Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
07.11.2025 [21:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı.
Dövlətimizin başçısı və Pakistanın Baş naziri birgə foto çəkdirdilər.
Görüşdə dövlətimizin başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə sabah Bakıda keçiriləcək hərbi paradda iştiraka görə Məhəmməd Şahbaz Şərifə təşəkkürünü bildirdi, bunu ölkələrimiz arasında qardaşlığın nümunəsi kimi qiymətləndirdi.
Parada dəvətə görə minnətdarlığını bildirən Pakistanın Baş naziri burada iştirak etməkdən məmnunluğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevi və xalqımızı möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək, paytaxt İslamabadın Azərbaycanın Qələbəsi şərəfinə ölkəmizin üçrəngli Bayrağı ilə bəzədildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü ifadə etdi.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyi bildirildi, Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlarda bir-birinə göstərdikləri qarşılıqlı dəstəyə toxunuldu. İkitərəfli ticarət dövriyyəsində artım məmnunluqla vurğulanaraq, siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi-ticari əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan tərəfindən Pakistandan idxal olunan düyüyə və 15 adda digər məhsula güzəştli ticarət tariflərinin tətbiqinin iqtisadi-ticari əlaqələrin inkişafında mühüm amil olduğu bildirildi.
Bu ilin birinci yarısında Hökumətlərarası Komissiyanın iclasının uğurla keçirildiyi xatırlandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edildi.
Hökumət nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin tezliklə qarşılıqlı səfərlər həyata keçirməsi ilə bağlı razılıq əldə olundu.
İşğaldan azad olunmuş ərazilərimizdə icra edilən bərpa və quruculuq işlərində Pakistan şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə ikitərəfli münasibətlərimizin perspektivləri müzakirə edildi.
Xəbər lenti
Hamısına baxGündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06

