Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

20.09.2025 [12:56]

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verdi.

Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30