratçı qismində çalışırdılar. Hazırda isə paytaxt Bakının küçələrində Çindən alınan elektriklə işləyən 160 avtobus və çoxlu sayda minik avtomobilləri şütüyür. Həmçinin əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlanıb. Bundan başqa, Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin birgə müəssisəsinin yaradılması nəzərdə tutulub.
Azərbaycanla Çin arasında nəqliyyat əlaqələrinin genişlənməsi də məmnunluq doğurur. Azərbaycan Çinin “Bir kəmər-bir yol” təşəbbüsünə ilk dəstək verən ölkələrdən biridir. Eyni zamanda, dost ölkə Azərbaycanın əsas məkan kimi çıxış etdiyi Orta Dəhlizin inkişaf etdirlməsində maraqlıdır. Perspektivdə Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcək. “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı–Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm addım kimi qiymətləndirilir.
Həm 2024-cü il 3 iyul tarixində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də, həm də Prezident İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da ikitərəfli əməkdaşlıq əlaqələrinin prioritet istiqamətəri göstərilib. Sənədlərdə də vurğulandığı kimi, iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri turizm sektorudur. Artıq iki ölkə arasında turizmin canlanmasına güclü təkan verəcək addım atılıb. Belə ki, cari il iyulun 16-dan etibarən Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqinə start verilib. Viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq qüvvəyə minib.
Hərbi sahədə əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək
“Çin və Azərbaycan arasında hərbi əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək və yeni zirvələrə çatacaq”. Bunu Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun yuxarıda bəhs olunan tədbirdəki çıxışında bildirib. Onun sözlərinə görə, diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında hərbi əlaqələr ardıcıl olaraq möhkəmlənib, ikitərəfli əməkdaşlıq üçün mühüm bazaya çevrilib.
“Biz yüksək səviyyəli mübadilə, hərbi-texniki əməkdaşlıq, o cümlədən hərbi kadrların hazırlanması və təhsili sahələrində bir sıra əməli və səmərəli tədbirlər həyata keçirmişik. Bu əməkdaşlıq təkcə hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsini yüksəltməyib, həm də Çin və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı anlaşma və etimadı dərinləşdirib”, - deyə polkovnik vurğulayıb.
Sun Çjun qeyd edib ki, son vaxtlar Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş mühüm konsensus müdafiə sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verəcək. “Hərbi attaşe kimi mən tam əminəm ki, iki ölkə liderlərinin rəhbərliyi altında və tərəflərin birgə səyləri ilə Çin-Azərbaycan hərbi əməkdaşlığı daha da möhtəşəm nəticələr əldə edəcək”, - deyə o əlavə edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

