Azərbaycan idman ölkəsidir
27.11.2025 [11:48]
Davamlı dövlət qayğısının növbəti təzahürü
1997-ci ildən başlayan tarix...
Hazırda Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını şərtləndirən əsas amil bu sahədə həyata keçirilən dövlət siyasəti ilə bağlıdır. Ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq idmanın inkişafına davamlı şəkildə diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirlib. Müvafiq Sərəncamla ölkə idmanının inkişafında xüsusi xidmətləri olan bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi və yüksək fəxri adlara layiq görülməsi də respublikamızda idmana göstərilən davamlı dövlət qayğısının növbəti təzahürüdür.
Ölkəmizdə Prezident İlham Əliyev ilk dəfə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Həmin tarixədək İlham Əliyevin müxtəlif sahələrdə qazandığı uğurlar idman ictimaiyyətində belə bir yüksək inam formalaşdırmışdı ki, məhz O, Azərbaycan idmanını yeni uğurlara daşımağa qadirdir. Öz növbəsində İlham Əliyev Ona bəslənən ümidləri yüksək səviyyədə doğruldub. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman infrastrukturunun qurulması, Bakının qəsəbələrində və regionlarda İdman-Olimpiya Komplekslərinin inşası bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. MOK-un 2025-ci il fevralın 18-də keçirilən IX Hesabat-seçki baş məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən növbəti 4 il müddətinə Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Prezident İlham Əliyevin yenidən MOK-un prezidenti seçilməsi təsadüfi deyil. Bu seçimin arxasında Onun qurumun rəhbəri kimi çalışdığı illərdə ölkənin idman ictimaiyyətinin etimadını yüksək səviyyədə doğrultması amili dayanır. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapıblar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsi, o cümlədən də bu sahədə müasir infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 22 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş söz söyləmək mümkündür. Paytaxtda və regionlarda yeniyetmələr, gənclər yaradılan idman obyektlərində məşqlər edir və böyük idmana doğru irəliləyirlər.
Azərbaycan idmançılarının möhtəşəm uğurları
Öz növbəsində davamlı dövlət qayğısından bəhrələnən idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. İlk növbədə onu qeyd edək ki, son illərdə beynəlxalq miqyaslı yarışlara, olimpiadalara qatılan idmançılarımızın sayı əhəmiyyətli dərəcədə artıb. Onlar dünya səviyyəli çempionatlarda parlaq qələbələr qazanmaqla mötəbər arenalarda bayrağımızın ucaldılmasına, himnimizin səsləndirlməsinə nail olurlar.
Azərbaycan idmançılarının Olimpiya Oyunlarında öz nəticələrini getdikcə daha da yaxşılaşdırmalarını xüsusi qeyd edə bilərik. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Ötən il Fransada baş tutan 33-cü Yay Olimpiya Oyunlarında - “Paris - 2024” - də də Azərbaycan idmançılarının çıxışları uğurlu olub. Prezident İlham Əliyev Olimpiadada Azərbaycanın dünyanın ən güclü 30 ölkəsi arasında yer almasını “çox yaxşı nəticə” kimi dəyərləndirib. Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıblar. Xatırladaq ki, idmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.
Həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında tarixi nəticəyə imza atıb. Belə ki, final mərhələsində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 31.600 xal toplayıb. Daha əvvəl 5 halqa proqramında hakimlərdən 34.850 xal alan yığma iki hərəkətin cəmində 66.450 xalla 5-ci pilləni tutub. Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. İdmançılarımızın 33-cü Yay Olimpiya Oyunlarında qazandıqları yüksək nəticələrdən məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib ki, bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. “Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan idmançıları cari ilin sentyabr-oktyabr aylarında ölkəmizin ev sahibliyi ilə keçirilən III MDB Oyunlarında da yüksək nəticələr qazanıblar. Yarışlar “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində keçirilib O cümlədən Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil olunub. Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.
Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan inamının artması ölkəmizdə idmanın inkişafının daha bir göstəricisi kimi dəyərləndirilə bilər. Son illərdə respublikamız müxtəlif beynəlxalq turnirlərə, o cümlədən I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, yuxarıda xatırlatdığımız III MDB Oyunlarına böyük uğurla ev sahibliyi edib. Bakıda 2016-cı ildən təşkil olunan “ Formula -1” yarışları da dünyada böyük maraqla izlənilir. Daha bir mühüm məqam ondan ibarətdir ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. 2025-ci ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Noyabr 23:11
İqtisadiyyat
27 Noyabr 22:48
Dünya
27 Noyabr 22:30
Elm
27 Noyabr 22:19
Maraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
27 Noyabr 11:48
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36

